Məhkəmə qərarları › İş №2(003)-38/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-38/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-38/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx xxxxxx 1996-cı il tarixli 82 saylı əmri əsasında fərdi yaşayış evi tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən cavabdehin çıxarılaraq, həmin sahənin tamamilə boşaldılaraq onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində ona fərdi ev tikmək üçün Apşeron Rayon Donuzkökəltmə Sovxozununun xx xxxxxx 1996-cı il tarixli 82 saylı əmri əsasında ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi ona ayrıldıqdan sonra o, oranı zibillərdən təmizlətdirərək, abadlıq işləri aparmış və həmin sahəyə dörd tərəfdən daş hasar çəkdirmişdir. Sonradan həmin torpaq sahəsində öz vəsaiti hesabına yaşayış evi inşa etmişdir. Cavabdeh onun qızı X1 həyat yoldaşıdır. Cavabdeh onun qızı ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onlar ailə qurarkən cavabdeh ondan xahiş etmişdir ki, özünə ev tikənədək onun evində yaşamasına icazə vermişlər. O da öz növbəsində qızının həyat yoldaşı olduğundan ona evində müvəqqəti yaşamasına icazə vermişdir. Hazırda cavabdehlə qızının arasında münasibətləri tamamilə pozulmuşdur. Həmçinin onların aralarında olan rəsmi nikah qeydiyyatı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-229/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Buna baxmayaraq cavabdeh onun evində yaşamaqda davam edir. Dəfələrlə evini boşaltması barədə müraciətlərinə məhəl qoymur. Bu səbəbdən də qanuni əsaslarla ona məxsus olan evindən cavabdehin müdaxiləsi ucbatından istifadə edə bilmir və bu hüququnun bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən evin qazdan və elektrik enerjisindən istifadəyə dair müqavilələri onunla bağlanmışdır. Hazırda cavabdehin onun mülkiyyətində olan evə dair heç bir hüququ olmadığı halda orada yaşamağa davam edir. Qeyd olunanlara əsasən, cavabdehin Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx xxxxxx 1996-cı il tarixli 82 saylı əmri əsasında fərdi yaşayış evi tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən çıxarılaraq, həmin sahənin tamamilə boşaldılaraq onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun xalasının yoldaşınındır. Ona həmin evdə yaşamağa icazəni xalasıgil veriblər. Onun kirayədə qalmağa pulu yoxdur. Mübahisəli evi onun xalasının yoldaşı tikib. İddiaçı həmin evdə bir gün də yaşamayıb. Keçmiş həyat yoldaşı isə boşanmadan sonra əşyalarını götürüb həmin evdən getmişdir. əgər ev onların idisə, onda niyə iddiaçının qızı həmin evi tərk etmişdir?! Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə 2003-2017-ci ilədək qonşu olmuşdur. Əkbərov X7 bacısının oğludur. Rasim əvvəllər Masallıda yaşayırdı. X8 ilə evləndikdən sonra Masallı rayonuna getmişdilər, sonradan Rasim Bakı şəhərində özünə ev tikdirmək qərarına gəldi və ev tikdirənə kimi müvəqqəti Naziləyə məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evdə yaşamışdır. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evi Nazilə və onu yoldaşı Səbuhi tikdirmişdir. O, həmin evdə olmuş, həmin ev iki otaqdan ibarətdir. Digər şahid X3 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə 2002-2011-ci illərdə qonşu olmuşdur. O, iddiaçının özü və ailəsi ilə yaxın münasibətdə olmuşdur. Əkbərov X7 bacısının oğlu, həm də qızı Arzunun keçmiş həyat yoldaşıdır. Arzu ilə Rasim 2014-cü ildə ailə həyatı quraraq Masallı rayonunda qalırdılar. Orada 3 il yaşadıqdan sonra Bakı şəhərində özünə ev tikdirmək qərarına gəldir və ev tikdirənə kimi müvəqqəti Naziləyə məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evdə qalırdılar. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində olan fərdi evi Nazilə və onu yoldaşı Səbuhi tikdirmişdir. Rasimin Bakı şəhərində evi olmadığı üçün Nazilə ona evində yaşamağa icazə vermişdir. Digər şahid X6 ifadəsində bildirmişdir ki, İddiaçı yoldaşı Səbuhi onun uzaq qohumudur. Səbuhi ona Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozuna özlərinə ev tikdirdiyini bildirib həmin evin mansarının vurulmasında ona köməklik etməyini xahiş etmişdir. O, Səbuhi ilə razılaşıb həmin evin tikintisində 10 gün iştirak etmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisi 2-3 sotun üzərində tikilmişdir. Həmin evin kimə məxsus olmasını o eşitməmiş, yalnız Səbuhini həmin evdə görmüşdür. Digər şahid X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun baldızı, Cavabdeh isə oğludur. X19 Ağayevanın qızı Arzu ilə ailə həyatı qurduqdan sonra müvəqqəti digər baldızının yoldaşı Hatəmə məxsus evdə yaşamışlar. Onlar 4 ilə yaxın həmin evdə yaşamışlar, hətta gəlini lazımı cehizlərini həmin evə gətirmişdir. 2019-cu ilin fevral ayında oğlu Arzu ilə boşanmış və Arzu cehizlərini də götürüb atasının evinə getmişdir. Həmin evi Hatəm tikdirib, ustaların pulunu özü vermişdir. Onun, oğlu və keçmiş gəlininin həmin evə heç bir aidiyyəti yoxdur. Hatəm ona öz evinin yaxınlığında torpaq almağı təklif etmişdir, lakin həmin yer yüksək gərginliyin altında yerləşdiyindın almaqdam imtina etmişdir. Rasim boşanmamışdan əvvəl yoldaşı ilə Hatəmə məxsus evdə müvəqqəti yaşayırdılar, onlar boşandıqdan sonra Arzu öz atası evinə, Rasim isə öz evinə yəni Masallıya qayıtdı. Onda olan məlumata görə Hatəm hal-hazırda həmin evi kirayə vermişdir. Məhkəmə, tərəflərin izahatlarını, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan və Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx xxxxxx 1996-cı il tarixli 82 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçıfərdi ev tikmək üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına “xxxx” ASC, həmçinin “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış müqavilələr əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş qətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2390 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məhkəmə texnikitexniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1 saylı; Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə Xəzər rayonunun ərazisidir, Donuzkökəltmə sovxozunun ərazisindən 250 metr kənarda yerləşir (sovxoz ərazisi deyil). Torpaq sahəsi və yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx xxxxxx 1996-cı il tarixli 82 saylı əmri əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində İddiaçı ayrılmış ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyindən görünür ki, İddiaçı adına ayrılmış torpaq sahəsinin harada yerləşməsini və hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək ümumiyyətlə mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, hazırki mübahisə araşdırılarkən ilk növbədə iddiaçının özünə aid olduğunu və cavabdehlər tərəfindən zəbt olunduğunu irəli sürdüyü torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçı mənimsənildiyini iddia etdiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, həmçinin cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşməsini ekspert tərəfindən müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçının dəlilini yalnız məhkəmə iclasında şahidlərin verdiyi ifadələr təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan şahid ifadəsinin iş üzrə halların sübuta yetirilməsi üçün kifayət etmədiyini hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən cavabdehin çıxarılaraq, həmin sahənin tamamilə boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 178.1-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarma tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarma tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar