Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-38/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft ” İstehsalat Birliyinin Cavabdeh qarşı neft və qaz əməliyyatlarının aparılması üçün H.Z.Tağıyev adına NQMİnin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, həmin ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq Yaşayış sahəsində 39T4423826; ******* koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB)H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qayatrılması və dövlət rüsumu qismində ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft ” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Azneft ” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq yaşayış sahəsində 39T423826; ******* koordinatlarda yerləşən bir hissəsində iş üzrə 3-cü şəxs Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılır. Nəticədə, İB-nin qanuni istifadəsində hüquqları pozulmuş və neft qaz əməliyyatları üzrə təhlükəsiz fəaliyyətini həyata keçirilməsinə maneçilik yaranmışdır. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq Yaşayış sahəsində 39T4423826; ******* koordinatlarda yerləşən SOCARın İddiaçı (İB)H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft ” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya və cavabdehə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Rauf Tağıyev tərəfindən ərizə ünvanlanaraq işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq yaşayış sahəsinin 1 saylı ərazisində dövlət əhəmiyyətli torpağı qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmamaq və digər analoji fəaliyyətlərini həyata keçirməmək barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci tarixində, 10:20-də H.Z.Tağıyev adına NÇQİ-nin köhnə Qala neft yatağı sahəsində 1262 saylı neft quyusundan təxminən 600 metr (3 zona) məsafə yerləşən torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən yaşayış evləri ilə əhatə olunmuş daş hazara alınmış torpaq sahəsinin içərisində yaşadığı fərdi yaşayış evinin ön hissəsində təxminən 9X8 metr ölçüdə 1 metr hündürlüyündə hörgü işlərinin aparıldığı aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilərək, həmin işlərin dayandırılması tələb edilməklə aparılmaması barədə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz əmlakın inventarlaşdırılması xidməti MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Yeni yaşayış massivinin mülkiyyətçisi X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8732 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq Yaşayış sahəsində yerləşən cavabdehin istifadəsində olan fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan ərazidir. (H.Z.Tağıyev adına NQÇİ- Qala bloku). Eyni zamanda rəydə qeyd eidlmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 330.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yarımçıq yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 330.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin məhkəmə iclasında araşdırılmış hallarından və iş üzrə verilmiş ekspert rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan olan tikili (yarımçıq yaşayış evi) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “İstehsalat Birliyinə” aid olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq Yaşayış sahəsi Cavabdeh tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların 4.1-ci maddəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası-boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 nöməli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılar Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması, hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri, quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işlərinin aparılması qadağandır. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərindən görünür ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. İstismar olunan ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi və s. işlərin aparılması qadağandır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “İstehsalat Birliyinin” H.Z.Tağıyev adına NQÇİ-sinə aid olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq Yaşayış sahəsi daxilində inşa edilmiş tikili sökülməlidir. Belə ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olması halında belə inşaatının aparılması üçün müvafiq qaydada razılıq verilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, sökülməsi tələb olunan tikililər iş üzrə Cavabdeh tərəfindən inşa olunmuşdur. Buna görə də neft kəmərinin mühafizə zonası hüdudlarında yerləşən tikililər onun hesabına sökülməli və ərazi H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılmalı və dövlət rüsumu Cavabdeh tərəfindən ödənilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətini “İstehsalat Birliyinin” H.Z.Tağıyev adına NQÇİ-sinə aid olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq Yaşayış sahəsində yerləşən tikili Cavabdeh hesabına sökülməli və ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılmalı, dövlət rüsumu qismində ödənilmiş 100.40 (yüz manat qırx qəpik) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). Məhkəmə iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki ekspertiza tədqiqatlarının dəyərinin (50 manatın) tutulması məsələsinə qiymət verərək hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İstehsalat Birliyinin” H.Z.Tağıyev adına NQÇİ-sinə aid olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bolluq Yaşayış sahəsi Cavabdeh hesabına sökülsün və həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətini “İstehsalat Birliyinin” H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılsın. Dövlət rüsumu qismində ödənilmiş 100.40 (yüz manat qırx qəpik) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətini İstehsalat Birliyinin hesabına ödənilsin. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-38/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-38/2024
26.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver