Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-38/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çöl Şüvəlan bağ massivində yerləşən 123/96 bağ sahəsinin sahibi (mülkiyyətçisi) Cavabdeh1 qanunsuz istifadəsində olan bir sota yaxın torpaq sahəsinin alınaraq ona qaytarılması, Çöl Şüvəlan bağ massivində yerləşən 125 №-li bağ sahəsinin sahibi (mülkiyyətçisi) Cavabdeh2 qanunsuz istifadəsində olan bir sota yaxın torpaq sahəsinin alınaraq ona qaytarılması, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ona ayrılmış 0,12 (1200.0 kv.m) ha bağ sahəsinin naturada ərazi ölçüləri bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 №-li sərəncamına əsasən ,Xəzər rayonu ərazisində Çöl Şüvəlan adlanan bağ sahələrində 190 saylı BTK-nin nəznində ona,sahəsi,0.12 hektar (1200.0 kv.m)olan bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti aparatının əhaliyə xidmət,fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsi,bağlar təsərrüfatı idarəsinin 113 №-li orderinə əsasən qeyd olunan ərazidə sahəsi 0.12 hektar olan 124 №-li bağın ayrılaraq ona verilməsi müəyyən edilmişdir. Qeyd edilən ünvanda ona məxsus bağ sahəsi yol (küçə) tərəfindən hasarlansada,bağın sol və sağ hissələrini müəyyən səbəblərdən tam hasarlanmamışdır. Qeyd edilən ünvanda yerləşən bağ sahəsinə texniki pasportun tərtib edilməsi dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı həmin bağ sahəsində ərazi ölçülərində dəqiqləşdirmə apararkən məlum oldu ki qeyd olunan 1000.0 kv.m bağ sahəsini 210.0 kv.m hissəsi arxa sağ və sol yanındakı qonşular tərəfindən zəbt edilmişdir.Bunun nəticəsində sənədlərdə 1200.0 kv.m bağ sahəsi qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona bağ sahəsinin mövcud ölçüləri (988.0 kv.m) çərçivəsində notarial qaydada təsdiq edilmiş razılıq ərazisini təqdim etdiyi halda çıxarışın verilməsinin mümkünlüyü təklif edilsə də bununla razılaşmamışdır. Özü,20 Yanvar hadisələri ilə əlaqədar aldığım xəsarətlərə görə 2-ci qrup əlildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin,Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixi qərarın mənasına görə qeyd olunan sərəncam və orderi müvafiq olaraq onun 0.12 hektar bağ sahəsinə sahiblik və istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən:Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs,o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Dəfələrlə həmin şəxslərə zəbt etdikləri torpaq sahəsinin boşaldılmasını tələb etsə də həmin cavabdehlər bundan imtina edirlər. Baxmayaraq ki.cavabdehlər məxsus sənədlərdə olan torpaq sahələri naturada uyğun gəlmir.Yanı ona məxsus torpaq sahələri cavabdehlərin hasarı daxilindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları Mülkiyyətçi olmasa da,bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məxsusdur. Beləliklə, Çöl Şüvəlan bağ massivində yerləşən 123/96 bağ sahəsinin sahibi (mülkiyyətçisi) Cavabdeh1 qanunsuz istifadəsində olan bir sota yaxın torpaq sahəsi alınaraq ona qaytarılmasını, Çöl Şüvəlan bağ massivində yerləşən 125 №-li bağ sahəsinin sahibi (mülkiyyətçisi) Cavabdeh2 qanunsuz istifadəsində olan bir sota yaxın torpaq sahəsi alınaraq ona qaytarılmasını, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ona ayrılmış 0.12 (1200.0 kv.m) hektar bağ sahəsinin naturada ərazi ölçüləri bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının 11 mart 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamı ilə bağ sahələrinin ayrılması ada kecirilməsi, bağ məsələləri üzrə kommisiya yığıncağının 01 sentyabr 1993-cü il tarixli 53 nömrəli protokolu Bakı şəhəri Soveto İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara bağ sahəsi ayrılmışdır: X4 - Çöl Şüvəlan BTK nömrə 190; - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 113 nömrəli orderinə əsasən 190 nömrəli 0,12 hektar torpaq sahəsi 124 olan xx.xx.1993cü il tarixli 1609 nömrəli qərarı ilə X4 verilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli 3-21-3-30/2- 39672/2023 saylı məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyatdan keçmiş daşınmaz (torpaq sahəsi) əmlak aşkar edilməmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0 12 ha olsa da faktiki olaraq 0.1103 ha təşkil edir Qeyd olunan 124 saylı bağ sahəsinin arxiv cizgisi olmadığından və həmçinin bağ sahəsi koordinat sistemində ayrılmadığından, bağın 0 12 ha sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmam Faktiki olaraq göstərilən 0 0988 ha və 0,0115 ha sahənin koordinatları rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 0 1103 hə torpaq sahəs: qeyd olunan özəl torpaq sahəsi ilə üst-üstə düşmür. Sahənin bir hissəsi qonşu hasar daxilində yerləşir. Yuxanda qeyd olunduğu kim: 124 saylı bağ sahəsinin arxiv cizgisi olmadığından və həmçinin bağ sahəsi koordinat sistemində ayrılmadığından, bağın 0 12 ha sahəsini; dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Göstərilən bağ sahəsinin şimal tərəfində yerləşən 123/96 saylı bağ sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəttçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən (0 12 ha) qeydiyyata alınaraq sonradan üç hissəyə bölünüb Qeyd olunan 123/96 saylı bağ sahəsi ilə 124 saylı bağ sahəsinin ara hasarının yerləşməsi 123/96 saylı bağ sahəsinin plan və ölçüsünə uyğundur. Bundan əlavə bağ sahəsinin cənub tərəfində yerləşən 125 saylı bağ sahəsi (ləğv edilib) Dövlət Torpaq və Xəttçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən (0.1103 ha) qeydiyyatdan keçib. Qeyd olunan 125 saylı bağ sahəsinin hasarı 0.0115 ha (115kv.m) 124 saylı bağ sahəsi istiqamətinə çəkilərək inşa olunub. Beləliklə 124 saylı bağ sahəsinə faktiki qalan 0.0988 ha sahəyə həmin 0.0115 ha sahə əlavə ediləndən sonra bağ sahəsi 0.1103 ha təşkil edir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2605/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualı üzra göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0,1103 ha (0,0988+0.0115) təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunan 124 saylı bağ sahəsinin arxiv cizgisi olmadığından və həmçinin bağ sahəsi koordinat sistemində ayrılmadığından, bağın 0,12 ha sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Faktiki olaraq göstərilən 0,0988 ha və 0.0115 ha sahəsinin koordinatları rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 0.1103 ha torpaq sahəsi qeyd olunan özəl torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Sahənin bir hissəsi qonşu hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Qarardadın ikinci sualı üzrə Yuxarıda qeyd olunduğu kimi 124 saylı bağ sahəsinin arxiv cizgisi olmadığından və həmçinin bağ sahəsi koordinat sistemində ayrılmadığından, bağın 0,12 ha sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığı müəyyən edilmişdir. Qərardadın ücüncü sualı üzrə Göstərilən bağ sahəsinin şimal tərəfində yerləşən 123/96 saylı bağ sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən (0,12 ha) qeydiyyata alınaraq sonradan üç hissəyə bölündüyü müəyyən edilmişdir. Qeyd olunan 123/96 saylı bağ sahəsi ilə 124 saylı bağ sahəsinin ara hasarının yerləşməsi 123/96 saylı bağ sahəsinin “plan və ölçüsü”nə uyğundur.Bundan əlavə göstərilən bağ sahəsinin cənub tərəfində yerləşən 125 saylı bağ sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına əsasən (0,1103 ha) qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Qeyd olunan 125 saylı bağ sahəsinin 124 saylı bağ sahəsi ilə ara hasarının faktiki yerləməsi ilə 125 saylı bağ sahəsinin “plan və ölçüsü" arasında fərq mövcud olduğu müəyyən edilmişdir. Belə ki, 125 saylı bağ sahəsinin hasarı 0,0115 ha (115.0 kv.m) 124 saylı bağ sahəsi istiqamətinə çəkilərək inşa olunub. Beləliklə 124 saylı bağ sahəsinin faktiki qalan 0,0988 ha sahəyə həmin 0,0115 ha sahə əlavə ediləndən sonra bağ sahəsi 0, 1103 ha təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədləri, iddiaçının nümayəndəsinin izahatını, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində göstərilir ki, vətəndaşın qanuni istifadəsində və icarəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamı ilə, xx.xx.1993-cü il tarixli orderlər X4 Çöl Şüvəlan ərazisində 190 nömrəli BTK nəzdində, 124 nömrəli, 0.12 ha sahəsi olan bağ ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2605 saylı rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1103 ha (0.988+0.0115) təşkil edir. Faktiki olaraq 0.1103 ha torpaq sahəsinin 0.115 ha hissəsi 125 saylı bağ sahəsinin, yəni Cavabdeh2 məxsus bağ sahəsinin hasarı daxilində olmaqla, faktiki olaraq sonuncu tərəfindən zəbt edilərək istifadə olunması müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 tərəfindən faktiki olaraq zəbt edilmiş 0.115 ha torpaq sahəsi alınaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsi, 124 ünvanında yerləşən bağ sahəsinin faktiki olaraq Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,0115 ha torpaq sahəsi alınaraq İddiaçı təhvil verilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh2 tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-38/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-38/2025
02.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver