Məhkəmə qərarları › İş №2(003)-380/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-380/2022

27.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-380/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1171a ünvanında yerləşən 0,12 ha. bağ sahəsi təyinatlı torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dərman Sənaye LTD Şti MMC-nin xüsusi mülkiyyətində torpaq sahəsi var. Həmin torpaq 0,12 ha. bağ sahəri təyinatlı torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsini 2010-cu il tarixdə almışdır. Həmin torpaq sahəsinə dair hüquqları xx.xx.2010-cu il tarixdə DƏDRX-də qeydə alınmışdır. 2019-cu ildn Cavabdeh torpaq sahəsini zəbt etmişdir. Hazırda ona məxsus torpaq saəhsindən istifadə etməyinə imkan vermir. Məhkəmə iclasında iddiaçı “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izhat verərək, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1171a ünvanında yerləşən 0,12 ha. bağ sahəsi “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş AA 023040 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1171a ünvanında yerləşən 0,12 ha. bağ sahəsinə dair plan cizgi tərtib edilmiş və dövlət reyestrinə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********56 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan ərazi xx.xx.2010-cu il tarixli seriya MA 00604407 nömrəli çıxarışla “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan ərazi xx.xx.2010-cu il tarixli seriya MA 00604407 nömrəli çıxarışla “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşən ərazinin sahısi 431 m2, tikilən evin sahəsi 132 m2 təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3246 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan ərazi xx.xx.2010cu il tarixli seriya MA 00604407 nömrəli çıxarışla “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan ərazi xx.xx.2010-cu il tarixli seriya MA 00604407 nömrəli çıxarışla “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşən ərazinin sahısi 431 m2, tikilən evin sahəsi 132 m2 təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1171a ünvanında yerləşən 0,12 ha. bağ sahəsi “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. Eyni zamanda mütəxəssis və ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazi xx.xx.2010-cu il tarixli seriya MA 00604407 nömrəli çıxarışla “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan ərazi xx.xx.2010-cu il tarixli seriya MA 00604407 nömrəli çıxarışla “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşən ərazinin sahısi 431 m2, tikilən evin sahəsi 132 m2 təşkil edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1171a ünvanında yerləşən 0,12 ha. bağ sahəsi “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir, Qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən torpaq sahəsinin zəbt edilməsi mütəxəssis və ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bu da özlüyündə mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh mülkiyyət hüququ ilə “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1171a ünvanında yerləşən 0,12 ha. bağ sahəsindən çıxarılmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulmalıdır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair iddiaçı tərəfindən çəkilən xərclərin dəyəri 384,60 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 50 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair iddiaçı tərəfindən çəkilən xərclərin dəyəri 384,60 manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh mülkiyyət hüququ ilə “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1171a ünvanında yerləşən 0,12 ha. bağ sahəsindən çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 384,60 manat məbləğində pul Cavabdeh tutularaq “X2 LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətin AZ58AİİB******************** (VÖEN **********) nömrəli hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar