Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-382/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullayeva Gülnarə qızından 1750 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, iddia ərizəsində cavabdehin adının səhv qeyd edildiyini və cavabdehin Cavabdeh kimi qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2016-cı ildə 78 qram çəkidə qızıl-zinət əşyalarını (boyunbağı, qolbaq)məndən satmaq üçün almışdır. Aralarında razılığa əsasən o qızıl-zinət əşyalarını satıb reallaşdıracaq və hər ay 300-350 manat məbləğində pulu əşyaların dəyəri şəklində ona ödəyəcəyini vəd vermişdir. Cavabdeh götürdüyü öhdəliyi 1-2 ay yerinə yetirsə də, sonradan o ondan götürdüyü qızıl-zinət əşyalarının dəyərini ödəməmiş yekunda 1750 manat dəyərində borcu qalmışdır. Mübahisə ilə bağlı o, Xəzər RPİ-nin 2-ci PŞnə müraciət etmiş, cavabdeh yenidən hər ay 150 manat pul ödəməklə borcunu bağlayacağını söz vermiş, sənəd imzalamışdır. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, iddia ərizəsində cavabdehin adının səhv qeyd edildiyini və cavabdehin Cavabdeh kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehə 78 qram çəkidə qızılın hər qramı 150 manatdan hesablanmaqla verdiyini, bu günə 1750 manat borcunun qaldığını qeyd edərək iddia tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, onun iddiaçı ilə aralarında olan 2015-ci il tarixli razılaşmaya əsasən 78 deyil, 70 qram qızıl almış və nəticədə 9190 manat borcu olub. Qızılın qramının 150 manatdan razılamaları olmayıb. Həmin puldan 9150 manat ödəmişdir. Hazırda 40 manat borcu olduğunu etiraf edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclsında tərəflərin vermiş olduğu izahatlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış olan şifahi razılaşma əsasında cavabdehə 70 qram qızıl almış və qızılın dəyəri 9190 manat müəyyən edilmişdir. Cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatında həmin qızılın dəyərindən müxtəlif vaxtlarda 9150 manat ödəniş etmş, hazırda 40 manat borcu olduğunu etiraf edir. İddiaçı tərəfindən iddia tələbində qeyd edilən borcun mövcudluğu ilə bağlı məhkəmə hər hansı bi sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06.03.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göründüyü kimi, hazırkı tələb üzrə iddiaçının iddia etdiyi borcun yalnız 40 manat hissəsi cavabdeh tərəfindən etiraf edilir, digər borc ilə bağlı isə hər hansı sübut iddiaçı tərəfindən məhkəmə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 40 manat alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 40 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-382/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-382/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver