Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3900/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi * saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 197*-ci il tarixdə Xocalı rayonu, Kosalı kəndində doğulması faktının müəyyən edilməsi və adına doğum haqqında şəhadətnamənin verilməsinin qeydiyyat şöbəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 197* ei ildə Xocalı rayonu, Kosalı kəndində anadan olmuş, doğulduğu gündən 1992-ci il may ayına kimi, yəni məcburi köçkün olana qədər həmin kəndə yaşamışdır. Köçkün olandan sonra isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dalğa düşərgəsində məskunlaşmışdır. Bu günə qədər də həmin düşərgədə ailə üzvləri ilə birlikdə yaşayır. Məcburi köçkün olan zaman özünə məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. Hal-hazırda isə doğum haqqında şəhadətnasinin alınması zərurəti yaranmışdır. Bu barədə Xəzər qeydiyyat şöbəsinə müraciət etsə də şöbədən onu Xocalı qeydiyyat şöbəsinin sənədlərinin Asan xidmət mərkəzlərində saxladığı üçün ora yönəltdilər. Bundan sonra həmin orqana müraciət edərək imtina məktubu almışdır. Belə ki, Xocalıda doğulanların sənədləri Şuşa qeydiyyat şöbəsində saxlanılırmış və həmin sənədlər məlum hadisələr zamanı məhv edilmişdir. Doğum faktının müəyyən edilməsi üçün yalnız məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qeyd edir ki, atası X11 1940-cı ildə Xocalı rayonu, Kosalı kəndində anadan olmuşdur və 26 iyun 19*4-cü ildə anası X1 anadan olmuşdur. Onlar nikaha daxil olaraq ailə qurmuşlar. Birlikdə köçkün olana qədər birlikdə Xocailı rayonu, Kosalı kəndində yaşamışlar. İlk pasport aldığı gündən bugünə qədər şəxsiyyəti təsdiq edən sənəddə doğum yeri kimi Xocalı rayonu, Kosalı kəndi qeyd edilmişdir. Göründüyü kimi xx xxxx 197*ci il tarixdə Xocalı rayonu, Kosalı kəndində doğulması ilə bağlı faktı başqa qaydada müəyyən edə bilməsi, bu faktın yalnız məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Daha sonra ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 197*-ci il tarixdə Xocalı rayonu, Kosalı kəndində doğulmasına dair qeydin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməklə ata qrafasında X11, milliyyəti azərbaycanlı, ana qrafasında isə X8, milliyyəti azərbaycanlı, adlarının qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə ərizə ilə məhkəməyə müüraaciət edərək, bildirilmişdir ki, doğum haqqında akt qeydi "uşaq, ata və ana haqqında məlumat qrafası”ndan ibarətdir. Belə ki, "uşaq haqqında məlumat qrafası"nda soyad, ad, ata adı, cins, doğum tarixi və doğum yeri, "Valideynlər haqqında məlumat qrafası"nda isə soyad, ad, ata adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, milliyyəti və s. məlumatlar qeyd edilir. Mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının aparılması və qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxaraq doğumun qeyd edilmə faktı tələbinə dair qəbul edilmiş yekun qərarda göstərilən məlumatların qeyd edilməsini xahiş edilmiş, eyni zamanda şöbədaxili işlərin çox olması səbəbindən baxış iclasına * saylı Bakı "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 bildirmişdir ki, ərizəçinin qardaşıdır. Ərizəçi xx xxxx 197*-ci il tarixdə Xocalı rayonu, Kosalı kəndində doğulmuşdur. Lakin qardaşının doğum haqqında sənədləri məcburi köçkün zaman itmişdir. Məhkəmə ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə bölməsi tərəfindən verilmiş 148/13 saylı arayışdan görünür ki, Xocalı rayonundan məcburi köçkün düşmüş Ərizəçi həqiqətən Xəzər rayonu, Buzovna qəsəbəsi, "Dalğa" düşərgəsidə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan * saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 30 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli *2 nömrəli Qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Hazırda kifayət qədər sənəd təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası şöbə tərəfindən mümkün olmamışdır. İş materiallarında olan İİ JQ 283097 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X6 10 iyul 197*-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli arayışdan görünür ki, X13 20 may 2016-cı il tarixdə ölmüşdür. Ölüm səbəbi kimi “kardioskleroz” qeyd edilmişdir və bu barədə 26 may 2016-cı il tarixli 181 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İİ 434*36 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 29 iyul 2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şuşa rayon hərbi komissarlığı tərəfindən verilmiş AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx xxxx 197*-ci il tarixdə Xocalı şəhərində anadan olmuşdur. İş materiallarında olan Vİİ-JQ 391669 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx xxxx 197*-ci il tarixdə Xocalı rayonu Kosalar kəndində doğulmuş Ərizəçi ilə X* nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1* mart 2002-ci il tarixdə, 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 7* il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Dağlıq Qarabağ uzun illər (xx.xx.2020-ci ilədək) Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında olduğundan, habelə həmin ərazilərdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri oranın qeydiyyat şöbələrinin arxivində saxlanıldığından Ərizəçi doğumu haqqında akt qeydinin surətinin verilməsi mümkün deyildir. İş materialında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx xxxx 197*-ci il təvəllüdlü Ərizəçi anadan olmuşdur. Göründüyü kimi itirilmiş “doğum haqqında qeyd”inin bərpası mümkün olmadığından ərizəçinin MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, X13 ilə X6 10 iyul 197*-ci il tarixdə nikaha daxil olmuşlar. X2 20 may 2016-cı il tarixdə, X8 isə 29 iyul 2024-cü il tarixdə ölmüşdür. Eyni zamanda iş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet eləcə də nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 197*-ci il tarixdə Xocalı şəhəri, Kosalı kəndində anadan olmuşdur. Hazırda ərizəçi qeyd edir ki, məcburi köçkün olan zaman özünə məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. Hal-hazırda isə doğum haqqında şəhadətnasinin alınması zərurəti yaranmışdır. Bu barədə Xəzər qeydiyyat şöbəsinə müraciət etsə də, şöbədən onu Xocalı qeydiyyat şöbəsinin sənədlərinin Asan xidmət mərkəzlərində saxladığı üçün ora yönəltmişlər. Bundan sonra həmin orqana müraciət edərək imtina məktubu almışdır. Belə ki, Xocalıda doğulanların sənədləri Şuşa qeydiyyat şöbəsində saxlanılırmış və həmin sənədlər məlum hadisələr zamanı məhv edilmişdir. Doğum faktının müəyyən edilməsi üçün yalnız məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndinə əsasən Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Həmin qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalı və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar- hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki işin faktiki halları ilə müəyyən edilmişdir ki, X13 ilə X6 10 iyul 197*-ci il tarixdə nikaha daxil olmuşlar. X2 20 may 2016-cı il tarixdə, X8 isə 29 iyul 2024-cü il tarixdə ölmüşdür. həmin nikahdan Ərizəçi xx xxxx 197*-ci il tarixdə Xocalı şəhəri, Kosalı kəndində anadan olmuşdur. İşin qeyd edilən halları ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet eləcə də nikah haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Lakin ərizəçi qeyd edir ki, məcburi köçkün olan zaman özünə məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. İşin qeyd edilən hallarına münasibətdə məhkəmə bildirir ki, hazırda ərizəçinin doğum haqqında qeyd məlumatları dövlət qeydiyyatını aparan orqanlarda saxlanılmamışdır və onun bərpası mümkün olmamışdır və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmçinin ərizəçi doğum haqqında qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmaması iş materialları ilə müəyyən edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırda ərizəçiyə münasibətdə doğum haqqında qeydin əvvəllər mövcud olması da məhz iş mtaerialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və hüquq müəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməli, Belə olan halda məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx xxxx 197*ci il tarixdə Xocalı rayonu, Kosalı kəndində doğulması barədə qeyd bərpa edilməli, doğum haqqında şəhadətnamədə ərizəçinin doğum tarixi xx xxxx 197*-ci il, doğulduğu yer Xocalı rayonu, Kosalı kəndi, ata adının X11 olması, milliyyətinin azərbaycanlı olması, eləcə də anasının X8 olması, milliyyətinin azərbaycanlı olması qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 197*-ci il tarixdə Xocalı rayonu, Kosalı kəndində doğulması barədə akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ərizəçinin doğum tarixi xx xxxx 197*-ci il, doğulduğu yer Xocalı rayonu, Kosalı kəndi, ata qrafasında X11, milliyyəti azərbaycanlı, ana qrafasında X8, milliyyəti azərbaycanlı qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-3900/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3900/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver