Məhkəmə qərarları › İş №2(003)-3913/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3913/2025

09.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3913/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdeh "xxxx" Qapalı Səsmdar Cəmiyyətinə qarşı ““44 X1 zamanı ön cəbhəyə ezamiyyət məvacibinin verilməsi, müharibə veteranı kimi işlədiyi müddətdə tutulan verginin geri qaytarılmasına, ön cəbhədə olan zaman aylıq məvacibinin (16 saatlıq hesablanması) 50 faiz deyil 100 faiz verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “44 X1 zamanı ön cəbhəyə ezamiyyət məvacibinin verilməsi, müharibə veteranı kimi işlədiyi müddətdə tutulan verginin geri qaytarılmasına, ön cəbhədə olan zaman aylıq məvacibinin (16 saatlıq hesablanması) 50 faiz deyil 100 faiz verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən 1. Ön cəbhədə olduğu zaman ezamiyyət məvacibinin verilməsi; 2. Həmin zaman ona verilən aylıq əmək haqqının (16 saat hesablanması) 50 faiz yox, 100 faiz hesablanıb verilməsi; 3. İşlədiyi müddətdə ondan tutulan verginin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmək münasibətlərindən irəli gələrək “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hüquqi şəxsdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1ə cavabdehin ünvanı kimi məhz həminn ünvanı qeyd etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdehin hüquqi ünvanı isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşmir. Bu səbəbdən hazırki iddiaya ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Ancaq iddiaçı aidiyyat qaydalarının dəyişdirilməsinə əsas olan hər hansı bir hal olmadığı halda hazırki iddia ərizəsi ilə aidiyyət qaydalarına əməl etmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. - 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. - 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə məhkəmə nəzərə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı cavabdeh "xxxx" Qapalı Səsmdar Cəmiyyətinə qarşı ““44 X1 zamanı ön cəbhəyə ezamiyyət məvacibinin verilməsi, müharibə veteranı kimi işlədiyi müddətdə tutulan verginin geri qaytarılmasına, ön cəbhədə olan zaman aylıq məvacibinin (16 saatlıq hesablanması) 50 faiz deyil 100 faiz verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar