Məhkəmə qərarları › İş №2(003)-3937/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3937/2023

20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3937/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı) – hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı) – ünvan 4vanının ünvan 1anı ilə eyni olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyət başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 454 saylı, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanlarına qəsəbə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Araşdırılma zamanı məlum olmuşdur ki, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanında faktiki yaşayan şəxslər aşağıdakılardır: 1. X18, 2.X14, 3.X12, 4. X15, 5.X19 qəsəbə nümayəndəliyinin əməkdaşlarına Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanına dair heç bir sənəd təqdim edilməmişdir. Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanında isə faktiki yaşayan şəxslər aşağıdakılardır:-1. Ərizəçi, 2. X22, 3. X6, 4. X20, 5. Ərizəçi Emin oğlu və 6. X16. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfat Departamenti Xəzər rayon Mənzil-X5 420 saylı, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanları Xəzər rayon Mənzil-X5 balansına aid deyil. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “digər sorğular” bölməs(lər)ində görünür ki, X18 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və Mayılova X9 qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanlarında qeydiyyatdadırlar. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********03 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin **********71 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanı ilə ünvan 4vanı ayrı ünvanlardır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-4032/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 adına verilmiş 1963-cü il tarixli Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi tərəfindən verilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un X1 aid olması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəyə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2(112)-7905/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarnın surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın Ərizəçi verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sözügedən qərardan görünür ki, şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəsi olduğu mərhumun mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhum X1 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin mülkiyyətçisinin adının və hüquq obyektinin ünvanının fərqli olduğu göstərilmişdir. Həmçinin qərardan görünür ki, digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan ünvan 7 ünvanda halhazırda digər fiziki şəxslər faktiki yaşayır ki, bu da hər iki əmlakların ayrı-ayrı əmlaklar olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, ünvan 7 və ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakların ayrı-ayrı əmlaklar olduğundan, həmçinin ünvan 8 ünvanında yerləşən yaşayış sahəsində mərhum X3 uzun müddət yaşadığından, o cümlədən həmin əmlak üzərində hər hansı fiziki şəxsin mülkiyyət hüquqları qeydə alınmadığından, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanın səhv göstərilməsi istisna olunmur. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Ərizəçinin ərizəsindən müəyyən olunur ki, ərizəçi “ünvan 4vanının ünvan 1anı ilə eyni olması faktının müəyyən edilməsi”ni xahiş etmişdir. Lakin hazırki, mülki işə xüsusi icraat qaydasında baxılmalı deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, ünvan 4vanı ilə ünvan 1anı ayrı-ayrı ünvanlardır. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə və 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmələrdə müraciətlərə (ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 20 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin hüquq faktın müəyyən olunması barədə məhkəməyə müraciət etməkdə məqsədi Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda göstərilən Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanın ona aid olmadığının, qeyd olunan sənədin məxsus olduğu faktiki ünvanın Dəmiryolçular küçəsi, döngə 4, ev 8 ünvanın olmasıdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan ünvanların eyni ünvan olmasın faktının müəyyən olunamsını xahiş etmişdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, Mülki Prosessual qanunvericilikdə belə hüquqi faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa ərizəçi ərizəsində ayrı-yarı ünvanıların eyni ünvan olması barədə hüquqi faktın müəyyən edilməsini xahiş etsədə iş materiallarından müəyyən olunur ki, həmin ünvanlar ayrı-ayrı ünvanlar olmaqla hal-hazırda həmin ünvanların hər ikisi mövcud olmaqla həmin ünvanlarda qeydiyyatda olmaqla ayrı-ayrı şəxslər yaşayır. Göründüyü kimi, Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun vətəndaşa 1963-cü ildə verilmişdir ki, həmin ünvanın sonradan sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi və ya qeydiyyat orqanın texniki səhvindən ola bilər. Bu səbəbdən də, ərizəçi tərəfindən müvafiq icra hakimiyyət orqanlarına müraciət edərək, həmin halların aradan qaldırılmasını xahiş etməli, bundan imtina olunarsa inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi 3 gün müddətində həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, həmçinin ərizəçiyə müvafiq icra hakimiyyət orqanının müvafiq idarəsinə müraciət etmək hüququnun olması, inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il 12 aprel 03 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı) – hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsi yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə müvafiq icra hakimiyyət orqanının müvafiq idarəsinə müraciət etmək hüququnun olması, inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar