Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3969/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X* atası (ərizəçinin Babası) X3 *909-cu ildə Bakı şəhərində anadan olmasını, doğum faktı faktının müəyyən eilməklə, doğum haqqında şəhadətnamədə “ATA” qrafasında Əliqulu Bədəl oğlu, “ANA” qrafasında Meyransa Noruz qızı qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X* atası X4 (ərizəçinin babası) *909cu ildə Bakı şəhərində doğulmuş, *984-cü ildə isə vəfat etmiş və Şüvəlan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Üzərində adı, doğum və vəfatının tarixi təsdiq edən məzarı Şüvəlan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda mövcuddur. Bu, barədə Maraqlı şəxsnə müraciət edilsə də, cavab məktubu ilə *949-cu ilə qədər olan doğum haqqında aktların 75 il tamam olduqda Dövlət arxivinə təhvil verildiyi bildirilmişdir. Bu səbəbdən X3 doğum haqqında şəhadətnaməsinin ərizəçiyə verilməsi mümkün deyildir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 309.*-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ərizə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə əlaqədar olduğundan, ərizəçi yaşadığı yerin məhkəməsinə müraciət etməlidir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri isə onun şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Ərizədə hər nə qədər Ərizəçi ünvanı ünvan 1lektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, ərizəçi Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev *37 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan normanın tələbinə əsasən, həmin ünvan həm də onun yaşayış yeri sayılır. Ərizəyə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli cavab məktubundan da ərizəçinin yaşayış ünvanı məhz Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, *37 qeyd edilmişdir. Göründüyü kimi, ərizəçi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilməklə ərazi aidiyyəti qaydaları pozulmuşdur. Qanunvericiliyə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Ərizə MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. (MPM-in 40.*, 45.*, *5*.*, *52.*.3-cü maddələri.) Məhkəmə qeyd edir ki, xüsusi icraat işləri üzrə məhkəməyə təqdim edilmiş ərizənin aidiyyat və sair səbəblərdən geri qaytarılmasını birbaşa tənzimləyən xüsusi hüquq norması mövcud deyildir. Lakin MPM-in *3.4-cu maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə, məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında ərizənin geri qaytarılması ilə bağlı münasibətləri birbaşa tənzimləyən xüsusi hüquq normaları mövcud olmadığından, analoji münasibətləri tənzimləyən hüquq normalarının hazırki işə tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə (ərazi aidiyyəti qaydalarına) əməl edilmədən məhkəməyə təqdim edildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, ərizə geri qaytarıldığından, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, *864278636 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 99.60 manat (doxsan doqquz manat altmış qəpik) və xx.xx.2025-ci il tarixli, *864287597 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *.6 manat (bir manat altmış qəpik) olmaqla, ümumilikdə *0*.2 manat (bir yüz bir manat iyirmi qəpik) dövlət rüsumu da ona geri qaytarılmalıdır. Belə ki, MPM-in **4.*.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla yanaşı məhkəmə nəzərə çatdırır ki, MPM-in *52.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *52, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, *864278636 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 99.60 manat (doxsan doqquz manat altmış qəpik) və xx.xx.2025-ci il tarixli, *864287597 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *.6 manat (bir manat altmış qəpik) olmaqla, ümumilikdə *0*.2 manat (bir yüz bir manat iyirmi qəpik) dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3969/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3969/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver