Məhkəmə qərarları › İş №2(003)-397/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-397/2025

07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-397/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Ərizəçi X1 maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi idarəsi cəlb edilməklə "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi X1 maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi idarəsi cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəlan qəsəbəsindəyerləşən sahəsi 0.24 ha olan, 1896 nömrəli bağ sahəsinə dair Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı idarəsi ilə mərhum babası X4 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi üzrə icarə münasibətlərinin müqavilənin müddətinin bitdiyi 13 yanvar 1983-cü il tarixdən sonra da xx.xx.1988-ci ildə ölmüş mərhum babası X4 və onun vərəsəsi xx.xx.2019-cu il tarixdə ölmüş X6 tərəfindəndavam etdirilməsi və həmin bağ sahəsinin onların istifadələrində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi X3 xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək ərizənin, ona əlavə olunmuş sənədlərin və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Ərizəçi X1 maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi idarəsi cəlb edilməklə "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə, ona əlavə edilmiş sənədlər və mülki iş üzrə dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 952 nömrəli qəbzdən görünür ki, X3 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi X1 maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı ərazi idarəsi cəlb edilməklə "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi X3 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli 952 nömrəli qəbz) X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar