Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-40/2021 02.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X6, Cavabdeh və onun nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilidən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi İ.Nəsimi küçəsindəki 16 “a” saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəl göstərdiyi ünvan 1 ünvanının ünvan 2 ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz və özbaşına tikilmiş evin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus torpaq sahəsindən və özbaşına tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mübahisəli ev qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyət hüququ əsasında ona məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində 05 reyestr kitabında FM 033684 nömrəli qeydiyyat aparılmışdır. Həmin ev 3 otaqdan ibarətdir. 6 ay bundan qabaq iddiaçının qaynatası vəfat etmişdir. Qızı kimi də iddiaçının baldızı onlarda qalaraq yas mərasimini təşkil etmək üçün onlara köməklik edirdi. Bu səbəbdən yas mərasimini təşkil edənə qədər müvəqqəti onlarda qalmaqda razılıq vermişdir. İddiaçının qohumu-baldızı-iş üzrə Cavabdeh müvəqqəti qalmaqları bir müddətdən sonra ona aydın oldu ki, daimi yaşamağa çalışırlar. Çünki, həmin müddət ərzində onun maddi cəhətdən imkanı çətin idi. Belə ki, gedib-gəlmək üçün həm yorğunluq həm də maddi məsrəf tələb edirdi. İddiaçının həyat yoldaşı xahiş etmiş, o, da onun sözünü yerə salmamışdır. Qohum olduqlarını nəzərə alaraq müvəqqəti sığınacaq vermişdir. Bir müddət əvvəl o, Cavabdeh evini boşaldaraq öz mülkiyyətində olan evə qayıtmasını və onların ailə üzvlərinin çox olmasını nəzərə alaraq getmələrini tələb etdikdə cavabdeh onunla mübahisə edərək heç yerə getməyəcəyini bildirir. Bununla bağlı bir neçə dəfə ərazi üzrə sahə rəisinə müraciətlər etmişdir. cavabdehin evi boşaltmamağı onun mülkiyyətiçi kimi və ailə üzvlərinin hüquqlarını pozur. Cavabdeh həmin mənzildə qeydiyyatda deyil və cavabdehi həmin mənzillə heç nə bağlamır. Mülkiyyətçisi olduğu mənzildə ailə üzvləri ilə rahat yaşamaq üçün onun qanunla hüquqlarından istifadə etməklə cavabdehi ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması zəruridir. Cavabdeh əsassız olaraq hər dəfə mübahisə edir və bu onların ailənin rahatlığını pozur. İddiaçının 3 övladı var. İdidaçının həyat yoldaşı, 2 oğlu ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Evləri çox kiçikdir. İddiaçının oğlanları ailələri ilə birlikdə ayrı yaşayış yeri vermək istəyirdi ki, ayrı yaşasınlar, o, həyat yoldaşı ilə onlara mane olmaq istəmirlər. Bu səbədən də o, qanuni mülkiyyətçisi olduqları Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsi, İ.Nəsimi küçəsi 16 “a” saylı evin həyətində uşaqlarına şərait yaratsın. Lakin cavabdeh onun mülkiyyətçi kimi hüquqlarını pozur, onu mülkiyyətinə sahib olmaq, istifadə etmək hüququndan məhrum edir. cavabdeh ondan icazəsiz digər ailə üzvlərini də iddiaçının mənzilində saxlayır. Cavabdehin onun mənzilində yaşamaqla, iddiaçının mənzilini də yararsız vəziyyətə salır. O, mənzilində təmir işləri aparılmalı olacaqdır. Cavabdehin ayrı yaşayış yeri var. Xəzər rayonu Binə qəsəbəsi, İ.Nəsimi küçəsi 16 “a” saylı evə həqiqiətən ehtiyacı var. İddiaçının başqa yaşayış yeri yoxdur. Onun bu yaşında tez-tez cavabdehdən iddiaçının mənzilini boşaltmağı tələb etməsi ona həm fiziki, həm də mənəvi əziyyət verir. Ona görə də Cavabdeh Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi İ.Nəsimi küçəsindəki 16 “a” saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən torpaq sahəsinə 2005-ci ildə çıxarış aldıqdan sonra 1 otaq tikib ailəsi ilə birgə orda yaşayırdılar. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 16.06.1992-ci il tarixli 520\44 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması” haqqında sərəncamına əsasən ona ayrılmış torpaq sahəsi onun tərəfindən hasarlanmışdır. Mübahisəli torpaq sahəsində iki ev var. Həmin evlərdən biri onun mülkiyyətindədir və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Qaynatası X10 özünəməxsus evi satdıqdan sonra, həmçinin tək yaşadığından ona məxsus torpaq sahəsində hazırki mübahisəli özbaşına tikilini inşa etmişlər və qaynatası orada ölənədək yaşamışdır. Cavabdeh onun baldızıdır. Cavabdeh atası öldükdən sonra atasının yaşadığı özbaşına tikilidə müvəqqəti olaraq yas mərasimləri qurtaranadək qalmaq istədiyini iddiaçıya bildirmiş, iddiaçı onun orada qalmasına etiraz etməmişdir. Lakin cavabdeh yas mərasimləri qurtardıqdan sonra da həmin özbaşına tikilidən çıxıb getməmiş, ailə üzvləri ilə birgə özlərinə məxsus evin olmasına baxmayaraq icazəsiz olaraq iddiaçının həyətindəki özbaşına tikilidə yaşamışdır. Bununla da onun mülkiyyətçi hüquqları pozulur. Tərəflər arasında çox saylı mübahisələr yaşanır. İddiaçı özü də bu vəziyyətdən həm fiziki, həm mənəvi əziyyət çəkir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, atasının qayğısına qalmaq məqsədi ilə o, əvvəllər atasının yanına gedib-gəlib. Atası öləndən sonra, yəni 2019-cu ildən mübahisəli özbaşına tikilidə yaşayır. Ümumiyyətlə mübahisəli torpaq sahəsini əvəllər o zəbt etmişdir. Lakin həmin torpaq sahəsini atası idiayaçıya verdi. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya aid torpaq sahəsinin daxilində deyildir. İddiaçının hasarladığı torpaq sahəsi 0,09 ha yaxındır. O, uzun müddətdir ki, 0,03 ha torpaq sahəsi üçün vergi ödəyir. Həmçinin mübahisəli tikili onun atasına məxsus olmuşdur və atası ölən gününə kimi ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu iddia tələbini qəbul etməyərək, iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirdi ki, hesab edir ki, aşağıda sadaladığı səbəblərdən iddia ərizəsi tamamilə əsassızdır və buna görə də təmin edilməməlidir. Belə ki, ilk növbədə məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan evin onun mülkiyyətində olan torpaq sahəsinin üzərində olduğunu iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak (sözügedən halda qanunsuz tikilinin altında yerləşən torpaq sahəsi) üzərində mülkiyyət hüququ yalnız həmin hüququn daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata düşdüyü andan yaranır. Lakin, iddiaçı nə iddia ərizəsini məhkəməyə təqdim edərkən, nə də ki məhkəmə gedişatı zamanı mübahisə predmeti olan torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda tərəf mübahisə predmeti olan daşınmaz əmlakın onun mülkiyyətində olmasını sübut etmədiyi halda onun ümumiyyətlə iddia ilə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququ yaranmır. Bundan başqa iddiaçı mübahisə predmeti olan daşınmaz “əmlakın nəinki mülkiyyət hüququ, hər hansısa bir digər hüquqla ona məxsus torpaq sahəsinin üzərində tikilməsini sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin sübut kimi məhkəməyə təqdim etdiyi 033684 saylı Qeydiyyat Vəsiqəsində “torpaq sahəsindən ibarət” bölməsində heç bir qeyd aparılmamışdır. Qeyd etmək istəyir ki, xüsusi mülkiyyətlə şəxsə məxsus yaşayış və ya qeyri-yaşayış binasının altında torpaq sahəsi olduğu təqdirdə də daşınmaz əmlakın altında yerləşən torpaq sahəsinin ölçüsü və təyinatı mülkiyyəti təsdiq edən sənəddə göstərilir. Misal üçün, etiraza əlavə etdiyi AR ƏMDK DƏDRX ******* saylı çıxarışında həm daşınmaz əmlakın sahəsi, həm də həmin həmin daşınmaz əmlakın altında yerləşən torpaq sahəsinin ölçüləri göstərilmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlarda da ona ayrılmış torpaq sahəsinin ölçüləri ilə mübahisə predmeti yerləşən qeyri-qanuni tikilinin ölçüləri arasında ziddiyət var. Belə ki, iddiaçı tərəfindən təqdim edilən 16.06.1992-ci il tarixli keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən sərəncamda iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü 700 kv m., Əzizbəyov rayon İcra Hakimiyyətinin 17.08.2004-cü il tarixli sərəncamında 754 kv.m., iddiaçı tərəfindən təqdim edilən ayrılmış torpaq sahəsinin texniki göstəriciləri haqqında sənəddə isə 600 kv.m göstərilmişdir. Bununla bağlı məhkəmə tərəfindən torpaq sahəsinin ölçü və kordinatlarının müəyyən edilməsinə dair ekspertizada isə mübahisə predmeti olan evin 820 kv metr torpaq sahəsinin üzərində yerləşdiyi qeyd edilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı nəinki sökülməsini tələbə etdiyi fərdi yaşayış evinin ona məxsus ərazidə yerləşdiyini, ümumiyyətlə ona məxsus ərazinin sənədə əsasən neçə kv. m olduğunu müəyyən etməmişdir. İddiaçı Camaləddin Fazilov iddia tələbində göstərdiyi halları, yəni Cavabdeh öz ailəsi ilə birlikdə yaşadığı özbaşına tikilinin məhz ona məxsus torpaq sahəsində inşa edildiyini sübuta yetirmədiyi üçün iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, məhkəməyə təqdim etdiyi Binə Bələdiyyəsi tərəfindən verilmiş, həqiqiliyi indiyə qədər iddiaçı tərəfindən mübahisə edilməmiş, 22.10.2020-ci il tarixli məktubdan göründüyü kimi cavabdehin atası X10 Binə qəsəbəsi ünvan 4 ünvanda yerləşən 250 kv.metr torpaq sahəsi üçün sağ olarkən bələdiyyə vergisi ödəmişdir. Bu hal onu sübut edir ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin sahibi olmamışdır və yalnız cavabdehin atası öldükdən sonra ona yiyələnmək məqsədi güdmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı bacısının əridir, Cavabdeh isə bacısıdır. Tərəflərin arasında həmişə torpaq sahəsinə görə mübahisə yaranmışdır. Torpaq sahəsi qanunla İddiaçı məxsusdur. Atası ev tikmək üçün Cəmaləddindən icazə alaraq həmin torpaq sahəsində ev tikmişdir. Torpaq sahəsini atası tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh onun qonşularıdır. 2014-cü il tarixdə Qurban kişidən torpaq sahəsi almışdır. 2014-cü il tarixdən mübahisəli evə gedib gəlir. 2017-ci il tarixdə X10 özünə məxsus bütün əmlakını qızı 17.09.1970-ci il təvəllüdlü Cavabdehovnaya vəsiyyət etmişdir. Həmin vaxt o, şahidlik etmiş və vəsiyyətnaməyə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh onun qonşuları olublar. Kənd sakinləri boş torpaq sahələrini tuturdular. O və Cavabdehovna da torpaq sahəsi tutmuşdur. Dilarənin atası X10 həmin torpaq sahəsini hasarlamışdır. Həmin vaxt İddiaçı başqa ünvanda yaşayırdı. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 16.06.1992-ci il tarixli 520\44 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması” haqqında sərəncamının surətindən görünür ki, X3 Binə qəsəbəsində fərdi ev tikmək üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 17.08.2004-cü il tarixli 404 saylı “Binə qəsəbəsi, 4/2 saylı sahədə vətəndaş X2 tikdiyi fərdi yaşayış evinin qeydiyyatdan keçirilməsi haqqında sərəncamının” surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 520/44 No-li 16.06.1992-ci ız i tarixli sərəncamı ilə vətəndaş X3 Binə qəsəbəsində 4/2 saylı sahədə 145-000-129 s tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hal-hazırda vətəndaş X4 evi tikib qurtarmış və həmin evə qeydiyyat vəsiqəsinin verilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş X4 evi layihə əsasında tikməmişdir. Yuxarıda qeyd olunanları və yeni tikilmiş fərdi evlərin qəbulu üzrə komissiyanın aktını nəzərə alaraq: Binə qəsəbəsi, 4/2 saylı sahədə vətəndaş X2 tikdiyi 1 mərtəbəli 3 yaşayış otağı sahəsi — 61,0 kv.m, köməkçi sahə 57,26 kv.m, torpaq sahəsində tikili olmayan, cəmi torpaq sahəsi -754,0 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması və Bakı şəhər Tİ və MHQİ-dən Bakı şəhər XDS İKnin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş X2 adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş 31.08.2004-cü il tarixli 90 saylı məktubun surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 16.06.1992-ci il tarixli 520\44 saylı sərəncamı ilə qəsəbə ərazisində fərdi ev tikmək üçün X3 ayrılmış 4\2 saylı torpaq sahəsində tikdirdiyi yaşayış evinin ünvanı Binə qəsəbəsi, İmaməddin ünvan 5. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş 29.12.2004-cü il tarixli 30/2409 saylı X5 Yaşayış evinin Texniki Pasportunun sürətindən görünür ki, İmaməddin Nəsimi küçəsi ev 16 ünvanında yerləşən əmlakının tam mülkiyyət payı X3 məxsusdur. İş materiallarında olan Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı 033684 saylı 05.01.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi İ.ünvan 4 ev İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayiş yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, X4 və ailə üzvləri 15.02.2005-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Binə bələdiyyəsi tərəfindən verilmiş 25.12.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdehovnanın atası mərhum X10 ünvan 7 ünvanında yerləşən torpaq sahəsinə görə Binə bələdiyyəsində 2000-2011-ci illərdə vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. İş materiallarında olan 4 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş 06.10.2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 ölən gününə kimi ona məxsus olan bütün əmlakını qızı Cavabdehovnaya vəsiyyət etmişdir. İş materiallarında olan yerli baxışın keçirilməsi haqqında protokoldan görünür ki, 08.05.2021-ci il tarixdə İddiaçı və nümayəndəsi və vəkili X6, Cavabdeh və onun və nümayəndəsi X12 və vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi Salmanov Hümmətovun iştirakları ilə yerli baxış keçirilmişdir, yerli baxış zamanı iddiaçının mülkiyyət hüququ ilə qeyd alınmış evi və həmin evin yerləşdiyi torpaq sahəsi hasara alınmış, həmin hasarın daxilində digər mübahisəli özbaşına tikili olan ev vardır. Həmin torpaq sahəsində hər iki evin küçəyə ayrıc çıxışı olsada evlər bir-birindən hasarla təcrid edilməməklə eyni hasar daxilində yerləşir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 17.08.2004-cü il tarixli 404 saylı “Binə qəsəbəsi, 4/2 saylı sahədə vətəndaş X2 tikdiyi fərdi yaşayış evinin qeydiyyatdan keçirilməsi haqqında sərəncamdan” görünür ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına 754 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemin əsasən mübahisəli torpaq sahəsinin faktiki olaraq 830 kv.m olduğu müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsində yerləşən bir ev iddiaçının mülkiyətindədir və ha-hazırda o ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçının mülkiyyət hüququ ilə qeyd alınmış evi və həmin evin yerləşdiyi torpaq sahəsi hasara alınmış, həmin hasarın daxilində digər mübahisəli özbaşına tikili olan ev vardır. Həmin torpaq sahəsində hər iki evin küçəyə ayrıca çıxışı olsada evlər bir-birindən hasarla təcrid edilməməklə eyni hasar daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, mübahisəli tikili iddiaçının faktiki sahibliyində vıə istifadəsində olan torpaq sahəsi daxilində iddiaçının özünündə iştirakı ilə mərhum qaynatasının yaşaması üçün tikilmiş, qaynatası ölən günə qədər həmin tikilidə yaşamış, cavabdeh isə yalnız atası öləndən sonra müvəqqəti olaraq (atasının yas mərasimləri dövründə) yaşamağa başlamış və sonradan həmin tikilidə qalmışdır. Belə olan halda işin faktiki halları ilə müəyyən edilddiyi kimi cavabdehin həmin tikili ilə hər-hansı bağlılığı (maddi və fiziki baxımından) olmamaqla həmin tikiliyə hər-hansı hüququ olmadan yaşamaqda davam edir. Lakin, iş müəyyən edilən hallarından göründüyü ki, iddiaçı mübahisəli torpaq sahəsini hasara almaqla üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınmış evi olmaqla ümumilikdə torpaq sahəsini faktiki sahiblik etməklə istifadə edir və həmin torpaq sahəsin münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin sahəyə gələcəkdə mülkiyyət kimi gözlənti hüququ digər şəxslərə münasibətdə daha üstündür. Cavabdehin atasının həmin tikilidə qalması ona həmin tikiliyə və tikilin yerləşdiyi torpaq sahəsinə hərhansı hüquq verməməklə, cavadehində atasına münasibətdə həmin tikiliyə və tikilin yerləşdiyi torpaq sahəsinə hər-hansı hüququnun yaranmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən çıxarılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsi, 16 ünanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-40/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-40/2021
02.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver