Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4012/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərlə birgə ata mülkü olan – Bakı şəhəri, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mərhum atası X1 mülkündə yaşamışlar. Sonradan ailə həyatı qurmuş və həmin həyət evində özünə aid əşyaları qalmaqla müvəqqəti başqa ünvanda yaşamış və hərdən bir həyətə gələrək özünə aid otaqda qalaraq həyətdə qurduğu istixanada əkin işləri ilə məşğul olmuşdur. Bir müddət əvvəl ata mülkünə gəldikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu həyətə buraxmamışlar, başqa ünvanda həyəti olmasını bildirərək ata mülkündən artıq ona pay düşməməsini bildirmişdirlər. Bununla əlaqədar Xəzər RPİ nin 2-ci PŞ-nə müraciət etmiş, lakin ona cavab olaraq mübahisənin mülki xarakterli olduğunu və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə etmişdirlər. Əlavə olaraq bildirir ki, Buzovna qəsəbəsi, 8 mart küçəsi döngə 1 ev 7-də qeydiyyatdadır və həmin ünvan ata mülküdür, ailə üzvləri arasında həmin mülkün bölgüsü olmamışdır, cavabdehlərin həmin mülk üzərində onun kimi hüquqları vardır lakin cavabdehlər onu həyətə buraxmırlar, onu evdən qovurlar. Göstərilənləri nəzərə alaraq onun Bakı şəhəri, Buzovna qəsəbəsi 8 Mart küçəsi döngə 1, 7 saylı evə köçürülməyinə dair qətnamə çıxarılmalıdır. Eyni zamanda, evdən istifadə qaydası da müəyyən olunmalıdır. O həyətdə öz vəsaitindən istifadə edərək istixana düzəltdirmişdir və qaraj tikmişdir. Cavabdehlər isə öz aralarında həyəti və evi 2 hissəyə bölüblər. Əvvəl evin birinci mərtəbəsində o yaşamış, ikinci mərtəbəsində isə qardaşı Şakir yaşamışdır. Daha sonra isə qardaşı İlhamla öz aralarında birinci mərtəbəni bölmüşlər. Ona görə də evdən istifadə qaydası müəyyən olunarkən əvvəlki bölgü əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddiaçı isə hazırki tələbində Bakı şəhəri, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı evə köçürülməsini və həmin evə dair istifadə qaydalarının müəyyən edilməsini xahiş etməklə qeyd olunan evin mərhum atası X2 aid olmasını bildirmiş, lakin həmin evin M.Əliyeva məxsus olması barədə hüquqmüəyyənedici sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutları təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, köçürülməsini və istifadə qaydalarının müəyyən edilməsini xahiş etdiyi evə dair hüquqmüəyyənedici sənədləri iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi” dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, köçürülməsini və istifadə qaydalarının müəyyən edilməsini xahiş etdiyi evə dair hüquqmüəyyənedici sənədləri iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-4012/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4012/2024
27.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver