Məhkəmə qərarları › İş №2(003)-403/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-403/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-403/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 7990,0 manat, eləcə də 101,0 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zirə qəsəbəsi Təzə sahədə yaşayan Cavabdeh işlətdiyi gözəllik salonundan uzun müddətdir ki, müştəri kimi tanıyır. Bundan başqa, Zemfiranın bacısı ilə bir sinifdə oxuduğundan, ailələrini də yaxından tanıyır. Bir gün söhbət zamanı iddiaçı ona tikinti işi görəcəyi üçün bankdan pul götürəcəyini demişdi, bundan bir neçə gün sonra Zemfira ağlaya-ağlaya onlara gələrək “elə bil ölmüşəm, mənə kömək et” dedi. İddiaçı ondan nə baş verdiyini soruşduqda, o, “iş yerində bıçaqlanma hadisəsi olduğu üçün bizi tuturlar, təcili pul lazımdır”, deyə bildirdi. İddiaçı ona pulu təklikdə deyil, anasının yanında verə biləcəyini dedi, o da zəng edərək əri ilə gələ biləcəyini bildirdi. 18 oktyabr 2020-ci il tarixdə Zemfira əri ilə onlara gəldi, lakin əri maşından düşmədi. İddiaçı Zemfiraya 7000 (yeddi) min manat pul verdim və o, həmin pulu 2 (iki) aya qaytaracağına söz verdi. Hətta pulu bankdan götürdüyünü bildiyi üçün faizləri ilə birgə qaytaracağını dedi. Ötən müddət ərzində Zemfira ona bir dəfə 540 manat, bir dəfə 280 manat, bir dəfə 100 manat, bir dəfə 350 manat pul qaytarmışdır. Həmin ödənişlərdən sonra Zemfira dalbadal 2 ay ərzində heç bir ödəniş etmədiyi üçün iddiaçı ondan pulunu tam ödəməyini istədi, lakin o, iddiaçıya səbrli olmağını, pulun hamısını gələn ay ödəyəcəyini, hətta yenidən bankda şişmiş faizləri ödəyəcəyini də bildirdi, lakin verdiyi sözə əməl etməyərək heç bir ödəniş etmədi. 20 may 2021-ci il tarixdə Zemfira borcun etirafı olaraq bir kağıza öz xətti ilə qəbz yazaraq iddiaçıdan borclu olduğu 7990 (yeddi min doqquz yüz doxsan) manat pulu 31 may 2021-ci il tarixdək tam bağlayacağını bildirdi. Lakin verdiyi sözə yenə əməl etmədiyi üçün 30 iyun 2021-ci il tarixdə həmin kağıza təzədən öz xətti ilə yazaraq ona olan 7990 (yeddi min doqquz yüz doxsan) manat borcu 10 iyul 2021-ci il tarixdək qaytaracağını bildirdi. Zemfira bu dəfə də pulunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan pulunu qaytarmağını xahiş etdi, hətta bu barədə atasına da müraciət etdi, lakin heç bir nəticə olmadığı üçün 2021-ci ilin oktyabr ayının ortalarında polisə şifahi müraciət etdi. Polisdə ona bununla bağlı məhkəməyə müraciət etməli olduğunu izah etdilər, lakin onun təkidli xahişlərindən sonra Zemfira polis şöbəsinə dəvət edildi, nədənsə Zemfira özü yox, atası və əri polisə gəldi, polis əməkdaşları onlara bu məsələnin mülki məsələ olmasına baxmayaraq, Zemfiranın həmin pulu mütləq ödəməli olmasını onlara bir daha izah etdilər. Zemfiranın atası və əri polis əməkdaşlarının yanında onun pulunu 2021-ci ilin oktyabr ayının sonunda ödəyəcəklərini bildirsələr də, bu dəfə də heç bir ödəniş etmədilər. Bu səbəbdən də məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İddiaçı Əlavə olaraq bildirdi ki, o ümumiyyətlə X2 tanımır. O, pulu Cavabdeh vermişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil etrazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının ərizəsində göstərilən xüsusatlar tamamilə əsassız olmaqla həqiqəti əks etdirmir. Belə ki, əslində iddiaçı cavabdehin xahişini nəzərə alaraq 18.10.2021-ci il tarixdə sonuncunun tanışı olan X3 lazım olan 7000,0 (yeddi min) manat məbləğində pulu özünün “Arzu xanım” adlı tanışından götürərək aylıq 8% - yəni ayda 560,0 manat faiz borcu hesablamaqla pulu borca vermiş, əvəzində Atakişiyevə məxsus təqaüd kartını girov saxlamışdır. Bununla da iddiaçı pulu Cavabdeh deyil, bilavasitə Baba Atakişiyevə borca verdiyini bilmiş və pulu Zemfiranın vasitəsilə məhz Babadan qəbul etmişdir. Bundan sonra 2020-ci ilin noyabr ayından başlayaraq 2021-ci ilin fevral ayı daxil olmaqla hər ay sözügedən təqaüd kartını Babanın iştirakı ilə Gülnarədən götürərək kartda olan 350,0 manat məbləğində pulu nağdlaşdırıb 210,0 manat məbləğində pulu əlavə edərək, cəmi 560,0 manat məbləğində pulu kartla birlikdə Gülnarəyə 7000,0 manat pulun faizi kimi vermişdir. Zemfira növbəti ay, yəni mart ayında əsas məbləğ olan 7000,0 manatı Gülnarəyə qaytarmalı olduğundan bu barədə Babaya demiş, lakin, 2021-ci ilin mart ayında Baba onun zənglərinə cavab vermədiyindən o həmin ay Gülnarə ilə görüşə bilməmişdir. 28.03.2021-ci il tarixdə Gülnarə özündə saxladığı Babaya məxsus təqaüd kartından özü şəxsən 350 manat məbləğində pulu çıxartmış, aprelin 17-si 100,0 manat, aprelin 24-də isə 240,0 manat məbləğində pulu Zemfiradan qəbul etmişdir. Sonra may ayında sözügedən təqaüd kartı bloklandığından Gülnarə kartdan pulu götürə bilməmiş, Zemfiranın evinə gedərək ondan 7000,0 manat məbləğində faizə verdiyi pulu Babadan alaraq ona verilməsini tələb etmiş və Zemfiranı hüquq mühafizə orqanına şikayət edəcəyi ilə hədələmişdir. Nəticədə iddiaçı ərizəsində də göstərdiyi kimi iki dəfə olmaqla Zemfiranı borcun onun tərəfindən qaytarılması barədə qəbz yazmağa məcbur etmişdir. Qeyd edir ki, Gülnarə həmişə onun evinə tək deyil, tanımadığı adamlarla gəlmiş və evində səs-küy saldığından o, məsələni sakitçiliklə yoluna qoymaq və Babadan Gülnarədən aldığı 7000,0 manat məbləğində pulu, həmçinin özünə məxsus qızıl əşyalarını və pulunu tələb etmək üçün vaxt qazanmaq məqsədilə Gülnarəni sakitləşdirmək üçün sözügedən qəbzi yazmağa məcbur olmuşdur. O, özünün Baba Atakişiyev tərəfindən aldadıldığını başa düşdüyündən 27 may 2021-ci il tarixdə onun dələduzluq əməlindən Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, təhqiqatçı Zaur Babayev tərəfindən material üzrə araşdırma aparılaraq 04 iyun 2021-ci il tarixdə ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə göndərilmişdir. Təəssüf ki, həmin şöbənin təhqiqatçısı Ziyatxan Əliyev özünün 19 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən etmişdir ki, Cavabdeh gələcəkdə maddi ziyanla, yəni, X3 borc qismində verdiyi 7000,0 manat pul və 45 qram qızıl zinət əşyalarının tələbi barədə mülki qaydada cavabdehin yaşadığı ərazi üzrə məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüquqları izah edilməlidir. Həmçinin aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xırda talama, yəni dələduzluq yolu ilə özgənin əmlakını talamaq məqsədilə X4 2020-ci ilin yanvar ayında tanışı Cavabdeh Azərenerjiyə işə düzəldəcəyini vəd verərək sonuncudan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 14 saylı notariusun qarşısında 400,0 manat pulu aldadıb alaraq vədinə əməl etməmişdir. Beləliklə aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olması müəyyən edilməmişdir. Buna görə də material üzrə əməlin xırda talama kimi qiymətləndirilməsi nəzərə alınaraq, əməli törətmiş naməlum şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-yə həvalə edilməlidir. Buna görə də toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılması rədd edilməlidir.” (qərarın surəti ərizəyə əlavə edilir) Hazırda sözügedən qərarın ləğv edilməsi və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətin Azərbaycan Respublikasının Baş prokurorluğunda xüsusi nəzarətə götürülmüş və araşdırma davam edir (məktubun surəti ərizəyə əlavə edilir) Həmçinin qeyd edim ki, iddiaçı cavabdehə verilmiş borcun bilavasitə bankdan götürülməsi, həmçinin şişmiş bank faizləri barədə ərizəsində göstərilən xüsusatları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, (77.1) Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (77.3) İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilməsi barədə vəsatətin təmin edərək hazırki mülki iş üzrə ədalətli məhkəmə qətnaməsi qəbul etməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehin iddiaçıdan həqiqətən pul aldığını, lakin həmin pulu X3 verdiyini bildirdi və Cavabdeh qismində iştirakına xitam verib, cavabdeh kimi X2 cəlb etməyi xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19.06.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinyət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan tərəflər arasında borcun qaytarılmasına dair sadə yazılı formada olan qəbzdən görünür ki, cavabdeh iddiaçıdan aldığı 7990,0 manat məbləğində pulu mayın 31-dək, daha sonra iyulun 10-dək qaytaracağına söz verib və öz imzası ilə təsdiqləyib. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya olan 7990 manat borcunu 2021-ci ilin may ayının 31-dək, daha sonra isə 2021-ci ilin iyul ayının 10-dək qaytataracağını bildirmiş və bu barədə cavabdeh Cavabdeh iddiaçıya sadə yazılı formada tərtib olunmuş qəbz vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsiyazılıformadabağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ildə iddiaçı tərəfindən cavabdehə borca 7990,0 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2020-ci il tarixdə şifahi qaydada bağlanmış 7990,0 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 7990,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 101,0 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh verilmiş borca görə 7990,0 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 101,0 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh verilmiş borca görə 7990,0 (yeddi min doqquz yüz doxsan manat) manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 101,0 (yüz bir) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar