Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-414/2021 27.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ünvan 3-də anadan olmuş, böyüyüb boya-başa çatmışdır. Həmin ev İddiaçı1 atasına məxsus evdir. X1 Nazim Şəmsi oğlu ilə rəsmi nikaha daxil olaraq 1987-ci ildə həmin evə gəlin gəlmiş, həmin evdə iki uşağı anadan olmuşdur. Uzun müddət iddiaçılar həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Cavabdeh daha sonra İddiaçı1 qardaşı Elşən ilə rəsmi nikaha daxil olmuş və həmin evə gəlin gəlmişdir. Bundan sonra onlar arasında bir müddət mehriban münasibət olsa da, Cavabdeh əri vəfat edəndən sonra iddiaçıları həmin evə buraxmamış, maneçilik yaratmışdır. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, o Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evdə anadan olmuş və orada böyümüşdür. Mübahisəli ev onun ata evidir. 1987-ci ildə ailə qurduğu zaman həyat yoldaşı Kifayət həmin ünvana gəlin köçmüş, övladları orada doğulmuşdur və uzun illər orada yaşamışdırlar. Daha sonra qardaşı Elşən də ailə həyatı quraraq həyat yoldaşını 42 saylı evə gəlin gətirmişdir. Bir müddət bir yerdə yaşdıqdan sonra 1997-ci ildə Buzovna qəsəbəsində torpaq sahəsi alaraq ev tikmiş və ailəsi ilə birlikdə mübahisəli evdən köçmüşdür. Qardaşı vəfat etduikdən sonra qardaşı arvadı Yeganə onları evə buraxmamış, maneəçilik yaratmışdır. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, o 1987-ci ildə ailə qurduğu zaman Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə gəlin köçmüşdür, övladları orada doğulmuş və uzun illər orada yaşamışlar. Mübahisəli ev həyat yoldaşı Nazimin atasının evidir, qayını Elşən də ailə həyatı quraraq həyat yoldaşını 42 saylı evə gəlin gətirmişdir. Bir müddət mehriban yaşasaq da, qayının vəfatından sonra münasibətləri korlanmışdır və Yeganə onları evə buraxmamış, maneəçilik yaratmışdır. 1997-ci ilədək həmin ünvanda yaşamışıar. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə gəlin köçmüşdür, gəlin köçdüyü zaman iddiaçılar həmin ünvanda yaşamırdılar. 22 ildir ki, orada ailəsi ilə yaşayır. İddiaçılar qayınatası 1991-ci ildə onlar üçün Buzovna qəsəbəsində torpaq alıb ev tikdikdən sonra çıxartmışdır. İddiaçılar başqa ünvanda yaşayırlar. İddianın təmin edilməsinə etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan Xəzər rayon Şağan bələdiyyəsi tərəfindən verilmiş 26.04.2021ci il tarixli 102 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı1 1991-ci il tarixindən etibarən Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ev 42 ünvanında yaşamamışdır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.07.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 13.07.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyətinin Şağan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.10.2020-ci il tarixli, 132 nömrəli arayışından qeyd edilmişdir ki, Şağan qəsəbəsi Qazmaçılar küçəsi ev 42-də İddiaçı2 qeydiyyatdadır, lakin yaşamır, İddiaçı3 qeydiyyatdadır, lakin yaşamır, X8 qeydiyyatdadır, lakin yaşamır, X6 qeydiyyatdadır, lakın yaşamır, Cavabdeh qeydiyyatdadır və yaşayır, X10 qeydiyyatdadır, lakin yaşayıb yaşamaması bizə məlum deyil, X11 qeydiyyatdadır, lakin yaşayıb yaşamaması bizə məlum deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.03.2021-ci il tarixli, 04/2052 nömrəli texniki pasprtundan görünür ki, ünvan 1 ünvanına dair hüquq subyekti kimi X2 adına texniki pasport tərtib edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, ünvan 3 hazıkı mülki iş üzrə İddiaçı1 və X7 qardaşdırlar. Mübahisəli ev X4 mənsub olmuşdur. Məhkəmə həmçnini müəyyən etdi ki, hazırkı mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3 ünvanında qeydiyyatda olsalar da 1991-ci ildən həmin ünvanda yaşamırlar. Bunu məhkəmə iclasında vermiş olduğu izahatlarında iddiaçılarda etiraf etmişlər. Eyni zamanda məhkəmə müəyyən etdi ki, ünvan 1 ünvanına dair hüquq subyekti kimi X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Beləliklə, iddiaçılar yuxarıda qeyd edilən tarixdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər, həmin evdə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu müddəa hazırkı işdə tətbiq edilə bilməz. İddiaçı özbaşına tikinti obyektindən (evi tərk edikləri 1991-ci il) qanunsuz məhrum edilməyib. Belə ki, iddiaçılar özbaşına tikinti obyektini könüllü surətdə tərk edərək daimi yaşamaq üçün özlərinə məxsus olan başqa evə getmişlər. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçılarn həmin ünvanda qeydiyyatda olması da, həmin mənzilə köçürülmələri üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılarn mübahisəli evə köçürülməsi üçün əsaslar mövcud deyil və ona görə də iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanına köçürülmələri tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanına köçürülmələri tələbinə dair iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-414/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-414/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver