Məhkəmə qərarları › İş №2(003)-4181/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4181/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4181/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ ; Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xəzər rayon qeydiyyat şöbəsi olmaqla– hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X2nun xx.xx.1948-ci il tarixdə Fizuli rayonunda doğulması faktının müəyyən edilməsi, atasının X13, anasının X11 olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1973-cü ildə Türkmənistan Respublikasında anadan olmuşdur. X2 xx.xx.1948-ci il tarixdə Füzuli rayonun Xələfşə kəndində anadan olmuşdur. Daha sonra atası xx.xx.2003-cü il tarixdə mədə xərçəngi diaqnozu ilə vəfat etmişdir. Lakin buna baxmayaraq, atasının doğum haqqında şəhadətnaməsini itirdiyi üçün tapa bilmir. İş materiallarına əlavə edilmiş 2 saylı Sumqayıt Regional "Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi arayışda qeyd edilmişdir ki, X3 doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli 3- 48-DA/2-A-573-6-748/2024 saylı məktubundan görünür ki, X4 təvəllüdlü barədə heç bir məlumat aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı "Asan xidmət" Mərkəzinin verdiyi 24 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayonu, Xələfşə kəndində doğulmuş mərhum X3 adına rast gəlinmədi. Atasının atası X13, anası X7r. O, məcbur qalaraq, bu məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirdi ki, o, ərizəçinin bibisidir. X1 ondan 1 yaş balaca olub. O, əsəb xəstəliyinə görə vəfat etmişdir. Füzuli rayonu, Xələfşə kəndində doğulmuşdur. X13 ataları, X11 isə anaları olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirdi ki, o, ərizəçinin atası ilə qonşu, həm də dost olublar. X6 1948-ci təvəllüdlü olub. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 2 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi arayışda qeyd edilmişdir ki, X3 doğum haqqlnda akt aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli 3-48-DA/2-A-573-6-748/2024 saylı məktubundan görünür ki, X3 təvəllüdlü barədə heç bir məlumat aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin verdiyi 24 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayonu, Xələfşə kəndində doğulmuş mərhum X3 adına rast gəlinməmişdir. Sənədinin olmaması digər dövlət orqanlarına müraciət etmək hüquqlarını da məhdudlaşdırır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 636429 saylı, 25 sentyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X14 06 oktyabr 1981-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 103371 saylı, 25 sentyabr 2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 14 sentyabr 2004-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(003)-6701/2016 saylın qətnaməsindən göründüyü kimi, X12 xx.xx.2004-cü il tarixdə vəfat etmiş X5 və xx.xx.1981-ci tarixdə vəfat etmiş X8 doğma qızı olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin atasının şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin sənədin tapılmaması barədə imtina məktubu təqdim edilməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X3 xx.xx.1948-ci il tarixdə Füzuli rayonu, Xələfşə kəndində doğulma faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 xx.xx.1948-ci il tarixində Füzuli rayonu, Xələfşə kəndində doğulması, milliyyətinin azərbaycanlı olması, atasının xx.xx.1981-ci il tarixdə vəfat etmiş X14, anasının xx.xx.2004-cü il tarixdə vəfat etmiş X9 olması qeyd edilməklə doğum faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar