Məhkəmə qərarları › İş №2(003)-4252/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4252/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4252/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “miras qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən mərhum həyat yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının-miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası iddiaçının yoldaşı X2 mülkiyyətindədir. İddiaçının həyat yoldaşı A.Qazıyev 03 sentyabr 2021ci ildə vəfat etmişdir. A.Qazıyev vəsiyyətnamə qoymamışdır. Onun qanun üzrə vərəsələri iddiaçının oğlu Nümayəndə1 və iddiaçı Ərizəçidır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün 6 ay müddətin olduğundan xəbərsiz idi. Mərhumdan qalmış miras əmlakının qəbulu ilə əlaqədar o, Bakı şəhəri, 14 saylı notariat ofisinə müraciət etsə də, müddət ötürüldüyünə görə iddiaçıya imtina verilmişdir. Ona görə də, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3292/2023 saylı qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notanat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması" tələbinə dair ərizəsi üzrə 2(006)-3292/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3292/2023 saylı qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddia tələbi Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən əmlakın ərazisindən çıxarılması ilə bağlıdır. Məhkəmə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3292/2023 saylı qərardadında göstərilən xüsusatlara əsasən mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinin tələblərinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırki halda ərizəçi ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İş materiallarından görünür ki, ərizəçi maraqlı hüquqi şəxsin hüquqi ünvanının olduğu ərazi üzrə aidiyyəti məhkəməyə müvafiq ərizə ilə müraciət etmiş, ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət olunmaqla qəbul olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən MPM-in 31, 32, 45.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” barədə ərizəsi üzrə iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar