Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-43/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh və onun nümayəndə və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş yarımçıq tikilinin sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X14 üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrdən çıxarışla, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən fərdi yaşayış evi tikmək üçün Abşeron rayon X14 ərazisində (hazırda Xəzər rayonu İcra Hakimiyyəti başçısının Qala qəsəbəsi İƏD üzrə nümayəndəliyinə aid ərazidə) ona ayrılmış, 0,06 hektar torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş yarımçıq tikilinin (4-5 mişar daşı hündürlüyündə ev divarı hörgüsünün) sökülməsi və torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1941-ci il tarixdə Lerik rayonunun, Orand kəndində doğulmuşdur. 8 nəfərdən ibarət olan (özü, həyat yoldaşı, 4 oğlu və 4 qızı) ailənin dolanışığını təmin etmək üçün onlar ailəvi olaraq, hələ 1992-cı ilin əvvəllərindən Lerik rayonundan köçüb, daimi olaraq Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yaşamağa başlamışlar. Ailələrinin yaşaması üçün özlərinə məxsus yaşayış evləri və torpaq sahələri olmadığı üçün ərizəsinə əsasən Abşeron rayon X14 üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrdən çıxarışla, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən ona fərdi yaşayış evi tikmək üçün Abşeron rayon X14 ərazisində (hazırda Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsi İƏD üzrə nümayəndəliyinə aid ərazidə) 0.06 hektar torpaq sahəsi ayrılmışdır. Elə həmin vaxtdan da torpaq sahəsinin ətrafi 5 mişar daşı (1 metr) hündürlüyündə daş hasara alınmış və daha sonra isə torpaq sahəsində tikintisini planlaşdırdığı yaşayış evinin inşası üçün tərəfilərindən bəzi inşaat materialları, 2450 ədəd mişar daşı və 7 kub qum həmin torpaq sahəsinə tökdürülmüşdür. Lakin sonradan ardıcıllıqla ailələrində hüzürlərin düşməsi səbəbindən, həmçinin, maddi vəziyyətinin imkan vermədiyindən, həmin torpaq sahəsində tikintisini planlaşdırdığı yaşayış evini inşa etdirə bilməmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan daimi olaraq ailələrinin istifadəsində olmasına baxmayaraq, 2019-cu ilin yay aylarından başlayaraq cavabdeh Tərtər rayonu, İlxıçılar kəndində yaşayan Cavabdeh torpaq sahəsinə gələrək, torpaq sahəsinin içərisindəki 2450 ədəd mişar daşı və 7 küb qumla birlikdə hansısa “makler” tərəfindən “özünə məxsus olduğu adı altında” ona satıldığını qızı X9 və kürəkəni X1 bir neçə dəfə sahədə əsassız mübahisə və münaqişə yaratmışdır ki, Cavabdeh qanunsuz əməllərindən şikayətləri üzrə 21.07.2019-cu il tarixdə Xəzər RPİ-nin 3-cü PB-də araşdırılma aparılmış və məsələ ilə bağlı onlara məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. Xəzər RPİ-nin 3-cü PB-də şikayəti araşdırılan zaman Cavabdeh öz izahatında guya X8 3 sot torpaq sahəsini aldığını və sahənin ətrafını da 10 mişar daşı hündürlüyündə hasarladığını, həmçinin, kürəkəni Sərvər Rəhimov tərəfindən guya onun narahat edildiyini göstərmişdir. Halbuki sahəsi 0.06 ha-dan ibarət və istifadələrində olan torpaq sahəsi yuxarıda qeyd etdiyi kimi, ərizəsinə əsasən Abşeron rayon X14 Üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrdən çıxarışla, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış və həmçinin bir neçə il bundan öncə, Abşeron rayonunun ərazisinə daxil olan torpaqların Bakı şəhər İcra Hakimiyyətinin idarəetməsinə verildiyi zamanda da Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş, nümayəndəliyin inzibati ərazisinin plan-xəritəsində də həmin sahə adına qeydiyyata alınmaqla, plan-xəritə təsdiq edilərək, nüsxəsi ona verilmişdir. Sözü gedən torpaq sahəsi Cavabdeh Xəzər RPİ-nin 3-cü PB-də verdiyi izahatındakı kimi heç də 3 sot deyi, 6 sotdan ibarətdir ki, sahənin ətrafı da tərəfilərindən cəmi 5 mişar daşı hündürlüyündə daş hasara alınmış və içərisinə də tərəflərindən 2450 ədəd mişar daşı və 7 kub qum tökdürülmüşdür. Şikayət üzrə 21.07.2019-cu il tarixdə Xəzər RPİ-nin 3-cü PB-də məsələ araşdırıldıqdan sonra, bir müddət Cavabdeh tərəfindən hər hansı bir qanunsuzluqla üzləşməsələr də, az öncə Cavabdeh tərəfindən ona ayrılmış və istifadəsində olan torpaq sahəsinin zəbt edilərək, içərisinə tərəfindən tökdürülmüş 2450 ədəd mişar daşından və 7 kub qumdan da istifadə etməklə, qanunsuz olaraq tikinti işlərinin aparıldığını, sahənin ətraf hasarının bir neçə daş hündürlüyündə ucaldıldığını və eləcə də 4-5 mişar daşı hündürlüyündə evin divar hörgüsünün inşa etdirildiyini görüb Cavabdeh qanunsuz əməllərinin qarşısının alınması üçün tərəflərindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə şikayətlər edilmişdir ki, hazırda şikayəti üzrə iş Xəzər RPİ-nin 3-cü PB-də araşdırılmaqdadır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X14 üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrdən çıxarışla, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997ci il tarixli 03 nömrəli protokoluna əsasən fərdi yaşayış evi tikmək üçün Abşeron rayon X14 ərazisində (hazırda Xəzər rayonu İcra Hakimiyyəti başçısının Qala qəsəbəsi İƏD üzrə nümayəndəliyinə aid ərazidə) ona ayrılmış torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş yarımçıq tikilinin (4-5 mişar daşı hündürlüyündə ev divarı hörgüsünün) sökülməsi və torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir məhkəmə mülki işə iddiaçının iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndə və vəkili X5 bildirdi ki, iddiaçınün mübahisələndirdiyi torpaq sahəsinin hüquqlarını qoruduğu Cavabdeh istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh uzun illər orada tikinti aparmış, əvvəl hasar, sonra da yaşayış binasının bir hissəsini tikmiş, yalnız son bir ildə iddiaçınun qohumları gəlib ona tikintini başa çatdırmağa mane olmuşlar. İddiaçıya torpağın ayrılmasına dair Abşeron rayon X14 tərəfindən əmrdən çıxarış verilmiş, lakin həmin sənədlərdə məhz mübahisə gedən torpağa aid olmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Hətta ölçüsü belə uyğun gəlmir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin 1998-2000-ci illərdə X14na, yaxud Binə bələdiyyəsinin balansında olması aydınlaşdırılmayıb. Lakin Cavabdeh öz istifadəsində olan torpaq sahəsinin uzun illər torpaq vergisini dövlətə ödəmiş, qazdan, sudan istfadə barədə ayrıca hesab açdıraraq hesablayıcı sayğac qoydurmuşdur. Bunlar da onu göstərir ki, Cavabdeh həmin torpaq sahəsinin tam hüquqlu mülkiyyətçisi olmasa da sahiblik və istifadə hüququndan uzun müddətdir ki, istifadə edir. Lakin iddiaçı orada belə bir hüquq həyata keçirməyib. Bu da onu təsdiq edir ki, iddiaçının həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur. Aparılmış tikinti və mişar daşları barədə onu qeyd etmək lazımımdır ki, həmin tikintini aparan və bu ərazidə uzun illər qeydiyyatsız yaşayan Cavabdeh qonşuları X4, X6, X12 və X10 daş hasar və tikintinin Cavabdeh tərəfindən aparıldığını və həmin əmlakın Sürayaya məxsus olduğunu məhkəməyə göndərdikləri ərizələrində təsdiq edirlər. İddiaçının bu iddia ilə məhkəməyə müraciət etməsi əsassızdır, iddia rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Abşeron rayon Hövsa südçülük sovxozu üzrə 31.01.2000-ci il tarixli 01 nömrəli əmrdən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2000-ci il tarixli 005 nömrəli sərəncamı, X14nun İslahat Komissiyasının və Həmkarlar komitəsinin 29 yanvar 2009-cu il tarixli 01 nömrəli protokoluna əsasən sovxozda fəhlə işləyən, özünəməxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız olan yerlərdən fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X7 0,03 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət arxivinin 06.05.2021-ci il tarixli F-551 nömrəli məktubundan görünür ki, X14nun 25.12.1998-ci il tarixli 28 nömrəli əmrinə əsasən Abşeron rayon İcra Hakimiyyətinin 28.01.1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01.12.1997-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01.12.1993-ci il tarxli 03 nömrəli protokoluna əsasən İddiaçı 0,12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət arxivinin 20.05.2021-ci il tarixli F-111 nömrəli məktubunda Abşeron rayon X14nun əmrlər kitabında Cavabdeh adına torpaq sahəsinin ayrılması ilə bağlı heç bir məlumat olmadığı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbə İ.Ə.D üzrə nümayəndəliyinin 09.08.2021-ci il tarixli 117 nömrəli məktubnda İddiaçı qeyd etdiyi torpaq sahəsi Bakı şəhəri Qala qəsəbəsinin inzibati ərazisində yerləşdiyi qeyd edilmişdir. İş materialarında olan Xəzər rayon İcra Hakimiyyəti başçısının İ müavininin 13.09.2021-ci il tarixli C-65-091 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsinə cizgi və xəritədən çıxarışın verilməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, ərizənizdə qeyd olunan əraziyə Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı göstərilən torpaq sahəsinin X14nun istifadəsində olan ərazilərin hüdudları daxilində olduğu müəyyən olunmuşdur. Nümayəndəlikdən verilən məlumatda bildirilmişdir ki, Abşeron rayonu, X14nun fərdi yaşayış evlərinin tikintisi ücün vətəndaşlara ayrılan torpaq sahələrinin xəritələri və ayrıc aktları nümayəndəliyin arxivində olmadığı üçün göstərilən torpaq sahəsinə cizgi və xəritədən çıxarış verilməsi məqsədəuyğun hesab olunmur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(003)-1137/2021-cil tarixli qərardadı ilə məhkəmə titkinti texniki ekspertizası təyin edilmiş, lakin torpaq sahələrinə dair İddiaçı və Cavabdeh məxsus olduğu iddia olunan torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədlər və sənədlərin əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemləri təqdim edilmədiyindən qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi özbaşına tikili hesab edilən evin sökülməsi torpaq sahəsindən çıxarılma tələbinə dairdir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hazıki iş üzrə İddiaçı iddia etdiyi torpaq sahəsinə dair plan sxemi təqdim etmədyindən məhkəmənin təyin etdiyi tikinti texniki eksperizası zamanı müəyyən etmək olmamışdır və belə olan haldqa sübut etmə yükü iddiaçının üzərinə düşür, lakin İddiaçı mübahisəli torpaq sahəsinin ona məxsus olması sübuta yetirə bilməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş yarımçıq tikilinin sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş yarımçıq tikilinin sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-43/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-43/2022
21.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver