Məhkəmə qərarları › İş №2(003)-430/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-430/2023

25.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-430/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, Cavabdeh həmin torpaq sahəsindən məcburi çıxarılması və Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsi üzərində inşa olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 mart 2008-ci il tarixli, AN-İ ******* sayll alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Adıkeçən torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və ******* saylı çıxarış verilmişdir. Torpaq sahəsini aldıqdan sonra tərəflərindən hasarlama işləri həyata keçirilmişdir. Torpaq sahəsini hasarladıqdan sonra bir müddət sözü gedən torpaq sahəsindən istifadə etmək imkanı olmamışdır. Sonradan, yəni 2021-ci il tarixdə sözü gedən həyətyanı torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, torpaq sahəsinin üzərində qanunsuz olaraq müxtəlif tikint işləri aparılmış, fərdi yaşayış evi inşa olunmuşdur. Məsələni yerində araşdırma istəyi heç bir nəticə verməmişdir. Belə ki, sözügedən torpaq sahəsində qanunsuz tikililər tikmiş Cavabdeh ona məlumat vermədən sözügedən ərazini zəbt edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində qanunsuz tikililər aparmışdır. Bununla da cavabdeh onun öz mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneçilik törədərək mülkiyyət hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən ərizə ilə Xəzər RPİ-ə müracət edərək mülkiyyətində olan torpaq sahəsinin zəbt olunaraq üzərində qanunsuz tikililər aparılması haqqında məlumat vermişdir. Müraciəti əsasında 05 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Elgün Zülfiqarov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi, bununla əlaqədar cavabdeh tərəfindən heç bir sənədin təqdim edilmədiyi və üzərində qanunsuz tikililər aparıldığı qeyd olunmuşdur. Eyni zamanda, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Odur ki, hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini Bağlar İdarəsindən 10 illik etibarnamə ilə almışdır. İddia ərizəsi ilə razı deyil. İddiaçı birinci ərizəsində yazıb ki, o, "NN 5/102" və "M-748" torpaq sahələrini zəbt etmişdir, ikinci iddia ərizəsində yazıb ki, 5/102" saylı torpaq sahəsini zəbt etmişdir. İddiaçı ərizədə yazıb ki, 2008-ci ildə "5/102" və "M-748" saylı ərazidə torpaq sahələri alıb. İşin materialları ilə tanış olmuşdur və aşkar olundu ki, "AN-1 № 0158704" Alqı-satqı müqaviləsi 14 mart 2008-ci ildə dələduzların, yəni X7 və X4 iştirakı ilə bağlanılıb. X10 2007-ci ildə 7 saylı Dövlət Notariat Kontorunda saxta sənədləri əldə edib və bilə-bilə həmin saxta sənədlərini istifadə edib. Əzizbəyov Rayon Məhkəməsinin hökmü ilə X10 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib. (hökm: " İş 1(003)-422/2009) X10 yenidən 2007-ci ildə bilə-bilə saxta sənədləri istifadə edib, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ərizə ilə müraciət edərək "5/102" №-li torpaq sahəsinin planını və ölçüsünü əldə etmişdir. Azərbaycan Respublikası adından qətnamə var. (İş № 2(003)-648/2009). Nəzərə alaraq ki, 28 mart 1994-cü il tarixdə Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə "5/102" №-li torpaq sahəsi X7 adına ayrılmışdır və 12 noyabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən "5/102" №-li "torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Yəni özgəninkiləşdirilmişdir və 2007-ci ildə saxta sənədlərə əsasən dələduzlar "5/102" və "M-748" saylı torpaq sahələrinin rəsmi sənədlərini əldə etmişlər yəni özgəninkiləşdiriblər, "AN-1 № 0158704" torpaq Alqı-satqı müqaviləsini hesab edir ki, etibarsız saymaq lazımdır, ona görə ki, "AN-1 № 0158704" torpaq Alqı-satqı müqaviləsi bağlanan zaman həmin müqavilə qanuniləşdirilməyib, yəni leqallaşdırılmayıb, buna əsasən alqı-satqı müqaviləsinin qanuni-hüquqi qüvvəsi yoxdur, ona görə də alqı-satqı müqaviləsinin rəsmi qüvvəsi olmadığına görə, həmin müqaviləni məhkəmədə tanımaq və saymaq olmaz. X5 2006-cı ildən 2009-cu ilə kimi Şüvəlan qəsəbəsində yerləşən 7 saylı Dövlət Notariat Kontorunda qeyri-rəsmi köməkçi vəzifəsini icra edirdi, saxta sənədləri dələduzlara, yəni X8 o, düzəltmişdir. Eyni zamanda bildirir ki, mübahisəli torpaq sahəsinə dair, onunda çıxarışı vardır. Ona məlum deyildir ki, eyni torpaq sahəsinə hansı qaydada ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmaqla çıxarış verilmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X12 (X7 X8 verdiyi etibarnamə əsasında sonuncunun X2 verdiyi etibarnamə ilə onun adından X9 çıxış etmişdir) ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı (onun adından X3 çıxış etmişdir) satmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 12-ci Dövlət Notariat Kontorunun xx.xx.2009-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə (AR-İ №045345) X12 tərəfindən X8 verilmiş etibarnamə həmin tarixdə Bakı şəhəri 12 saylı DNK tərəfindən rəsmiləşdirilməmişdir və heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-648/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsinə dair X7 adına tərtib edilmiş, xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov Rayon Məhkəməsinin 1(003)-422/2009 saylı xx.xx.2009-cu il tarixli hökmünün surətindən görünür ki, X5 ...X7 adından X8 xx.xx.2007-ci il tarixli verilmiş AR-1 seriyalı 046663 saylı etibarnaməni, X1 adından X8 xx.xx.2007-ci il tarixdə verilmiş AR-1 seriyalı 046663 saylı etibarnamələrini saxtalaşdıraraq K.Ş.Şükürova və A.A.Dadaşova verilmişdir ki, onlar həmin hüquq verən rəsmi sənədlərdən istifadə edərək saxta sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək “Torpaq sahələrinin planları və ölçüləri” sənədini əldə etmişlər. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 2670 saylı sahə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan A №216021 saylı xx.xx.2009-cu il tarixli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, həmin plan və ölçü Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi bağ massivində Cavabdeh Bakı şəhər İH-nin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokoluna və Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(003)-648 saylı qətnaməsi əsasında verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 2670 saylı sahə Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsində baxılmış 1(003)-422/2009 və 2(003)-648/2009 saylı iş materialları saxlanma müddəti bitdiyinə görə məhv edilmiş və işlər üzrə yalnız yekun məhkəmə aktları saxlanılmışdır. Saxlanılmış iş materialları arasında apellyasiya və kassasiya instansiyalarına aid məhkəmə aktları aşkar edilməmişdir. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsini qanunsuz zəbt etdiyini əsas gətirərək, cavabdehin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin tikililər sökülməklə boşaldılmasını xahiş etmişdir. Belə ki, həmin çıxarışın iddiaçıya verilməsinə xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsas olmuş, müqavilə üzrə tərəf olan X7 adından onun X8 verdiyi etibarnamə əsasında iddiaçının verdiyi etibarnamə ilə X9 çıxış etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X8 verilmiş etibarnamənin saxta olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsinə dair X7 adına tərtib edilmiş, xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilmişdir. Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(003)- 648 saylı qətnaməsi və Bakı şəhər İH-nin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokolu əsasında Cavabdeh 2670 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 saylı xx.xx.2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X6 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş 2(003)-648/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi mübahisəli torpaq sahəsinin X7 adına tərtib olunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmamaı və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi RyabixRusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqimüəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyənolunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.“Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya MəhkəməsiPlenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarlarıarasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallararasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən,lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısınıalmaqdan ibarətdir”. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reystrindən qeydiyyatdan keçməklə hal-hazırda cavabdehin mülkiyyətində olduğundan, həmçinin mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair sənədlərin saxta sənədlər əsasında rəsmilədirilməklə iddiaçı Nailə Hüseynovaya satıldığı müəyyən edildiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar