Məhkəmə qərarları › İş №2(003)-433/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-433/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-433/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7200 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 07 iyul 2021-ci il tarixd tanış olmuşdur. Bir müddət sonra, yəni 15 sentyabr 2021-ci ildə onlar nikaha daxil olaraq ailə qurmuşlar. Onların evliliyi uzun sürməmişdir. Onlar cəmi 8 ay, yəni 25 may 2022-ci il tarixədək evli olmuşlar. Bu evlilikdən onların övladları dünyaya gəlməmişdir. Boşanarkən Cavabdeh bəhanəsi onların xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Amma əslində belə olmamışdır. Cavabdeh onu aldadaraq anasının yanına getmək bəhanəsi ilə evdən çıxıb anasının yanına deyil, ona məlumolmayan insanların yanına getmişdir. Cavabdeh bu hərəkəti onu bezdirmiş və onlar ayrılmaq qərarına gəlmişlər. Onlar evli olarkən Cavabdeh bütüb ehtiyaclarını o ödəmişdir. Lakin Cavabdeh buna qane olmamışdır. Cavabdeh azadlıq istəyirdi. Ayrıldıqdan bir müddət sonra, yəni avqust 2023-cü ildə Cavabdeh onun evinə gəlmiş və pis vəziyyətə düşdüyünü, bir çox adama borclu olduğunu söyləmişdir. Cavabdeh həmin adamların onu rahat buraxmadıqlarını, hədə-qorxu gəldiklərini bildirmiş və ondan həmin pulları qaytarmaq üçün 3200 manat borc pul istəmişdir. Cavabdeh bu vəziyyəti ona çox pis təsir etmişdir. Onun Cavabdeh yazığı gəlmiş və o, Cavabdeh 3200 manat borcunu ödəmişdir. O, Cavabdeh başqa şəxslərdən borc pul almaması üçün ona etibar edib yenidən onu evinə buraxmışdır. Cavabdeh ona bir daha ayrılmayacaqlarını, onların bir ailə olacaqlarını bildirərək onu buna inandırıb aldatmışdır. O, işdə olarkən Cavabdeh onun ev əşyalarını və həmin ev əşyalarının içərisində onun 4000 manat nağd pulunu götürərək evdən qaçmışdır. O, bu barədə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət etmişdir. Cavabdeh törətdiyi əmələ görə tutub polis bölməsinə aparmışlar və Cavabdehbarəsində cinayət işi açılmışdır. Cavabdeh götürdüyü pulun evdə olduğunu və sadəcə olaraq pulun yerini dəyişdirdiyini söyləmişdir. O, həmin qadına inanıb ərizəsini geri götürmüşdür. Onlar polis idarəsindən çıxıb Cavabdehın evdən götürdüyü və yerini dəyişdiyi pulu ona qaytarması üçün evə qayıdan zaman evin kənarına çatanda Cavabdeh ona evdə heç bir pulun olmadığını bildirmişdir. Cavabdeh heç bir borcu olmamışdır və cavabdehin məqsədi onu aldadıb pulunu almaq olmuşdur. O, yuxarıda göstərilən səbəbdən indi ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, İddiaçı qardaşıdır. Cavabdeh İddiaçı evini səliqəsiz vəziyyətə salmışdır. Cavabdeh polis bölməsində pulu götürməsini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, İddiaçı qohumudur. İddiaçı və Cavabdeh qısa müddət ərzində evli olmuşlar. Cavabdeh İddiaçı evindən əlində torba ilə çıxması görülmüşdür. O, sonra İddiaçı evindən pulun götürülməsini eşitmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: AZ-İ seriyalı, 423999 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindın görünür ki, İddiaçı və Cavabdeh nikahları tərəfərin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 avqust 2023-cü il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh ifadəsində İddiaçı ona 3100 manat pul verdiyini, İddiaçı ona 3100 manat məbləğində borcunu ödəməkdə köməklik göstərdiyini bildirməsi həmin qərarda qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7200 manat pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində İddiaçı ona 3100 manat məbləğində pul verdiyini etiraf etmişdir. Həmin etiraf Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 avqust 2023-cü il tarixli qərarında əks olunmuşdur. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 3100 manat məbləğində pul alması iş materialları ilə təsdiq edilmiş və məhkəmə iclasında sübuta yetirilmişdir. Buna görə də iddia həmin hissədə əsaslı olduğundan təmin eidlməlidir. Məhkəmə iddia tələbinin 4100 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb iş materialları ilə sübuta yetirilmədiyi üçün təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3100 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar