Məhkəmə qərarları › İş №2(003)-4360/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4360/2023

23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4360/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu Ərizəçi maraqlı şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “uzun müddət istifadələrində olan torpalardan istifadə və mülkiyyət hüququnun tanınması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi maraqlı şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “uzun müddət istifadələrində olan torpaqlardan istifadə və mülkiyyət hüququnun tanınması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 72 sotluq koordinatları tam göstərilmiş uzun müddət istifadələrində olan torpaq sahələrinə istifadə və mülkiyyət hüququnun tanınması, Ərizəçi məxsus olması haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə, iddianın predmeti və qiyməti, Ərizəçinın və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə maraqlı şəxsə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə maraqlı şəxsə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, ərizə məhkəməyə xüsusi icraat qaydasında verilmişdir. Lakin, ərizəçi “xahiş etdi” hissəsində sənədin məxsusluğu faktı ilə xüsusi icraat qaydasında baxılan işlərə aid olmayan istifadə, mülkiyyət hüququnun tanınması tələbini birləşdirmişdir. Digər tərəfdən ərizəçi ona məxsusluğunun müəyyən edilməsini istədiyi sənədi də qeyd etməmişdir. Bununla da ərizəçi ərizədə hər iki tələbi qeyd etməklə bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Məhkəmə hesab edir ki, sənədin itirilməsi halları istisna olmaqla heç bir hüquqmüəyyənedici sənədi olmayan daşınmaz əmlakdan istifadə və ona sərəncam vermək hüququnun tanınması mülki məhkəmə icraatı qaydasında baxılan məsələ olmadığından ərizəçi müvafiq inzibati orqana etdiyi müraciətdən narazı qaldığı halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldı: Ərizəçi maraqlı şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “uzun müddət istifadələrində olan torpalardan istifadə və mülkiyyət hüququnun tanınması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar