Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4387/2025 02.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi X2 iclas katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “eyni şəxs olma faktı barədə” mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi digər hüquqi hallar tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası, Laçın rayonu, X8 tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydləri kitabına əsasən 03.05.*940- cı ildə doğum akt qeydinə əsasən Azərbaycan Respublikası, Laçın rayonu, Qarıqışlaq kəndində anadan olmuş Ərizəçi, X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, “X* *937-ci ildə Laçın rayonu, Quşçu kəndində anadan olmuş, **.09.2025-ci tarixdə vəfat etmişdir. Mənim özüm isə xx.xx.*940cı ildə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olmuşam. Mənim barəmdə Laçın rayonu Bozlu İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 0*.08.*96*-ci il tarixli, 09 saylı nikah haqqında akt qeydinin qadın qrafasında adım "İpək", doğum tarixim isə "*943"-cü il yazılmışdır. Doğum və ya bu qəbildən ölan digər sənədləri tərtib edən aidiyyəti orqanların kobud səhvləri nəticəsində mənim adım və doğum ilim müxtəlif cür yazılmışdır. Belə ki, oğlum Nümayəndə barəsində tərtib olunmuş *4.07.*970-ci il tarixli, 52 saylı doğum haqqında akt qeydinin ana haqqında məlumat qrafasında adım "Klara", doğum tarixim "0*.07.*943"-cü il, qızım Məmmədova Hicran Yusif qızı barəsində tərtib olunmuş 0*.09.*964-cü il tarixli, 66 saylı doğum haqqında akt qeydinin ana haqqında məlumat qrafasında adım "Klara" qeyd edilmişdir. Lakin digər uşaqlarım X7 barəsində tərtib olunmuş 04.**.*968-ci il tarixli, 68 saylı və oğlum X5 barəsində tərtib olunmuş 02.03.*974cü il tarixli, 04 saylı doğum haqqında akt qeydlərinin ana haqqında məlumat qrafasında adım "İpək" yazılmışdır. Həmçinin bildirirəm ki, Bakı şəhəri Əzizbəyov RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə mənə verilmiş AZE 0******* №-li şəxsiyyət vəsiqəsində adım "Klara", doğum tarixim "xx.xx.*940" -cı il qeyd edilmişdir. X4 vəfat etdikdən sonra vərəsəlik məsələlərinin və bəzi məişət problemlərinin həlli ilə əlaqədar aidiyyəti orqanlara müraciət edən zaman bütün yuxarıda sadaladığım ziddiyətli akt qeydləri üzə çıxmış və mən nümayəndəm vasitəsi ilə özümün nikah haqqında akt qeydində düzəliş edilməsi bağlı Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsinə müraciət etdim. Lakin qeydiyyat şöbəsi özünün 25.*0.2025-ci il tarixli 3-*6-7/8-*5- 6*7/2025 saylı məktubu ilə yuxarıda qeyd olunan aktlar arasında ziddiyət olduğundan müvafiq düzəlişin qeydiyyat şöbəsi tərəfindən edilməsinin qeyri mümkünlüyünü bildirmiş, akt qeydlərində düzəliş edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.” Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi ərizəsini müdafiə etmişdir. Məhkəmə iclasında məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli Qərarının 9.*.-ci bəndində qeyd olunur: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə Ərizəçi əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda Ərizəçi nın hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, Ərizəçi həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Mülki işin materiallarından görünür ki, Ərizəçi barəsində Laçın rayon Bozlu İN-yi tərəfindən tərtib olunmuş 0*.08.*96*-ci il tarixli 09 saylı nikah haqqında akt qeydinin qadın qrafasında adı "İpək" doğum tarixi "*943"-cü il yazılmışdır. Lakin, oğlu Nümayəndə barəsində tərtib olunmuş *4.07.*970-ci il tarixli 52 saylı doğum haqqında akt qeydinin ana haqqında məlumat qrafasında adı "Klara", doğum tarixi "0*.07.*943"-cü il, Məmmədova Hicran Yusif qızı barəsində tərtib olunmuş 0*.09.*964-cü il tarixli 66 saylı doğum haqqında akt qeydinin ana haqqında məlumat grafasında adı "Klara" qeyd edilmişdir. Lakin digər uşaqlar X7 barəsində tərtib olunmuş 04.**.*968-ci il tarixli 68 saylı və X3 barəsində tərtib olunmuş 02.03.*974-cü il tarixli 04 saylı doğum haqqında akt qeydlərinin ana haqqında məlumat qrafasında adı "İpək" yazılmışdır. Bundan başqa Ərizəçi barəsində verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsində adı "Klara", doğum tarixi "xx.xx.*940"-cı il qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 26*. İcraata xitam verilmə əsasları. 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.*. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26*-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “eyni şəxs olma faktının tanınması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, eyni şəxs olması faktının müəyyən edilməsi tələbi ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə, inzibati icraat qaydasında İnzibati məhkəməyə müraciət etməlidir Ərizəçiyə izah edilsin ki, məhkəmənin ərizəni qəbul etməkdən imtina etməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mələk Hüseynova
Məhkəmə qərarları › İş №2(003)-4387/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4387/2025
02.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver