Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-439/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 5 il 7 ay müddətində hər il üçün 276,5 manat, cəmi 1576 manat gecikdirilmiş faiz borcunun və 36 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1612 manat (5530x5%=276,5; 276,5x5,7=1576) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh 5530 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilib. Lakin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla onu pulundan fayda əldə etməkdən məhrum edib. İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasında işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2018 nömrəli, 27 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 5000 manat və ödənilmiş məhkəmə xərclərinə görə 530 manat, cəmi 5530 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, dəbbə pulunun ödənilməsi tələb edilmiş əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. X2 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2018 nömrəli, 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı 5530 manat məbləğində pul vəsaiti ödəməlidir. Lakin Cavabdeh həmin pul məbləğini ödəməmişdir. İddiaçı pul məbləğinə hesablanmış dəbbə pulunu tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu pul məbləğini ödəməməsi iş materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı pul məbləğinə hesablanmış dəbbə pulunu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh məhkəmə qətnaməsi əsasında iddiaçıya pul məbləği ödəməli olduğu halda həmin pul məbləğini ödəməmişdir. Odur ki, cavabdeh pul məbləğini ödəmədiyi üçün həmin pul məbləğinə hesablanmış dəbbə pulunu tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilərək ödənilməmiş pul məbləğinə görə hesablanmış 1576 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 36 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1576 manat dəbbə pulu və dövlət rüsumu üçün ödənilmiş 36 manat, cəmi 1612 (min altı yüz on iki) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1576 manat dəbbə pulu və dövlət rüsumu üçün ödənilmiş 36 manat, cəmi 1612 (min altı yüz on iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-439/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-439/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver