Məhkəmə qərarları › İş №2(003)-44/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-44/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-44/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 02.03.2006-cı il təvəllüdlü Ayxan və 23.01.2013-cü il təvəllüdlü Nihalın Cavabdeh Ramiz qızının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 324 saylı evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(003)2482/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Ramiz qızının cavabdeh İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağ evi 324 saylı evə olan istifadə hüququnun itirilməsi barədə iddiası rədd edilmiş, həmin qətnamənin İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağ evi 324 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Həmin işin faktiki hallarından göründüyü kimi, İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə qətnaməsində onun guya məhkəmə ” iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi göstərilsə də, bu faktı təsdiq edən heç bir sübut növü mülki işə əlavə edilməmişdir. Məhkəmə işə cabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etməkdə haqlı olmamışdır. Hazırkı iş üzrə İddiaçı həmin qətnamədən 30 noyabr 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. İş hazırda apellyasiya instansiyasının icraatındadır. İşin mahiyyəti ondan ibarətdir ki, İddiaçı 2005-ci ilin yanvar ayında Cavabdeh qardaşı, eyni zamanda onun nümayəndəsi Nümayəndə1 oğlu Emil Cəfərovla rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Həmin vaxt İddiaçı Emil Cəfərovun yaşadığı Bakı şəhəri, Qara Qarayev küçəsi 39 nömrəli evin 139 nömrəli mənzilinə köçürülmüşdür. Onlar ər-arvad qismində yaşadıqları dövrdə 02 mart 2006-cı ildə Ayxan və 23 yanvar 2013-cü ildə Nihal adlı 2 uşaqları doğulmuşdur. İddiaçı əri Emil Cəfərov nalayiq hərəkətləri ilə problem yaratdığına, müxtəlif adamlara pul borcu olduğuna görə onun atası Ramıs Cəfərov Bakı şəhəri, Qara Qarayev küçəsi 39 nömrəli evin139 nömrəli mənzilini satıb, oğlunun borclarını ödəmək qərarına gəlmişdir. Həmin vaxt İddiaçı yaşadıqları mənzilın satılmasına razı də Nümayəndə1 Qara Qarayev küçəsindəki “Çudo Peçka mağazasının üstündə yerləşən binadan bir otaqlı mənzilın sənədlərini İddiaçı göstərərək, həmin mənzili onlar üçün alacağını bıldırmışdir. Ondan sonra Lumu mənzilin satılmasına razılıq vermişdır. Lakin mənzil satıldıqdan sonra Nümayəndə1 vədinə əməl etməmiş, 2008-ci ildə onları ailəlikcə hazırkl iş üzrə mübahisəli hesab edilən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağ evi 324 ünvana köçürərək, onları həmin evə qeydə saldırmışdır. Lumu Cefərova ilə Emil Cəfərovun birgə nikahından 23 yanvar 2013cü ildə doğulmuş Nihal adlı uşaq həmin ünvanda doğulmuşdur. 2017-ci ilin axırlarında İddiaçı qaynanası X1 Amerikada yaşayan bacısının yanına köçdüyündən, habelə bağ evində kommunal şərait olmadığından və istilik sistemi işləmədiyindən İddiaçı əri Emil Cəfərov və iki azyaşlı uşaqları ilə birlikdə bağ evini tərk edib kirayədə yaşamağa məcbur olmuşlar. Kirayədə yaşadıqları dövrdə də İddiaçı əri Emil cəfərov öz nalayiq hərəkətlərini davam etdirmiş, İddiaçı anasına qarşı dələduzluq edərək, onu aldadıb pulunu almış, validynlərii tərəfindən ona alınmış maşını sataraq qumarda uduzmuş və başqa digər xoşagəlməz hərəkətlərə yol vermişdir. Bu səbəbdən də, ailədə olan ziddiyyətlər kəskinləşmiş, nəticədə İddiaçı boşanmaq qərarına gəlmişdir. Yaranmış ziddiyyətlərlə əlaqədar İddiaçı bağ evinə qayıldıb orada yaşamağa davam edə bilməmişdir. 2018-ci ilin mart ayında Novruz bayramı zamanı İddiaçı bağ evinə ərinin və qaynatasının yanına bayram şirniyyatı ilə gedərək, ailəsinin bərpasına təşəbbüs göstərmişdir. Lakin bunun müsbət nəticəsi olmamış, İddiaçı anasının ünvanına qayıdaraq, orada yaşamaq məcburiyyətində qalmışdır. Həmin vaxt İddiaçı qaynatası Nümayəndə1, əri Emil Cəfərov və baldızı Cavabdeh yaşadıqları bağ evini sataraq, ona uşaqları ilə birlikdə 3 otaqlı mənzil alacaqlarını vəd etmişlər. Lakin onlar vədlərinə əməl etməmiş, Cavabdeh 2019-cu ilin sentyabr ayında Amerikaya köçərək anasının yanına getmiş, qaynatası isə İddiaçı qarşı evə olan istifadə hüququnun itirilməsi barədə iddia qaldırmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(003)2482/2020 saylı qətnaməsindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi 324 saylı ev tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. Həmin mənzilə iddiaçının mülkiyyət hüququ qeydə alınmış və bu barədə iddiaçıya RX seriyalı ******* nömrəli Hüquqların haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı pasport qeydiyyatından çıxarma və evdən istifadə hüququnun itirilməsi tələbinə dair iddia təmin edilməmiş, həmin qətnamənin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi 324 saylı evdən qeydiyyat çıxarılması üçün əsas hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 25.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.10.2020ci il tarixli qətnaməsi qismən ləğv edilməklə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi 324 saylı evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 25.02.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 25.02.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağ evi 324 saylı evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. Belə olan halda iddiaçının mübahisələndirilən evə istifadə hüquqları itirildiyindən həmin evə köçürülməsi barədə idia tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar