Məhkəmə qərarları › İş №2(003)-44/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-44/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-44/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçı nümayəndəsi X6, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və həmin torpaq sahəsinin geri qaytarılması” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi, həmin həyətyanı torpaq sahəsinin ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. - Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha hesabı ilə 1-1128 kodlu torpaq sahəsi ona ayrılmışdır. Bu barədə, kserosurəti hazırki iddia ərizəsinə əlavə olunmuş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 tərəfindən verilmiş 010 qeydiyyat nömrəli 11 yanvar 2017ci il tarixli arayışda qeyd olunur. Həmin həyətyanı torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində 927 nömrəli reyestr kitabının 87925 nömrəli vərəqində, ********** nömrəsi ilə qeydiyyata alınmış və 07 dekabr 2019-cu il tarixdə verilmiş Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin həyətyanı torpaq sahəsini hasara almış və ailə üzvlərinin istifadəsində olmuşdur. 2019-cu ildə həmin torpaq sahəsinin bir hissəsini qanuni alqı-satqı yolu ilə cavabdehə satmışdır, qalan hissəsi isə onun mülkiyyətindədir. Hazırda mülkiyyətində olan həmin həyətyanı torpaq sahəsində ev tikmək istəyir, lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və orada qanunsuz olaraq fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehə həmin torpaq sahəsini boşaltmaq təklif olunmuş lakin o, hər dəfə müxtəlif bəhanələrlə torpaq sahəsini başaltmamışdır. İddiaçı Füzuli rayonundan məcburi köçkündür, özünə və ailə üzvlərinə məxsus olan yaşayış sahələri yoxdur. Hazırda özünə məxsus olan torpaq sahəsində ev inşa etdirmək istəyir. Bu günkü gündə o cavabdehin qanunsuz hərəkətləri üzündən kirayədə yaşamağa məcburdur. Yaşadığı evə görə kirayə haqqı ödəyir ki, bu da onun onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Bundan sonra da bir neçə dəfə ona məxsus olan həyətyanı torpaq sahəsinin boşaldılması təklifi ilə cavabdehə müraciət etmiş, lakin o, yenə də rədd cavabı vermiş və onun həmin torpaq sahəsinə girməyinə imkan verməmişdir. Bununla da ona məxsus olan həyətyanı torpaq sahəsini cavabdeh qanunsuz olaraq idarə edir, o isə qeyd olunan torpaq sahəsindən istifadə etmək hüququndan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olunmuşdur. Hazırda cavabdehin ona məxsus olan həyətyanı torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsi üzərində qanunsuz inşa etdiyi evdə yaşaması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində təsbit olunmuş hüquqlarını pozur. Belə ki, mübahisəli torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ isə Azərbaycan Respublikasının qanunları ilə qorunur. Göründüyü kimi cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində yaşaması onun həmin torpaq sahəsindən istifadə etmək və ona dair səfəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozur və onun həmin hüquqlarını həyata keçirməyinə maneə törədir. Bu səbəbdən də o məhkəməyə müraciət edir və hesab edir ki, məhkəmə, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş evin sökülməsi, həmin həyətyanı torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında bildirmişdir ki, cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsi zəbt edilmiş və onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçıdan həmin torpaq sahəsini satın alıb və aldığı torpaq sahəsində ev tikdirib. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7nin 010 saylı, xx.xx.2017-ci il tarixli arayışının sürətindən görünür ki, İddiaçı həqiqətən X7 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha hesabı ilə 1-1128 kodlu torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 ərizəsi əsasında toplanmış HK-1-883 sayla qeydə alınmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1-1128 sahə ünvanında yerləşən 0,0622 ha olan torpaq sahəsi xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən X1. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “X10 Layihə- Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 kv.m hissəsi, reyestr nömrəsi **********44 olub, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir və həmin hissə sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7335 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 kv.m hissəsi, reyestr nömrəsi **********44 olub, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir və həmin hissə sxemdə göstərilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətində olub və o, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1-1128 sahə ünvanında yerləşən 0,0622 ha olan torpaq sahəsi xx.xx.2018-ci il tarixdə satmışdır. Cavabdeh sözügedən ünvanda yaşayış ev tikmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsini zəbt etməsini və həmin sahədə ev tikməsini əsas gətirərək, cavabdehin torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi, həmin həyətyanı torpaq sahəsinin istifadəsinə qaytarılması xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli həyətyanı torpaq sahəsindən istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Cavabdeh isə həmin mülkdən çıxmaqdan imtina edir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinin iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında ev tikdiyi torpağın ona aid olduğunu bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan 75 kv. m. hissədə iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 kv.m hissəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli həyətyanı torpaq sahəsində zəbt olunmuş hissəsindən çıxarılmalı, və həmin torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş fərdi yaşayış evinin 75 kv.m hissəsi sökülməli, həmin həyətyanı torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli həyətyanı torpaq sahəsində yerləşən fərdi evin 75 kv.m hissəsini zəbt etmiş, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmiş tikilinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək torpaq sahəsindən çıxmayaraq onu təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mübahisəli torpaq sahəsindən istifadə hüququ olmadığından, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli həyətyanı torpaq sahəsində sxemdə göstərilən hissədə Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 kv.m hissəsindən çıxarılmalı, həmin əmlakın 75 kv. m. hissəsi sxemdə göstərilmiş qaydada sökülərək torpaq sahəsi həmin hissədə boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, mübahisəli əmlakı özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İddiaçı, həmçinin ona məxsus mülkdən istifadə üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsini xahiş edir. İşin hallarından göründüyü kimi iddiaçı, mübahisəli əmlakın mülkiyyətçisi olaraq, öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir, belə ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətindən istifadəsinə maneçilik törədilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sahə-1-1128 nömrəli həyətyanı torpaq sahəsindən istifadə ilə bağlı qeyd edir ki, həmin torpağın zəbt olunmuş hissəsi İddiaçı istifadəsinə qaytarılmalıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində inşa etdiyi evin 75 kv.m hissəsi cavabdehin hesabına sökülməklə həmin torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi sxemdə göstərilən 75 kv. m. hissədə boşaldılaraq İddiaçı təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. qət etdi: İddia qismən təmin edilsin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahə-1-1128 nömrəli 0,0378 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertin sxemdə göstərdiyi 75 kv. m hissəsi cavabdehin hesabına sökülərək, torpaq sahəsi ekspertin sxemdə göstərdiyi 75 kv. m. hissədə boşaldılaraq Cavabdeh alınsın və İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar