Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-44/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X*, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın «Azneft» İB-nin Cavabdeh (Maraqlı şəxs) qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı SOCAR-ın “AZNEFT” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun solunda 3*T4*1*61; ******* koordinatlarında yerləşən SOCARın “AZNEFT” İB-nin H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat məbləğində cavabdehdən alınaraq İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında SOCAR-ın «Azneft» İB-nin nümayəndəsi X3 ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Eyni zamanda izahatında iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiaçı SOCAR-ın «Azneft» İB-dən tutulmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasında ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçının nümayəndəsi tərəfindən ərizəsinin geri qaytarılması xahiş olunduğundan mülki iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin *54, *55, *61.0.1—*61.0.3 və *61.0.6—*61.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Belə ki, məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *5.0*.*0*4-cü il tarixli, 10/334* nömrəli rəyi məhkəməyə daxil olmuşdur. Eyni zamanda ekspert rəyinə tikinti-texniki obyektlərinin tədqiqi barədə ekspertiza xərclərinə dair bildirişdə daxil olmuş və həmin bildirişə əsasən aparılmış ekspertizanın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 11*.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, bununla da, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarıldığından, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *63, *64, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı SOCAR-ın «Azneft» İB-nin Cavabdeh (Maraqlı şəxs) qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiaçı SOCAR-ın «Azneft» İB-dən tutularaq X1, Kod *10005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003*44, SFİFT.Bik: CTREAZ** VÖEN 17003*66*1, AZ34CTRE**********000*088501 hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-44/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-44/2024
05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver