Məhkəmə qərarları › İş №2(003)-440/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-440/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-440/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdehlər Cavabdeh və X3, Cavabdeh nümayəndəsi və vəkili Əlirzayev Tahir Qafar oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Toydan əvvəl cehizləri cavabdehin yaşadığı özbaşına tikiliyə - Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu, ev 1-ə aparılmış, toydan sonra isə özü göstərilən ünvana gəlin köçürülmüşdür. Birgə nikahlarından xx xxxx 2015-ci il tarixdə X8 anadan olmuşdur. Ailə qurduqdan sonra münasibətləri yaxşı olmuşdur, lakin bir müddətdən sonra cavabdehin və onun ailə üzvlərinin ona qarşı münasibətləri dəyişib, onu incitməyə başlamışdır. xx xxxxxxx 2019-cu ildə cavabdeh onu döymüş və onu uşağı ilə birlikdə bayıra atmışdır. O, məcburiyyət qarşısında qalıb zəng etmiş, xalası onu gəlib evinə aparmışdır. Bu gün də o, müvəqqəti olaraq xalasının evində - Bakı şəhəri, Nizami Rayonu, H.Əliyev prospekti, 86/19, mənzil 1-də yaşayır. O, cəhd göstərib ki, evinə qayıtsın, lakin evinə daxil ola bilməmişdir. Ona görə də onun yaşadığı mənzilə köçürülməyi barədə Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin onlar da onu mənzilə köçürmədilər. Bu gün də onun özünün şəxsi əşyaları, cehiz əşyaları, qızıl zinət əşyaları, övladının paltarları mübahisəli evdə - Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu, ev 1də yerləşən özbaşına tikilidədir. Cavabdehin təqsiri üzündən xx xxxxx 2020-ci il tarixdə nikahları pozulmuşdur. O, belə hesab edir ki, cavabdehlə ailə həyatı qurduqdan sonra onu mübahisəli mənzilə gəlin köçürməsi, onun cavabdehlərlə birgə orada yaşamağı, həmin mənzildə övladının anadan olması, mübahisəli mənzildə onun şəxsi cehiz əşyalarının, qızıl- zinət əşyalarının olması, həmin şəxslərlə onun ümumi təsərrüfat aparmağı onun həmin evdə hüququnun olmasını təsdiq edir. Onu gəlin köçdüyü və cavabdehlə yaşadığı mübahisəli ev özbaşına tikilidir, həmin evə mülkiyyət hüququ olmadığından və cavabdehin onunla eyni hüquqlu istifadəçisi olduğundan cavabdeh onu həmin evə buraxmamağa haqlı deyildir. Beləliklə, hesab edir ki, azyaşlı övladı ilə mübahisəli mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X11 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun atasınındır. İddiaçı hazır evə gəlin gəlmişdir. Evin sənədləri atasına məxsusdur. Evin işığı, qazı, telefonu və s. atasının adınadır. İddiaçı ilə 2014-cü ildə nikahları olub, aryı evdə yaşamış, sonradan müvəqqəti olaraq atasına məxsus evə köçmüşlər. Daha sonra iddiaçı uşağı da götürüb gedib, onlar boşanmışlar. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X9 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev onundur. Evi özü ona ayrılmış torpaqda tikmişdir. Oğlu və gəlini ona məxsus evdə yaşamışlar. Keçmiş gəlininin ona məxsus evdə yaşamasına razı deyil. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X5 cavabdehin izahatındakı xüsusatları qeyd edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənova X10 MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin və “xxxx” ASC tərəfindən verilmiş bildirişdən görünür ki, mübahisəli ünvanda işıq və qaz xətti X3 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon Hövsan Südçülük Sovxozu üzrə xx xxxxxx 2000-ci il tarixli 16 saylı əmrdən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra hakimiyyətinin xx xxxxxx 2000-ci il tarixli 171 saylı sərəncamı, Hövsan X2 Komitəsinin xx xxxxxx 2000-ci il tarixli 21 saylı protokoluna əsasən, sovxozda işləyən X4 ev tikmək üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 16 saylı məktubundan görünür ki, X1 qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində sahə 4 adlanan ünvanda yerləşən torpaq sahəsinə görə Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və 2000-ci ildən 2011-ci ilə qədər əmlak və torpaq sahəsinə görə vergi ödəmişdir. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını, tədqiq edilən sənədləri, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər halları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin Cavabdeh ilə nikahda olduğu dövrdə onların həmin evdə yaşayaraq birgə təsərrüfat aparmasını əsas gətirərək həmin evdə yaşamaq hüququ olduğunu iddia etmiş, məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, iddiaçı köçürülməsini tələb etdiyi ev cavabdehin atası tərəfindən tikilmiş, torpaq sahəsi isə fərdi evin tikintisi üçün X3 istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır (30.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə işin müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarını tətbiq edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinad edərək hesab edir ki, baxılan iş üzrə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Ona görə də iddia təmin oluna bilməz. Belə ki, mübahisəli ev daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, iş materiallarına əlavə edilmiş Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx xxxxxx 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 0.05 ha torpaq sahəsi X4 fərdi ev tikmək üçün verilmişdir. Hal-hazırda da evin sahibi X6r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar