Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4491/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, ərizəçi X8 (maraqlı şəxs Xəzər Rayon İcra Hakimiyyəti) – hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Ərizəçi X*4 (maraqlı şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti göstərməklə) hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət edərək, X*nın babası X6 qızı olması və onun X6 nəvəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Xəzər rayonu. Zirə qəsəbəsində yerləşən Abşeron rayon inzibati ərazisinə aid olan *.092 ha torpaq sahəsinin mülkiyyətçisi onun babası X9 olmuşdur. Babası öldükdən sonra ona məxsus torpaq sahəsi anasına, yəni onun qızı X3 istifadəsində olmuş və ondan da onun istifadəsinə keçmişdir. X* 05 dekabr 2007-ci il tarixdə vəfat etmiş və anasının varisi olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə onun vərəsəsi kimi müəyyən olunaraq mirası qəbul etmişdir. Mərhum anasının ölümündən sonra həmin torpaq sahəsi onun istifadəsində və sahibliyimdədir, həmçinin bu günədək hər hansı üçüncü şəxsin buna dair heç bir pritenziyası olmamışdır. Faktiki olaraq mirası qəbul edərək idarə edir və ondan başqa vərəsəsi yoxdur. 0*.0*.*946ci il tarixdə vəfat etmiş babası X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair mirasın qəbul ediləsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar Bakı şəhəri 3* Saylı notariat ofisinə müraciət etmiş, lakin babası ilə qohumluq əlaqəsini təsdiq edən sənədin olmaması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. *5.02.2023-cü il tarixli № 3-48-DA/2-R-00288/2023 saylı arxiv arayışından görünür ki, *933-cü ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında *0 iyul (sənəddə olduğu kimi) *933-cü ildə doğulan Əliyeva Ki'ıbra xanım Bəndəli təvəllüdü qeyd olunur. Həmçinin arxiv arayışında anasının atasının Əliyev Bəndəli olduğu qeyd olunur. İşə əlavə edilmiş *4.02.2023-cü il tarixli, 05/69-255 saylı sənəddən görünür ki babasıX9 0*.0*.*946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. A3 № *262855 saylı doğum haqqında şəhadətnamədən görünür ki. X7 onun anasıdır. AZ-* seriyalı, 282044 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki. X* 05.*2.2007-ci il tarixdə ölmüşdür. *7.02.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, X*nın vərəsəsidir. Qeyd olunan sənədlərə və şahidlərin ifadəsinə əsasən onun X6 nəvəsi olmağı faktı təsdiq edilə bilər. O, faktiki olaraq X*nın vərəsəsi olaraq notarius tərəfidən tanınmış və buna görə də babasının nəvəsi olaraq onun miras qalmış əmlakını ala bilməyi üçün onun babası olması faktının məhkəmə tərəfindən tanınması zərurəti vardır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-TA/2-R-00*94/2023 saylı arxiv arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət X*8 kəndi üzrə *886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Xıdırnəbi Yarəli oğlu - 46 yaş. Onun oğlu Səfərəli - 5 yaş. Ailədə 4 qadın olmuşdur. Onların *9*6-cı ildə Zirə kəndində 2\3 desyatinə bərabər olan üzüm sahəsi, *2 desyatinə bərabər olan bostan sahəsi, *0 desyatinə bərabər olan şumluq sahəsi, *0 desyatinə bərabər olan qumlu - daşlı torpaq sahələri olmuşdur. Ailə *0 rubi dəyərində torpaq rüsumu ödəmişdir. Əsas: f. 43, siy. 2, sax. vah. 7334T3, vər. 88* - 882 f. 46, siy. 6, sax. vah. 7*3, vər.5;** Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin *5.02.2023-cü il tarixli, 3-48-DA/2-R-00288/2023 saylı arxiv arayışın surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *933-cü ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında *0 iyul (sənəddə olduğu kimi) *933-cü ildə doğulan Əliyeva Kübra xanım Bəndəli qızının təvəllüdü qeyd oiunur. Atası: Əliyev Bəndəli, anası: Əliyeva Nənə X. (sənəddə olduğu kimi) Ərizəyə əlavə edilmiş *5.04.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29.07.*97*-ci ildə vəfat etmiş X*0 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsi, ev *, yeni qaydalarla:AZ**20, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, *08-ci Zirə küçəsi, 36 ünvanında yerləşən ümumi sahəsi 43.6 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,069*6 ha torpaq sahəsində */* hissədə pay almışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, *4.*2.*983-cü ildə vəfat etmiş X*2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsi, ev * ünvanında yerləşən ümumi sahəsi 43.6 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,069*60 ha torpaq sahəsində */* (tam) hissədə pay almışdır. Ərizəyə əlavə edilmiş *7.02.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29.07.*97*-ci ildə vəfat etmiş X2 miras qalmış “Vaz-2*0*” markalı, *0-EC-9*7 dövlət qeydiyyat nişanlı avtomobildən tam hissədə pay almışdır. Ərizəyə əlavə edilmiş *7.02.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29.07.*97*-ci ildə vəfat etmiş X2 miras qalmış “Vaz-2*0*” markalı, *0-EC-9*7 dövlət qeydiyyat nişanlı avtomobildən tam hissədə pay almışdır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri 3* saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2023-cü il tarixli, 479 saylı “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərarından görünür ki, vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxılması, miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlərin olmaması, vərəsələrin dairəsini müəyyən etmək mümkün təqdim olunan ərizə və sənədləri nəzərə alaraq Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi və Ərizəçi məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizənin hüquqi əsası, onun X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən Abşeron rayon inzibati ərazisinə aid olan *,092 ha torpaq sahəsinə dair mirasın qəbul edilməsindən ibarətdir. Göründüyü kimi, hazırkı işdə ərizəçi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb kimi, babasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün əsaslandırmışdır. Lakin ərizəçi - X9 barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanından və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən Abşeron rayon inzibati ərazisinə aid olan *,092 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd(lər)i məhkəməyə təqdim etməmiş, yalnız Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən ona təqdim edilmiş arxiv arayışlarına istinad etmişdir. Həmin arxiv arayışından isə miras əmlakın nədən ibarət olması tam şəkildə ifadə olunmamışdır. Halbuki, qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər. Belə ki, bu xarakterli, yəni hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlərə baxılması zamanı məhkəmələr tərəfindən qanunun düzgün və eyni qaydada tətbiq edilməsini təmin etmək məqsədilə Ali Məhkəmənin Plenumu hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli qərar qəbul edərək kifayət qədər aydınlıq gətirmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli qərarının 2.2-ci bəndində qeyd olunur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin *53.2.*-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçi ilkin olaraq vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalarına riayət etməli, həmin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər edilməsindən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırmalıdır. Məhkəmə hesab edir ki, bu cür ərizələri daxil olduqda, ərizənin icraata qəbulundan imtina olunmasını müəyyən edən konkret norma olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinaya dair münasibətləri nizama salan hüquq norması tətbiq edilərək, iddiaçının mövcud iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin *3.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində hazırki faktın babasında miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən Abşeron rayon inzibati ərazisinə aid olan *,092 ha torpaq sahəsinə torpaq sahəsinə vərəsliyin qəbul edilməsi ilə bağlı lazım olduğunu göstərsə də həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd(lər)i məhkəməyə təqdim etməmiş, yalnız Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən ona təqdim edilmiş arxiv arayışlarına istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın *.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, ərizəçinin hazır ki faktın müəyyən olunması üçün əsas olan miras əmlak barədə məhkəməyə hüquqmüəyyənedici sənəd təqdim etməmiş, lakin ərizəsində anası X4, babası X6 qızı, onun X6 nəvəsi olmağı faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin *53.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin *53-cü maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi X8 (maraqlı şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti göstərməklə) anası X4 babası X6 qızı, onun X6 nəvəsi olması faktının müəyyən edilməsi barədə ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Ərizəçiyə qeyddə düzəliş olunması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına müraciət etmək hüququnun olması, inzibati orqan tərəfindən qeyddə düzəliş olunmasından imtina edildikdə isə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan *0 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-4491/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4491/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver