Məhkəmə qərarları › İş №2(003)-4495/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4495/2021

26.11.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4495/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi və şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ulu babaları 1884-cü il təvəllüdlü X7 və 1843-cü il təvəllüdlü X8 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı ərizəçinin nümayəndəsi Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət etmiş, 1884-cü il təvəllüdlü X7 18.03.1959-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və 1843-cü il təvəllüdlü X8 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 15.05.1947-ci il təvəllüdlü Ərizəçi Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olmuşdur. X1, onun atası X14, ulu babası isə X11r. X1 10.06.1911-ci il tarixdə doğulmuş, 17.04.1981 -ci ildə vəfat etmişdir. Atasının atası X14 1884cü ildə anadan olmuş, onun atası yəni ulu babası X15 isə 1843-cü ildə anadan olmuşdur. Atasının ölüm haqqında şəhadətnaməsi vardır. Lakin babaları 1884-cü il təvəllüdlü X14 1959cu ildə ölmüş, dəfn olunmuş, ölümünün şahidləri və qəbri vardır. 1843-cü il təvəllüdlü X6 1943cü ildən xəbər yoxdur, müharibəyə gedib qayıtmayıb. Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, ulu babalarının ölüm faktının təsdiq edilməsi və ölmüş elan edilməsi üçün qanuni əsas mövcuddur. Babalarının ölümləri barədə heç bir sənəd yoxdur, o sənədlər ulu babasına məxsus əmlakın sənədləşdirilməsi üçün, vərəsəlik işinin həlli üçün lazımdır. Etibarnamə əsasında oğlu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etmiş İdarənin 17 dekabr 2019-cu il tarixli 71-445 nömrəli məktubu ilə Azərbaycan Respublikası üzrə X28 məlumatlarına əsasən 1886-cı ilə dair Buzovna kəndinin kameral siyahısında X8 doğum tarixinin 1843-cü il, atasının isə Ağa Məhəmməd olduğu bildirilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17 dekabr 2019-cu il tarixli 71- 444 nömrəli məktubu ilə Azərbaycan Respublikası üzrə X28 məlumatlarına əsasən 1886-cı ilə dair Buzovna kəndinin kameral siyahısında X7 doğum tarixinin 1884-cü il, atasının isə X15 olduğu bildirimişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 27 sentyabr 2017-ci il tarixli 71- 423 nömrəli məktubu ilə Azərbaycan Respublikası üzrə Dövlət Tarix Arxivi məlumatlarına əsasən Buzovna məscidinin sənədlərində X9 doğum tarixinin 10 iyun 1911-ci il, atasının isə X14 olduğu bildirilmişdir. Göründüyü kimi, X17 onun atası, X14 babası, sonuncunun atası X15 isə ulu babasıdır. Onun 10 iyun 1911-ci il təvəllüdlü X17, 1884-cü il təvəllüdlü X14 və 1843-cü il təvəllüdlü X15 ilə qohumluq faktı şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş müvafiq arxiv arayışları ilə təsdiq edilir. Göstərilənlərə əsasən, ulu babaları 1884-cü il təvəllüdlü X7 18.03.1959-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və 1843-cü il təvəllüdlü X8 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizədəki xüsusatları qeyd edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs və ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin və ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə bildirmişdir ki, o, ərizəçi və ailəsi ilə 50 ildir ki, qonşudur. Üzeirin atası Əliabbas, babası Mirzəbaladır. O, Əliabbası, Mirzəbalanı, Hacıbalanı və Ağaməhəmmədi görmüşdür. Onlar ailəlikcə əkin işləri ilə məşğul olublar. Mirzəbalanın 3 oğlu, 1 qızı olub, oğlunun biri müharibəyə gedib qayıtmayıb. Əliabbasın isə 7 oğlu, 2 qızı olub. Onlar hamısı Kolxozda işləyirdi. O, 1981-ci ildə Əliabbasın dəfnində iştirak edib. Mirzəbala 1959-cu ildə ölərkən isə o, əsgərlikdə olduğuna görə iştirak etməyib. Lakin Mirzəbalanın öldüyünü eşidib, 1961-ci ildə əsgərlikdən qayıdıb. Mirzəbalanın qəbri də var. X8 isə müharibəyə gedib qayıtmadığını eşitmişdir. Digər şahid X10 ifadəsində göstərmişdir ki, onlar Üzeirlə qohumdurlar. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Digər şahid X13 ifadəsində göstərmişdir ki, onlar ərizəçi ilə uşaqlıqdan bir yerdə böyümüşlər. Üzeirin qardaşı ilə bir yerdə oxumuşdur. O, digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X28nin 27.09.2017-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna məscidinin sənədlərində X9 doğum tarixi 10 iyun 1911-ci il, atası Mirzəbala Hacıbala oğlu, anası Səkinə xanım Hazı Həmzə qızı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X28nin 17.12.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Buzovna kəndinin 1886-cı ilə dair kameral siyahısında X8 doğum tarixi 1843-cü il, atası Ağa Məmməd qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X28nin 17.12.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Buzovna kəndinin 1886-cı ilə dair kameral siyahısında X7 doğum tarixi 1884-cü il, atası X15 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X28nin 20.09.2017-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna kəndinin 1886-cı ilə dair kameral siyahısında X8, onun oğlanları X18 və X7 adları qeyd olunmuşdur. Onların Buzovna kəndində 756 kv.sajına bərabər olan torpaqda üzüm sahəsi olmuşdur. İş materiallarına X4 aid qəbrin fotoşəkli əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçinin nümayəndəsi tərəfindən X7 və X8 ölüm haqqında şəhadətnamələrinin alınması üçün X3 Reyestri Xidmətinə və Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktının müəyyən edilməsindən imtina edilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 1884-cü il təvəllüdlü X7 18.03.1959-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. İşin məhkəmə iclasında tədqiq olunan hallarından görünür ki, ərizəçinin 1843-cü il təvəllüdlü X15 müharibəyə getmiş, ondan sonra barəsində heç bir məlumat alınmamışdır. Həmin Məcəllənin 41.3-cu maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 1843-cü il təvəllüdlü X15 ölmüş elan edilməli və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312- 316-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1884-cü il təvəllüdlü X7 18.03.1959-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. 1843-cü il təvəllüdlü X15 ölmüş elan edilsin. Hazırkı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün 1843-cü il təvəllüdlü X8 ölüm günü hesab edilsin. Qətnamə X3 qeydiyyatı kitabında şəxslərin ölməsi barədə qeyd aparılması və şəhadətnamə verilməsi üçün üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar