Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-45/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı SOCAR-ın “Azneft” İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı SOCAR-ın “Azneft” İB-nin Cavabdeh və Maraqlı şəxsnə qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda 39T4*0780;4484933 koordinatlarda yerləşən SOCAR-ın "Azneft” İstehsalat Birliyinin (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100.40 (yüz manat qırx qəpik) manat məbləğində cavabdehdən alınaraq İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinın neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsiının Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda 39T4*0780;4484933 koordinatlarda yerləşən bir hissəsində iş üzrə 3-cü şəxs Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılır. Nəticədə, İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları pozulmuş və neft qaz əməliyyatları üzrə təhlükəsiz fəaliyyətini həyata keçirməsinə maneçilik yaranmışdır. Faktla bağlı müvafiq tədbirlərin görülməsi, həmçinin tikinti işlərinin dayandırılması məqsədilə SOCAR-ın İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X* Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər-Rayon Polis İdarəsinə rəsmi qaydada müraciətlər edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda 39T4*0780;4484933 koordinatlarda yerləşən SOCAR-ın "Azneft” İstehsalat Birliyinin (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100.40 (yüz manat qırx qəpik) manat məbləğində cavabdehdən alınaraq İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı SOCAR-ın “Azneft” İB-nin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehlərin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan məktublardan görünür ki, İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları pozulmuş və neft qaz əməliyyatları üzrə təhlükəsiz fəaliyyətini həyata keçirməsinə maneçilik yaranması faktılə bağlı müvafiq tədbirlərin görülməsi, həmçinin tikinti işlərinin dayandırılması məqsədilə SOCAR-ın İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X* Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər-Rayon Polis İdarəsinə rəsmi qaydada müraciətlər edilmişdir. İş materiallarında olan 55 nömrəli bildirişdən görünür ki, 15.05.*0**-ci ıl tarixdə, saat 1*:15-də H.Z.Tağıyev adına NQÇİ-nın * saylı mədən ərazisində Buzovna- Maşdağa yolunun sol tərəfində 1*98 saylı neft quyusundan təqribən *00 metr məsafədə (* zona) yerləşən torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən təxminən 0,0* sot boş torpaq sahəsinin zəbt edərək təxminən 10x7 metr ölcülərdə 0.40 metr hündürlüyündə hörgü işlərinin aparıldığı aşkarlanmışdır. Cavabdeh qanunsuz tikinti barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, H.Z.Tağıyev adına NQÇİ-nin * saylı mədən ərazisində Buzovna Maşdağa yolunun sol tərəfində 1*98 saylı neft quyusundan təqribən *00 metr məsafədə (* zona) yerləşən torpaq sahəsi ARDNŞ-nın daimi istifadəsi üçün ayrılmış torpaq sahəsinə aiddir. Qanunvericiliyə görə dövlət əhəmiyyətli belə torpaqları qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyətləri həyata keçirmək qanunvericiliyə ziddir. Bununla bağlı Cavabdeh xəbərdarlıq edilmiş və o, həmin xəbərdarlığı imzalamışdır. İş materiallarında olan 15 may *0**-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun solunda 1*98 saylı neft quyusundan tapılan *00 metr (* zona) məsafədə yerləşən torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən təxminən 0,0* sot boş torpaq sahəsinin zəbt edərək təxminən 10x7 metr ölcülərdə 0.40 metr hündürlüyündə hörgü işlərinin aparıldığı aşkarlanmışdır. İzahedici söhbətlər aparılaraq zəbt olunmuş hissələr əvvəlki vəziyyətə gətirildi. Qanunsuz işlərin aparılmaması barədə xəbərdarlıq vərəqəsi təqdim olunsa da o, qəbul etməkdən imtina etmişdir. Faktla bağlı SOS MMC-nə məlumat verilmişdir. Eyni zamanda, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.04.*0*4cü il tarixli 3-16-16/*-10/8731 saylı rəyindən görünür ki, qərardadın 1-ci və *-ci sualları üzrə: *8.11.*0*3-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın 1-ci və *-ci suallarının cavablandırılması mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə:Tədqiq olunan ünvanda baxış zamanı iş üzrə iddiaçı tərəfin nümayəndəsi tərəfindən naturada təqdim edilən, mübahisə predməti olan tikilinin mişarlanmış əhəg daşdan inşa edilmiş bünövrə tikilisi olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq *00.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahənin sərhədlərinə mişar daşı düzülüb. Sahəyə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (H.Z.Tağıyev adına NQÇİ Buzovna Maştağa bloku). Həmçinin sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral *003-cü il tarixli * saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin **.*-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 67.3 və 67.4-cü maddələrinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının *-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun solunda 39T4*0780;4484933 koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməli, ərazi H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılmalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin *17.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *16-**0, **7, *33, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun solunda 39T4*0780;4484933 koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülsün və ərazi H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılsın. İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin xeyrinə, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,40 manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh X4 ekspertiza tədqiqatının dəyəri hesabına 50 manat tutularaq, X1, KOD *10005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ **, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 17003*66*1, AZ34CTRE**********000*088501 hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-45/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-45/2024
17.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver