Məhkəmə qərarları › İş №2(003)-4517/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4517/2021

06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4517/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı faktın müəyyən edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən öz ailəsi ilə birlikdə Qarabağ hadisələri ilə əlaqədar məcburi köçkün düşmüşdür. Hal-hazırda yuxarıda göstəridiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 1992-ci ilin may ayına qədər Laçın rayonunda yaşamış və həmin ildə də yaşadığı yeri məcburi tərk etmişdir. 1992-ci ilin may ayının sonunda Qarabağ hadisəsi ilə əlaqədar etmişdir. Həmin idarədə işlədiyi müddətdə ona əmək kitabçası da verilmişdir. Lakin əmək kitabçası işğal zonasında qalmışdır. 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda pensiya alır. Yuxarıda qeyd etdiyi təşkilatda iş stajı bərpa edildikdən sonra aldığı pensiyanın məbləği artırılacaq. İş stajını təsdiq edən sənədləri olmadığına görə o, məhkəməyə müraiət etməli olub. 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləməyini şahidlərin ifadələri ilə təsdiq edə bilər. Ərizəçi məhkəmə hazırlıq iclasında iddianı müdafiə etdi. Maraqlı şəxsin nümayəndəsi X2 məhkəmə iclasında ərizəyə etiraz edərək bildirmişdir ki, 2(003)-4517/2021 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Ərizəçi 20.07.2014-cü il tarixli 052544 nömrəli əmək kitabçasında 1977-01.06.1992-ci il tarixdə Laçın Rayon Mərkəzi Xəstəxanada işlədiyi qeyd edilmişdir. Hazırda yaşa görə pensiyanın yenidən hesablanması ilə əlaqədar müraciət etmiş, lakin həmin dövrlərin araşdırılması imkan xaricində olduğundan müraciətin müsbət həlli mümkün olmamış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı əsaslı olaraq imtina vermişdir. Ərizəçi xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi 05.09.1977-17.05.1992-ci il tarixlərdə Laçın Rayon Mərkəzi Xəstəxanada işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmiş və əmək kitabçası təqdim etmişdir. Belə ki, Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 1-ci maddəsində qeyd olunmuşdur ki, “Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin”. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin həmin Qərarın 13.2 və 13.3-cü maddələri əmək stajına aid edilmişdir. Belə ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stalını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın yenidən hesablanması üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ərizəçi tərəfindən məhkəməyə 20.07.2014-cü il tarixli 052544 nömrəli əmək kitabçası təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə sərəncama, uyğun aparılır. Ərizəçi əmək kitabçasının 20.07.2014-cü ildə doldurulduğunu nəzərə alaraq, doldurulmaya əsas verən əmrlərin və əmək haqqı cədvəlinin mövcudluğu faktı araşdırılmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Ərizəçi iddia etdiyi işlədiyi illərlə bağlı əmək kitabçası mövcuddur. Deməli, şəxsin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə xüsusi icraat qaydasında baxılması yolverilməzdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 20.07.2014-cü il tarixli 052544 nömrəli əmək kitabçasında Ərizəçi 1977-01.06.1992-ci il tarixdə Laçın Rayon Mərkəzi Xəstəxananın Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi qeyd edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ərizəçiyə ünvanladığı 27.10.2021-ci il tarixli məktubunda deyilir: “ərizəçinin təqdim etdiyi əmək kitabçanızda qeyd edilmiş 01.01.1977-ci il tarixindən 01.06.1992-ci il tarixinədək Laçın rayon Mərkəzi Xəstəxanasındakı fəaliyyət dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin 01.10.2021-ci il tarixli 16 saylı arayışına əsasən Laçın rayon Mərkəzi Xəstəxanasının 01.01.1977-ci il tarixindən 01.06.1992-ci il tarixinədək əhatə edən dövrlərin arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğalda qaldığına görə həmin dövrlərin araşdırılması imkan xaricindədir. Bu baxımdan həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.” Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da məhkəmədə müəyyən edilməsinə yol verilir. Azərbaycan Respublikası 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbədən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 1-ci maddəsində qeyd olunmuşdur ki, “Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin”. Həmin Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın yenidən hesablanması üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş Ərizəçi adına verilmiş Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləmişdir. Göründüyü kimi, ərizəçinin əmək kitabçası, yəni bütün işlədiyi illəri (vəzifələri) özündə əks etdirən rəsmi sənədi ola-ola işləmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş əmək kitabçasında Ərizəçi 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləməsi göstərilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan dövr üzrə arxiv sənədləri mövcud olmadığından, həmin dövr ərizəçinin sığorta stahına daxil edilməmişdir. Belə olan halda həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın yenidən hesablanması üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də hazırki tələbə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilməli və ərizəçiyə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən, MPM-nin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. Ərizəçi İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edisin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzəri Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar