Məhkəmə qərarları › İş №2(003)-454/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-454/2025

09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-454/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs göstərilməklə) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X*2 ilə X2 birgə nikahından xx.xx.*970-ci il tarixdə Qərbi Azərbaycanın Krasnoselo kəndində doğulmağı, milliyətinin “azərbaycanlı” olmağı barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.*970-ci il tarixdə Qərbi Azərbaycanın Krasnoselo kəndində doğulmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşı olaraq şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun xx.xx.*970-ci il tarixdə doğulmağı qeyd edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itmişdir. Buna görə də, doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi mümkün deyildir. Ona maraqlı şəxs 5 Saylı Bakı ASAN xidmət Mərkəzinin Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli arayış (imtina) doğum haqqında akt qeydinin aşkar olunmadığını bildirərək müraciətinə müsbət cavab verməmişdir. Onun doğum faktım şəxsiyyət vəsiqəsi ilə təsdiqlənmişdir. Lakin hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Bütün bunlara baxmayaraq digər sənədlərdə onun doğum yeri, doğum tarixi, milliyətinin kimliyi, ata və anasının kimliyinə dair məlumatlar vardır. Bacısın doğum haqqında şəhadətnaməsində ata və anasının milliyyətinin “azərbaycanlı” olması göstərilmişdir. Bundan başqa ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi atası X*2 (**.02.*937-ci ildə Ermənistan Krasnoselo kəndində doğulmuş) 29.*0.20*6-cı il tarixdə vəfat etmiş, anası X5 (*4.*0.*95*-ci ildə Ermənistan Krasnoselo kəndində doğulmuş) sağdır. Ata və anasın rəsmi nikahlarının qeydiyyata alınması barədə nikah şəhadətnamələri də vardır. Hüquqi faktın müəyyən edilməsi ona sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət edir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.*970-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulması faktının, milliyətinin“azərbaycanlı”olmasının, ata qrafasında **.02.*937-ci il təvəllüdlü X*2, milliyətinin“azərbaycanlı”, ana qrafasında *4.*0.*95*-ci il təvəllüdlü X5, milliyətinin“azərbaycanlı” olması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X*0 ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *85.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X** ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Onlar Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulmaqla orada yaşayıblar. *989-cu ildə məcburi köçkün kim Bakı şəhərində yaşamağa başlayıblar. Onlar bacı və qardaşlar orda doğulduqlarından onları doğumu Ermənistan Respulikasında qeyda alınmışdır. Ərizəçi xx.xx.*970-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur. Ataları miliyyətcə azərbaycanlı Əhməd Məmmədov, anaları milliyətcə azərbaycanlı olan Zeynəb Məmmədovadır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron portaldan görünür ki, Ərizəçi xx.xx.*970-ci ildə Çəmərək rayonunda doğulmuşdur və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kolxoz küçəsi, ev *3, mənzil 84 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxsndə xx.xx.2024-cü il məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin * mart 200*-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın *6-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Nəzərinizə çatdırırıq ki, kifayət qədər sənəd təqdim etmədiyinizdən doğum haqqında akt qeydinin bərpası şöbəmiz tərəfindən mümkün olmamışdır. İş materallarına əlavə olunan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 29.*0.20*6-cı ildə mədə xərçəngi səbəbindən Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 ilə X* 03.03.*969-cu il tarixə nikaha daxil olmuşdurlar. İş materallarına əlavə olunan və ərizəçinin bacısı X6 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, 25.08.*969-cu ildə anadan olmuş, onun doğumu 04.02.*976-cı ildə 02 saylı akt qeydi üzrə qeydə alınmış, “atası qrafasında” atası kimi X*2 “anası qrafasında” anası kimi X5 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin bacısı X7 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, 08.03.*977-ci ildə anadan olmuş, onun doğumu *0.03.*977-ci ildə *0 saylı akt qeydi üzrə qeydə alınmış, “atası qrafasında” atası kimi X*2 “anası qrafasında” anası kimi X5 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin qardaşı X8 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, 22.05.*975-ci ildə anadan olmuş, onun doğumu *3.06.*975-ci ildə 32 saylı akt qeydi üzrə qeydə alınmış, “atası qrafasında” atası kimi X*2 “anası qrafasında” anası kimi X5 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin bacısı X9 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, *7.07.*970-ci ildə anadan olmuş, onun doğumu 22.07.*980-ci ildə 27 saylı akt qeydi üzrə qeydə alınmış, “atası qrafasında” atası kimi X*2 “anası qrafasında” anası kimi X5 qeyd edilmişdir. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.*970-ci il tarixində Qərbi Azərbaycanın Çəmbərək rayonunda (indiki Ermənistan Respublikası) Kolkənd kəndində anadan olması, atasının X*2, anasının X5 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi xx.xx.*970-ci il tarixində Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulması, milliyətinin“azərbaycanlı”, atasının **.02.*937-ci il təvəllüdlü X*2, milliyətinin“azərbaycanlı”, anasının *4.*0.*95*-ci il təvəllüdlü X5, milliyətinin“azərbaycanlı” olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*970-ci il tarixində Ermənistan Respublikası Krasnoselo rayonu, Gölkənd kəndində doğulması, milliyətinin “azərbaycanlı” olması faktı müəyyən edilsin. Ərizəçi adına doğum akt qeydində atasının **.02.*937-ci il təvəllüdlü X*2, milliyətinin “azərbaycanlı”, anasının *4.*0.*95*-ci il təvəllüdlü X5, milliyətinin“azərbaycanlı”olması qeyd edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar