Məhkəmə qərarları › İş №2(003)-4570/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4570/2021

22.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4570/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı yaşayış evinin naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzar rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin naturada bölünməsi, otaqla ümumi dəhliz arasında olan qapının bağlanması və həmin otağın pəncərə hissəsindən həyətə ayrıca qapının açılması, hamamın bölünməsinə və hasarın sökülərək küçəyə çıxışın ayrılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzar rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı ev qızı X1 və cavabdehlərin ümumi paylı mülkiyyətindədir. O evdə daimi olaraq yaşayır. Ev 62 kv.metr yaşayış sahəsi, 61.9 kv. metr yardımçı sahəsi vardır. Yaşayış otaqlarının sayı 3 olmaqla cəmi ümumi sahə 123.9 kv.metrdir. Evin 8/12 hissəsi qızı Bilurənin, 1/12 hissəsi isə cavabdehlərin paydır. Ev üzərində olan mülkiyyət hüquqları DƏDRX-də dövlət qeydiyyatından keçmişdir. Cavabdehlər qızlarıdır. Onlar onu çox incidir, evdən sərbəst istifadə etməyə imkan vermir, tez-tez onu nalayiq sözlərlə təhqir edir və hətta ona əl qaldırmaqdan belə çəkinmirlər. Onlar təqsirli və xuliqanlıq əməllərindən o ağır iztirablar keçirmiş və səhətində ciddi problemlər yaranmışdır. Uzun illər aralarında olan mübahisə başa çatmır. Cavabdehlər onu yaşamağa qoymurlar. Hazırda evə giriş ümumidir. Ümumi pilləkəndən aynabəndə, oradan isə evin tam ortasında yerləşən dəhlizə daxil olandan sonra digər otaqlara keçmək mümkündür. O cavabdehlərin istifadə etdikləri və əmlaklarını topladıqları, böyük qonaq otağı ilə digər kiçik otaq arasında qalan və sahəsi 16,4 kv.metr olan otaqdan onların dəhlizə keçmək üçün olan girişin bağlanması və həmin otağın pəncərəsindən həyətə girişin açılması, həyətdə olan hamam bölünməsi və oradan cavabdehlərin gediş-gəliş üçün hasardan küçəyə çıxışın təmin olunmasını tələb edir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gələməmişlər. Məhkəmə mülki işə cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* 17.02.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsi 5-ci keçid 11 saylı ev 1/12 hissədə Cavabdeh4, 1/12 hissədə X2, 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh3, 1/12 hissədə X1 mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının naturada bölgüsünün aparılmalı olduğunu iddia etdiyi əmlak daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* 17.02.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsi 5-ci keçid 11 saylı ev 1/12 hissədə Cavabdeh4, 1/12 hissədə X2, 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə Cavabdeh3, 1/12 hissədə X1 mülkiyyətindədir. İddiaçı isə qeyd edilən əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının naturada bölünməsini iddia etdiyi evə dair hər hansı bir mülkiyyət hüququ yoxdur. Əksinə mülki iş üzrə cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsi 5-ci keçid 11 saylı evin paylı mülkiyyətçiləridir. Mülkiyyət hüququnun tanınması və qorunması isə mülkiyyətçilər konstitusion hüququdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı Bakı şəhəri, Xəzar rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin naturada bölünməsi, otaqla ümumi dəhliz arasında olan qapının bağlanması və həmin otağın pəncərə hissəsindən həyətə ayrıca qapının açılması, hamamın bölünməsi və hasarın sökülərək küçəyə çıxışın ayrılması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı Bakı şəhəri, Xəzar rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5-ci keçid, 11 saylı evin naturada bölünməsi, otaqla ümumi dəhliz arasında olan qapının bağlanması və həmin otağın pəncərə hissəsindən həyətə ayrıca qapının açılması, hamamın bölünməsi və hasarın sökülərək küçəyə çıxışın ayrılması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar