Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4585/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017 ci ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Senator” mebel salonundan 14.000 manat dəyərində mebeli kreditə götürərək ilkin ödəniş kimi 6570 manat pulu həmin mebel salonunun müdiri Cavabdeh vermişdir. 2017-ci ilin avqust ayında iddiaçının qızı Gülşən Əliyevanın toyu nəzərdə tutulduğundan onun cehizliyi üçün “Senator” mebel salonuna gedib 1 dəst yataq, 1 dəst qonaq evi və 1 dəst divan kreslonu bəyənmişdi. Mağazanı işlədən Cavabdehlə razılaşdılar ki, ümumi dəyəri 14.000 manat təşkil edən mebelin 6570 manat ilkin odəniş edərək, pulun qalan hissəsini ayda 700 manat ödəyəcək. Razılıq əldə edib, 6570 manat manat pul mağazaya koçürüb müqavilə bağlandıqdan sonra maşın tutub həmin 3 dəst mebeli iddiaçının qızının yaşayacağı Bərdə rayon Samux kəndindəki evə aparıb orada yığdırmışdır. 16 avqust 2017-ci ildə tarixində iddiaçının qızı Gülşən Əliyevanın toyu olmuş, lakin 20 sentyabr 2017-ci ildə tarixində iddiaçının qızı ərinin ailəsi yola getmədiyindən ondan boşanıb evinə qayıtmışdı. Bu səbəbdən “Senator” mebel salonuna gedib əhvalatı onlara danışmış və mebelləri qaytarmaq istədiyini bildirərək, ödadiyi 6500 manat pulu da geri istəmişdir. Həmin mebel salonunun müdiri Cavabdeh mebelləri geri götürüb və ilkin ödənişin geri qaytarmağa razılaşmışdırlar, lakin 6500 manatı mebelləri başqa şəxsə satdıqdan sonra ilkin ödənəşi qaytaracağını bildirmişdir. Bundan sonra mebel salonunun əməkdaşları ilə birlikdə iddiaçının qızının keçmiş evinə gedib bütün mebelləri avtomobilə yükləyib salona gətirmiş, orada Cavabdeh də qaytarılan mebelin tam qaydasında olmasını yoxlamış və gəbul etmişdir. Aylar keçməsinə baxmayaraq, hər dəfə salona zəng vurub iddiaçı pulunu geri götürmək istədiyini bildirsə də ona həmin mebel dəstinin hələ də satılmadığını bildirib pulu qaytarmaqdan imtina etmişdilər. İddiaçı 2018-ci ildə Bakı şəhər Yasaml RPİ-nə şikayətlə müraciət edərək yuxarıda qeyd olunanara huquqi qiymət verilməsini və Cavabdeh məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. 25 noyabr 2018-ci ildə Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin təhqiqatçısı polis mayoru Natiq Abdullayevin icraatında olan HK-1/2777 saylı təhqiqat materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, “ İş üzrə izahatı alınmış Cavabdeh da analojı izahat verərək hal hazırda da İddiaçı qaytarmış olduğu yataq dəstinin anbarda qaldığını və indiyədək satılmadığını, mebel satıldıqdan sonra dərhal İddiaçı pulunu qaytarılacağını bildirmişdir.” İddiaçı 19 04.2019-cu ildə Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqıqatçısı, polis mayoru Natiq Abdullayevin “ cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2018-ci il tarixli Qərarından Bakı şəhər Prokurorluğuna şikayət vermişdir. Şikayəti onunla əsaslandırdı ki, onun əldə etdiyi məlumatlara əsasən Cavabdeh həmin mebeli artıq satıb və pulunu da mənimsəmişdir. Şikayət əsasında xx.xx.2019-cu ildə Yasamal rayon prokuroru baş ədliyyə müşaviri X5 Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərərək işə yenidən hərtərəfli, tam və obyektiv araşdırma aparılmasını tələb etmişdir. Həmin tələbə əsasən xx.xx.2019-cu ildə Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 ərizə ilə əlaqədar toplanmış HK-1-2777 nomrəli materialı nəzərdən keçirərək, müəyyən etmişdir ki, tərəflər arasında münasibətlər mülki xarakterli münasıbətlərdir. Lakin, həmin qərarın məzmununda da qeyd olunur ki araşdırma zamanı Cavabdeh əlavə araşdırmada iştirak etməsini təmin etmək mümkün olmamışdır. Artıq tək bir bu fakt işin hərtərəflı, tam və obyektiv baxılmadığını hesab etmək üçün yetərlidir. xx.xx.2019-cu ildə Bakı şəhəri, Yasamaı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapıtanı X1 xx.xx.2019-cu il tarixli qərarından da Bakı şəhər Prokurorluğuna şikayət vermişdir. İddiaçı şikayəti onunla əsaslandırdı ki, təhqiqatçı ilə dələduzun dediyi anbara da getdilər. Orada baxış zamanı mebellərin artıq aparıldığı müəyyən olundu. Danışıqlardan məlum olmuşdur ki, başqalarına da eyni formada kələk gəmişdir. Lakin iddiaçının bu şikayətinə məhəl qoyan olmadı. Yuxarıda qeyd olunanlardan məlum olur ki, Cavabdeh həm 14.000 manatlıq mebeli geri almış, həm də 6500 manat ilkin ödənişi özündə saxlayıbdır ki, bununla da o, əsassız olaraq varlanmışdır. Bu isə onun həmin məbləğin qaytarmaq öhdəliyini yaradır. Bundan əlavə iddiaçı həmin mebeli Cavabdeh o şərtlə qaytardır ki, o ilkin ödənişi 6500 manatı qaytaracaq. Cavabdeh ona mebel satıldıqdan sonra həmin 6500 aytaracağını vəd etmişdir. İllər keçməsinə və əmlakın satılmasına baxmayaraq o vədini yerinə yetirməyib, dələduzluq etmişdir. Yəni bu işdə həm mülki həm də cinayət məsulliyəti, tərkibi vardır. Ona görə də “Senator” mebel salonuna ilkin ödəniş kimi ödədiyi 6500 manat həmim mebel salonunun müdiri Cavabdeh tutularaq ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2345/2024 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 6500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, prosessual müddətin bərpa edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli 2(003)-569/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və həmin işi təzələnərək mahiyyəti üzrə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-569/2021 saylı qərardadı ilə ərizə təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-569/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə məhkəmə iclasının xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin edilməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında olan razılaşma əsasında, sonuncuya həqiqətən də, 14000 manat dəyərində mebel satmış, iddiaçı 6570 manat ilkin ödəniş etmişdir. Lakin iddiaçı malı təhvil alıb apardıqdan 2 ay sonra, yəni toyun səhərisi günü ona zəng etdi ki, ona mebel lazım deyil, gəlib mebelinizi söküb aparın. Oda məcbur olub, mebelləri sökdürüb depoya təhvil vermişdir. İddiaçının tələbini qəbul etmir. Aldığı pula müqabil, yataq dəsti verə bilər. Əks halda iddiaçıya pul verməyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis bölməsinin PŞ-nin təhqiqatçısı polis mayoru Natiq Abdullayevin 25 noyabr 2018-ci il tarixli qərarından görünür ki, cinayət işi başlanması rədd edilmişdir. Həmin toplanmış materialdan göründüyü kimi Cavabdeh İddiaçı mebel dəstləri geri götürərək İddiaçı tərəfindən ilkin ödəniş kimi mağazaya ödənilmiş 6500 manatı yataq mebeli satıldıqdan sonra qaytaracağını öz öhdəsinə götürmüş, lakin hal-hazıra kimi də mebel dəsti satılmadığından üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin 01 iyul 2019cu il tarixli qərarından görünür ki, cinayət işi başlanması rədd edilmiş və həmin qərardan görünür ki, araşdırma ilə əlaqədar izahatı alınmış İddiaçı göstərmişdir ki, 2017-ci ilin avqust ayında qızı Gülşən Əliyevanın toyu nəzərdə tutulduğundan el adətinə görə onun üçün cehizlik mebel axtarmış, bu məqsədlə Bakı ş. Yasamal rayonu ərazisində yerləşən "Senator" mebel salonuna getdikdə 1 dəst yataq, bir dəst qonaq evi və 1 dəst divan kreslonu bəyənmiş və mağazanı işlədən Cavabdehlə danışdıqda həmin mebellərin ümumi dəyərinin 14.000 manat təşkil etməsi müəyyən edilmiş və Cavabdeh 6570 manat ilkin ödəniş köçürəcəyi təqdirdə pulun qalan hissəsini ayda 700 manat olmaqla aybaay ödəməyinə razılıq vermişdir. Bundan bir neçə gün sonra maşın tutub həmin 3 dəst mebeli mağazadan götürmüş və 6570 manat pulu da mağazaya köçürüb müqavilə bağlamış və həmin mebelləri qızının yaşayacağı Bərdə rayonu Samux kəndindəki evə aparıb orada yığdırmışdır. 16 avqust 2017-ci il tarixdə qızı Gülşənin toyu olmuş, lakin 20 sentyabr 2017ci il tarixdə qızı ərinin ailəsi ilə yola getmədiyindən ondan boşanıb evinə qayıtmışdırdı. Bu səbəbdən "Senator" mebel salonuna gedib əhvalatı onlara danışmış və mebelləri qaytarmaq istədiyini bildirmiş, həmçinin ödədiyi 6500 manat pulu da geri istəmişdir. Cavabdeh razılaşmış, lakin 6500 manafı yataq mübelini başqa şəxsə satdıqdan sonra pulunu ödəyəcəyini bildirmişdir. Bundan sonra mebel salonunun əməkdaşları ilə birlikdə qızının keçmiş evinə gedib bütün mebelləri səliqə ilə söküb qablaşdırdıqdan sonra salonun əməkdaşları mebelləri avtomaşına yükləyib salona gətirmiş, orada Cavabdeh də qaytarılan mebelin tam qaydasında olmasını yoxlamış və qəbul etmişdir. Lakin aylar keçməsinə baxmayaraq hər dəfə salona zəng vurub pulunu götürmək istədiyini bildirdikdə ona həmin yataq dəstinin indiyədək satılmadığını bildirib pulunu qaytarmaqdan imtina etmişlər. Eyni zamanda araşdırma ilə əlaqədar izahatı alınmış Cavabdeh İddiaçı izahatında göstərdiyi halları və xüsusatldarı təsdiq edərək hal-hazıradək də İddiaçı qaytarmış olduğu yataq dəstinin anbarda qaldığını və indiyədək satılmadığını, mebel satıldıqdan sonra dərhal İddiaçımn pulunun qaytarılacağını bildirmişdir. Faktla bağlı hadisə yerinə baxış keçirilmiş, protokol tərtib olunmuş. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “Senator” mebel salonunun sahibi Cavabdeh aralarında olan razılaşma əsasında İddiaçı 1 dəst yataq, bir dəst qonaq evi və 1 dəst divan kreslonu (ümumi dəyərinin 14.000 manat) Cavabdeh 6570 manat ilkin ödəniş etməklə, pulun qalan hissəsini ayda 700 manat ödəməklə almışdır. Sonradan aralarında olan razılığa əsasən İddiaçı götürdüyü mebelləri Səbuhiyə qaytarmış, o da bunun müqabilində həmin mebelləri satdıqdan sonra iddiaçının beh kimi ödədiyi 6500,0 manat pulu ona geri qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıya həqiqətəndə 14000 manat dəyərində mebellər satdığını, iddiaçı tərəfindən ona 6500,0 manat ilkin ödəniş verildiyini, 2 ay sonra isə mebellərin ona geri qaytarıldığını bildirmişdir. İş mübahisələndirilməyən halı odur ki, iddiaçı cavabdehdən 14000 manat dəyərində mebelləri 6500 manat ilkin ödəniş etməklə almış, 2 ay sonra geri qaytarmış, ilkin ödəniş olaraq 6500 manat pul isə cavabdeh geri qaytarmamışdır. Göründüyü kimi, cavabdeh 6500,0 manat məbləğində pul vəsaitini alması sübuta yetirilmişdir. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır.. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 6500,0 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini İddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6500,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-4585/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4585/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver