Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-463/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ünvan ünvanda olan 199 kv.m. torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi ona məxsusdur. Lakin həmin torpaq sahəsinin 0.04 ha hissəsini cavabdeh zəbt etmişdir. Dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsələr də, qeyd olunan anlaşılmazlıqla bağlı ona məxsus torpaq sahəsinə çıxarış verilmir. Bu məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsələr də, oradan məsələnin ümumi məhkəməyə aid olduğunu bildirmişlər. Hazırda iddia ərizəsi icraata götürülərək müvafiq ekspertiza keçirilməli, torpaq sahəsində mütəxəssislər tərəfindən ona ayrılmış torpaq sahəsi ilə cavabdehin ona aid zəbt etdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyi müəyyən edilməli, cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus torpaq sahəsinin 0,035 ha torpaq sahəsi cavabdehin hasarı daxilində olan torpaq sahəsindədir. Həmin torpaq sahəsinin 0,0199 ha onun tərəfindən zəbt olunmuş, 0,148 ha isə ona verilmiş çıxarışda onu torpaq sahəsi kimi əks olunmuşdur. Hal-hazırda cavabdehlə aralarında şifahi razılaşaraq həmin 0,0148 ha torpaq sahsəini cavabdehdən tələb etmir. Lakin, cavabdehin ona məxsus 0,0199 hatorpaq sahəsindən çıxarılaraq həmin sahənin ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və bildirdi ki, ünvan ünvanda olan 199 kv.m. torpaq sahəsindən çıxarılmasına razıdır. O, həmin torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-21721 H, kod ********) surətindən görünür ki, Bakı şəhərti Xəzər rayonu Qala qəsəbəsində 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına həmçinin həmin torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Elektron kadastr məlumatına əsasən təqdim edilmiş JN-21721H kod 00304016 saylı şəhadətnamə ilə faktiki sahə arasında ciddi konfiqurasiya fərqi müəyyən olunmuşdur. Belə ki, faktiki sahənin 610,0 kv.m.-i sənədlə olan sahədən kənarda yerləşməklə, ondan 347,0 kv.m.-i digər fiziki şəxsin istifadəsində olan ümumi ərazi daxilindədir. Həmin 347,0 kv.m. olan sahəsinin 148,0 kv.m. hissəsi isə özəlləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5790 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********00 nömrəli mütəxəssis rəyinə əsasən, faktiki sahənin 640 kv.m. hissəsinin sənədlə olan sahədən kənarda yerləşməklə, ondan 347 kv.m. hissənin digər fiziki şəxsin istiufadəsində olan ümumu ərazi daxilində olduğu vəhəmin 347 kv.m. olan sahənin 148 kv.m. hissəsinin özəl torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin 148 kv.m. hissəsinin özəl torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən JN-21721H, kod 00304016 saylı şəhadətnamə ilə faktiki sahə arasında ciddi konfiqurasiya fərqi mövcuddur. Belə ki, faktiki sahənin 640 kv.m. hissəsi sənədlə olan sahədən kənarda yerləşməklə, ondan 347 kv.m. hissə digər fiziki şəxsin istifadəsində olan ümumi ərazi daxilindədir. Həmin 347 kv.m. olan sahənin 148 kv.m. hissəsinin isə özəl torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN-21721 H, kod ********) əsasında İddiaçı verilmişdir. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsinin 199 kv.m. hissəsini qanunsuz zəbt etmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Həmçinin, işdən görünür ki, cavabdeh iddianı etiraf edərək, ünvan ünvanda olan 199 kv.m. torpaq sahəsindən çıxarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahəsini zəbt edərək, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Həmçinin, cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli torpaq sahəsindən cavabdeh çıxarılmalı və torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı məxsus ünvan ünvanda olan 199 kv.m. torpaq sahəsindən çıxarılmalıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə habelə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul Cavabdeh alınaraq X1 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Əliyev X3 Çimnaz Şöhlət qızına məxsus ünvan ünvanında zəbt olunmuş 199 kv.m torpaq sahəsindən çıxarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-463/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-463/2022
26.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver