Məhkəmə qərarları › İş №2(003)-4660/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4660/2025

04.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4660/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “maneçilik törədilməsinin qarşısının alınması, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və müqavilənin etibarsız hesab edilərəl ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “maneçilik törədilməsinin qarşısının alınması, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və müqavilənin etibarsız hesab edilərəl ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsinə baxış və koordinatların götürülməsinə maneçilik törətməsinin qarşının alınması barədə qərar qəbul edilməsini; Xəzər Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin ölçmə və baxış işlərini maneəsiz həyata keçirmələri üçün şəraitin yaradılmasının təmin edilməsi; Zərurət yarandığı halda baxışın polis orqanlarının iştirakı ilə keçirilməsinə icazənin verilməsi; Qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilməsini və Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin 16 iyun 1991-ci il tarixli 10 saylı qərarı qüvvədə olduğuna və ərazi Şağan Bələdiyyə mülkiyyətində və balansında olmadığına görə Cavabdeh ilə Şağan Bələdiyyəsi arasında bağlanan müqavilənin qanunsuz hesab edilərək etibarsız sayılıb ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.7-ci maddəsinə əsasən də, bir cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı bir tərəfdən torpaq sahəsinə baxış və kordinatların götürülməsinə maneçilik törədilməsinin qarşısının alınmasını, digər tərəfdən isə qanunsuz tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və cavabdeh ilə Şağan bələdiyyəsi arasında bağlanmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “maneçilik törədilməsinin qarşısının alınması”, “tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” və “müqavilənin etibarsız hesab edilərəl ləğv edilməsi” tələbləri bir biri ilə əlaqədar olmayan ayrı tələb olaraq qiymətləndirilir və bu iddia tələblərinin birləşdirilərək eyni bir icraatda baxılması mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Habelə “Dövlət rüsumu haqqın” Qanunun 8.2-ci maddəsinə əsasən, Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edildiyi göstərilməmiş, müvafiq qəbz iddia ərizəsinə əlavə edilmiş sənədlərdə aşkar edilməmiş və elektron sistemdən dövlət rüsumunun ödənildiyi aşkar edilməmişdir. Yəni məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilməmişdir. Ona görə iddia ərizəsi yuxarıda qeyd olunan əsasla yanaşı, həm də bu əsaslarla geri qaytarılmalıdır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda sadalanan əsaslarla geri qaytarılmalıdır. Habelə məhkəmə qeyd edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “maneçilik törədilməsinin qarşısının alınması, tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və müqavilənin etibarsız hesab edilərəl ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onların ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar