Məhkəmə qərarları › İş №2(003)-473/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-473/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-473/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum hqqında şəhadətnamənin verilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.*949-cu ildə anadan olmuş, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 23 fevral 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İш цзря мараглы шяхс Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin мараглы шяхсin nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin olunmamışdır. Məhkəmə işə мараглы шяхсin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməli, ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-in *70.*-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, *70.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqındda şəhadətnamənin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan ərizəçiyə geri qaytarılsın. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar