Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4755/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Dadaşova Aynurə Eldar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun X20 ilə X8 birgə nikahından xx.xx.*959-cu il tarixdə Ermənistan, Qafan rayonunda doğulmağı, milliyyətinin azərbaycanlı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.*959-cu il tarixdə Ermənistan, Qafan rayonunda doğulmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun xx.xx.*959-cu il tarixdə Ermənistan Qafan rayonunda doğulmağı, ünvan 1 ünvanında qeydiyyatda olmaq ilə yaşamağı qeyd edilmişdir. Ermənistandan qaçqın düşdüklərində doğum haqqında şəhadətnamə orada qalmışdır. Buna görə də doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi mümkün deyildir. Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmiş 27.**.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, itmiş akt qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Onun doğum faktım şəxsiyyət vəsiqəsi ilə təsdiqlənmiş, və həmin zaman doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Bu səbəbdən də Məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 8 bacı-qardaş olmuşlar, onlardan ikisinin doğum haqqında şəhadətnaməsi yoxdur. Onun bacıları və qardaşları daha öncə Qafan rayonundan köçmüşdülər. O isə atası ilə birgə *988-ci ildə köçmüşdür. O, rəsmi nikaha daxil olmamışdır və buna görə də nikah haqqında şəhadətnaməsi yoxdur. Onun faktiki nikahdan iki uşağı var. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X** izahatında göstərmişdir ki, doğum haqqında şəhadətnamənin verilməsi üçün kifayət qədər əsaslar olmalıdır, buna görə də ərizəçinin təqdim etdiyi sənədlərlə onun ərizəsi təmin olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 bildirmişdir ki, bacısı Ərizəçi *959cu ildə Ermənistanda anadan olmuşdur. Bir evdə yaşamışlar, ailədə 8 uşaq olmuşlar, bir bacıları rəhmətə gedib. Özü *972-ci ildə Qafan rayonundan köçmüş, bacısı isə *988-ci ildə köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, ərizəçinin qardaşı arvadıdır. *980-ci ildə Ermənistanda evlənmişdir. Həyat yoldaşı X*3 əməliyyat olduğu üçün xəstəxanadadır. Ərizəçi, onun bacı-qardaşı və özü Qafan rayonunda anadan olmuşlar, eyni kənddə yaşayıblar, lakin nikahdan öncə onları tanımırdı. Qaynatasının adı X20, qaynanasının adı X*6 olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.*959-cu il tarixdə Qafan rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi etibarnamə ilə nümayəndəsi X*7 ünvanlanmış 27.**.2025-ci il tarixli 3 məktubundan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin əsli olmadığından doğumun qeydə alınması üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. AZ-İV seriyalı, 894783 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 26.07.*994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. Əzizbəyov rayon VVADQ şöbəsinin *2.09.200*-ci il tarixli, 345 nömrəli arayışından müəyyən olunur ki, X* rayonu Türkan kəndində 05.0*.*993-cü il tarixdə anadan olmuşdur. X6, anası Ərizəçidır. İİİ-СЛ seriyalı, 399758 nömrəli doğum haqqında şəhadətnamə surətindən görünür ki, X*3 02.06.*965-ci il tarixdə Qafan rayonunda anadan olmuşdur. X3, anası X9r. İİİ-СЛ seriyalı, 33*2*5 nömrəli doğum haqqında şəhadətnamə surətindən görünür ki, X*5 0*.0*.*957-ci il tarixdə Qafan rayonunda anadan olmuşdur. X7, anası X9r. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*959-cu il tarixdə Ermənistan, Qafan rayonunda doğulmuşdur. X3, anası X*6 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. 307.2.* və 307.2.3-cü maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*959-cu il tarixdə Ermənistan, Qafan rayonunda doğulması, atasının X20, anasının X*6 olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi xx.xx.*959-cu il tarixdə Ermənistan, Qafan rayonunda doğulması, atasının X20, anasının X*6 olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qnuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-4755/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4755/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver