Məhkəmə qərarları › İş №2(003)-477/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-477/2022

28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-477/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi və vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 07.0*.*97*-ci il tarixdə Laçın rayonu, Quşçu kəndində anadan olmağım, atasının *5.07.*940-cı ** tarixdə Laçın rayonu, Quşçu kəndində anadan olmuş X6, anasının 0*.04.*95*-ci il tarixdə Laçın rayonu, Quşçu kəndində anadan olmuş X4 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o Qasımova (Cəfərova) Səmərqə Yolçu qızı 07.0*.*97*-ci il tarixdə Laçın rayou, Quşçu kəndində ev şəraitində anadan olub. Atası *5.07.*940-cı il tarixdə Laçın rayonu, Quşçu kəndində anadan olmuş X20, anası 0*.04.*95*-cı il tarixdə Laçın rayonu, Quşçu kəndində anadan olmuş X5r. Bildirmək istəyir ki, doğum haqda şəhadətnaməsi valideynləri tərəfindən itirilmiş və ya ümümiyytlə alınmamışdır. Doğum haqda qeydin bərpası üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 30 oktyabr 202*-ci il məktubunda bildirilmişdir ki, müraciətimin həyata keçirilməsi imkan xaricindədir və bununla əlaqədar olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Məktuba əlavə edilmiş sənədlərdə isə qeyd edilmişdir k, X3 doğum haqqında akt qeydi *968-*974-cü illər üzrə Laçın rayon qeyddiyat şöbəsi, Mirik icra nümayəndəliyi üzrə ilkin, *972-*976, *988-*990-cı illər üzrə bərpa aktı qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyster xidmətinin arxivində, habelə “vətəndaşlıq vəziyyəti aktları” avtomaşatlaşdırılmış qeyddiyat informasiya sistemində aşkar edilməmişdir. Bildirir ki, anası hamiləlik dövründə heç bir xəstəxanada qeydiyyatda olmamış və doğuş o zaman qeyddiyatda olduqları və yaşadıqları Laçın rayonu, Quşçu kəndində yerləşən evlərində baş vermişdir. Buna görə doğuş haqqında heç bir rəsmi sənədi yoxdur. Təbii ki, doğuşu haqda sənədlərinin olmadığı üçün hazırda qeydiyyatda qaldığı rayon qeydiyyat şöbəsi tərfindən doğumun dövlət qeydiyyatı mümkün deyil. Göründüyü kimi, onun doğum faktının tanınması zərurəti yaranmışdır. Belə ki, bu fakt məhkəmə qaydasında müəyyən olunduqdan sonra müvafiq qeyddiyyat şöbəsi tərəfindən doğumun dövlət qeydiyyatı aparıla və ona doğum haqqında şəhadətnamə verilə bilər. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun dəqiq doğum tarixi heç bir rəsmi sənəddə göstərilə bilinmir. Məlumat üçün bildirir ki, atası X20 09.05.20*9-cu il tarixdə ölmüşdür. Həmçinin bildirmək istəyir ki, 29.**.*990-cı iltarixdə X2* ilə nigaha daxil olmuşdur. Nigaha daxil olduqdan sonra “Cəfərova” soyadından ərinin soyadına yəni “Qasımova” soyadına keçib. Həmin nigahdan üç övladı dünya gəlmişdir. Övladlarının doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surətləri ərizəyə əlavə olunur. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun iddia ərizəsində qeyd etdiyi doğum tarixinin “07.0*.*97*-ci il” tarixi “*97*-ci il” tarixi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi və vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) *85.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X23 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Ailədə 7 uşaqdırlar. Məhkəmədə şahid qismində dindirilən X22 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Ailədə 7 uşaqdırlar. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi onun qızıdır. O vaxtlar dağlıq ərazidə yaşayırdılar, yoldaşı çoban idi. Qızı Qasımova (Cəfəova) Səmərqə Yolçu qızı *97*-ci il tarixdə Laçın rayonunun quşçu kəndində anadan olmuşdur. Atası da X*2r. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron portaldan görünür ki, Ərizəçi Laçın rayonu, Quşçu kəndində doğulmuşdur. İş materiallarında olan 28.*0.202*-ci il tarixli 05/2-*0226/** saylı arayışın surətindən görünür ki, Ərizəçi barəsində *968-*974-cü illər üzrə Laçın rayon qeyddiyat şöbəsi, Mirik icra nümayəndəliyi üzrə ilkin, *972-*976, *988-*990-cı illər üzrə bərpa aktı qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyster xidmətinin arxivində, habelə “vətəndaşlıq vəziyyəti aktları” avtomaşatlaşdırılmış qeyddiyat informasiya sistemində aşkar edilməmişdir. İş materallarına əlavə olunan və ərizəçinin qardaşı X*3 məxsus olması bildirilən 06.05.*976-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X20 “anası qrafasında” anası kimi X*4 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin qardaşı X*5 məxsus olması bildirilən 22.05.*979-cu il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X20 “anası qrafasında” anası kimi X*4 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin qardaşı X*8 məxsus olması bildirilən 2*.05.*98*-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X20 “anası qrafasında” anası kimi X*4 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin qızı X8 məxsus olması bildirilən *7.*0.*977-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X20 “anası qrafasında” anası kimi X*4 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* İman Bəhmən oğlu ilə Bakı şəhəri Əzizbəyov rayonu VVAQ şöbəsində *7.07.*990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikah 58* nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Gəpruz Əhməd qızı ilə X29 *0.04.*974-cü il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikah 2 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 24.05.20*9-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən *8.03.2022-ci il tarixdə verilmiş Ərizəçi fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi *97*-ci il tarixdə Laçın rayonu, Quşçu kəndində doğulmuşdur.Onun atası X20, anası X*0r, X2* ilə evlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanladığı 30.*0.202*-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın *3-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırkı halda yuxarıda adı çəkilən Müddəaların *4-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Daxil olmuş müraciətinin həyata keçirilməsi imkan xaricində olduğunu və bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişmir. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi *97*-ci il tarixində Laçın rayonu, Quşçu kəndində anadan olması, atasının X20, anasının X*4 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi *97*-ci il tarixində Laçın rayonu, Quşçu kəndində doğulması, soyadının “Cəfərova”, adının “Səmərqə”, ata adının “Yolçu”, atasının X20, anasının X*4 olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Qasımova (Cəfərova) Səmərqə Yolçu qızının *97*-ci il tarixində Laçın rayonu, Quşçu kəndində doğulması, soyadının “Cəfərova”, adının “Səmərqə”, ata adının “Yolçu”, atasının X20, anasının X*4 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar