Məhkəmə qərarları › İş №2(003)-4802/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4802/2024

03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4802/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu – Ərizəçi ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Ərizəçi (maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yanında DSMF qeyd edilmişdir) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayıl rayonu “Jdanov” adına sovxozunda 1984-1993-cü illər ərzində fəhlə qismində əmək fəaliyyətlə məşğul olmağı, həmin dövrün əmək stajı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barəsində ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəyə əlavə edilmiş sənədlərdən aydın oldu ki, ərizəçi hər hansı aidiyyəti orqana müraciət etməmişdir. Belə ki, ərizəçi ona olan lazım olan faktı təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməsi üçün mövcud ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl aidiyyəti orqana müraciət etmədiyindən, bununla da ona lazım olan sənədi başqa qaydada ala bilməməsinə dair xüsusat müəyyən edilmədiyindən, beləliklə də, ərizəçi işin məhkəmədən kənar həlli qaydasına riayət etmədiyindən, ərizə geri qaytarılmalıdır. Ərizəçi ərizəsinə əlavə etdiyi “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu əlavə etsə də, həmin məktubun hansı orqan tərəfindən verilməsi, məktubu imzalayan şəxsin imzası, məktubu tarixi, aidiyyəti dövlət orqanının rekvizitləri və sair məlumatlar qeyd edilməmişdir. Göründüyü kimi, ərizəçi ona olan lazım olan faktı təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməsi üçün mövcud ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl aidiyyəti orqana müraciət etməmiş və yaxud müraciət etməsindən imtina olunmasına dair sənədi əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin **2.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əasən. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Beləliklə, ərizə göstərilənlər nəzərə alınmaqla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin **1.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin **2.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin **2-ci maddəsini rəhbər tutaraq qəraraaldım: Ərizəçi (maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yanında DSMF qeyd edilmişdir) Cəbrayıl rayonu “Jdanov” adına sovxozunda 1984-1993-cü illər ərzində fəhlə qismində əmək fəaliyyətlə məşğul olmağı, həmin dövrün əmək stajı kimi müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar