Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4822/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, Ərizəçi “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM Ərizəçi “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, təhsil və hərbi təlim dövrünə aid olan 3 il müddətin onun prokurorluq orqanlarında xidmət keçdiyi qulluq müddətinə hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilənə qədər – xx.xx.2024-cü il tarixdə ərizəçi məhkəməyə ərizə ünvanlayaraq xüsusi icraat qaydasında ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat qaydasında ərizə icraata qəbul edilənə qədər ərizəçi onu geri götürməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən hesab edirəm ki, xüsusi icraat qaydasında ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM Ərizəçi “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-4822/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4822/2024
04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver