Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-496/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin avqust ayında aralarında olan söhbət əsnasında Elçin adlı kürəkəni öz dostu Cavabdeh Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir Eyni zamanda sözügedən torpaq sahəsini 5000 manat pula salındığını bildirdi. Torpaq sahəsinin sahibi Cavabdeh ilə görüşüb həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Aralarında olan söhbətdən sonra həmin torpaq sahəsini 5000 manata deyil 2500 manat pula razılaşmışlar. Cavabdeh 2500 manat pulu ondan alanda yanlarında kürəkəni Elçin də olmuşdur. Həmin vaxtdan Cavabdeh onu aldatmış, nə torpaq sahəsini, nə də ki, pulunu qaytarmamışdır. O, Cavabdeh pulumun geri qaytarmasını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək bu günədək pulumu geri qaytarmamışdır. Bununla bağlı o, 2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Anar Hacıyev xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh 3- cü PB-nə dəvət edərək izahatını almışdır. Cavabdeh izahatında bildirmişdir ki, “2014-cü ildə Türkiyə Respublikasının vətəndaşı Mitad adlı şəxsdən 10 sot torpaq sahəsi almış, daha sonra ona pul lazım olduğundan 2016-cı ilin yay aylarında həmin torpaq sahəsindən 2 sotunu Azər adlı şəxsə 2300 manata satmışdır. Bundan sonra Azər həmin yeri istəməmiş, pulunu geri istəmiş, imkanı olmadığı üçün onun pulunu qaytara bilməmişdir.” Onun izahatından da açıq aydın görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində olan torpaq sahəsini satmaq üçün ondan 2500 manat pul vəsaiti almış və geri qaytarmamışdır. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Anar Hacıyev tərəfindən toplanmış material İstintaqa göndərilmişdir və xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və araşdırma aparılmış, xx.xx.2019-cu il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-də izahat vermiş Cavabdeh bildirmişdir ki, 2014-cü ildə Türkiyə Respublikasının vətəndaşı Mitad adlı şəxsdən 10 sot torpaq sahəsi almış, daha sonra ona pul lazım olduğundan 2016-cı ilin yay aylarında həmin torpaq sahəsindən 2 sotunu Azər adlı şəxsə 2300 manata satmışdır. Bundan sonra Azər həmin yeri istəməmiş, pulunu geri istəmiş, imkanı olmadığı üçün onun pulunu qaytara bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı, iddia tələbində torpaq sahəsinin alınması məqsədilə cavabdehə ümumilikdə 2500 manat məbləğində pulun verilməsini iddia etsə də, həmin məbləğdə pulun cavabdehə verilməsi sübuta yetirilmədiyindən, lakin cavabdeh tərəfindən iddiaçıdan cəmi 2300 manat məbləğində pul alındığı etiraf olunduğundan cavabdehə iddiaçı tərəfindən 2300 manat məbləğində pulun verilməsi işin araşdırılmış halları ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin alınması məqsədilə pulun verilməsi müəyyən olunduğundan və həmin pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən 2300 manat məbləğində zərər dəymiş və həmin pul məbləği ona qaytarılmadığından cavabdeh əsassız varlanmış şəxs hesab edilməklə əldə etdiyi həmin pul məbləğini iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2300 manat və ödənilmiş 45 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-496/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-496/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver