Məhkəmə qərarları › İş №2(003)-50/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-50/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-50/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17-A-1-0-7194-13 saylı «Zaminlik» müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 683 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılan zaman məlum olmuşdur ki, Cavabdeh1 03 aprel 2019-cu il tarixdə ölmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(003)- 3957/2019 №-li qərardadına əsasən, Cavabdeh1 hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(003)-50/2021 №-li qərardadına əsasən, mülki iş üzrə icraat təzələnmiş, həmçinin Cavabdeh2 ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 23 dekabr 2013-cü il tarixdə “xxxx” İKB-nin 6 saylı filialı ilə Cavabdeh1 arasında 17-A-1-0-7194-13 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 16 faiz olmaqla 6900 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2013-cü il buraxılışlı, “Sapia 132 FX” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAS421100E1141035 ban nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq “Sapia 132 FX” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı olaraq “xxxx” İKB-nin 6 saylı filialı ilə borclu Cavabdeh1 və zamin İddiaçı MMC arasında 23 dekabr 2013-cü il tarixli 17-A-1-0-7194-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcundan silinməsinə dair razılıq vermişdir. Nəticədə İddiaçı MMC tərəfindən Cavabdeh1 qeyd edilən Kredit Müqaviləsi üzrə Banka ödəməli olan borcundan 683 manat məbləğində ödəniş etmişdir. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir.Müqavilənin 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsi haqqında Bankın xəbərdarlığını aldıqdan sonra borcalanın Bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək tələb olunan məbləği Banka ödəyə bilər. Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə kreditorun borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Hazırda Cavabdeh1 vəfat etmiş, onun qanun üzrə vərəsəsi Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur. Qeyd olunanlara əsasən, Cavabdeh2 17-A-1-0-7194-13 saylı «Zaminlik» müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 683 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, müqavilə onun mərhum həyat yoldaşı ilə bağlanmışdır. Onun maddi imkanı yaxşı deyil, borcu ödəyə bilməyəcəkdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarına əlavə edilmiş 20.12.2013-cü il tarixli 17-A-1-0-7194-13 saylı müqavilədən görünür ki, Cavabdeh1 illik 16 faizlə 36 ay müddətinə 6900 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 04.12.2019-cu il tarixli 12-009 saylı arayışdan görünür ki, zaminlik müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh1 “xxxx” İKB ASCdə olan 17-157451-1 hesabına ümumilikdə 3919 manat məbləğində ödəniş həyata keçirilmişdir. Borclu tərəfindən Banka aparılmış ödənişlərdən 3236 manat məbləği zaminə geri qaytarılmışdır. Hal-hazırda Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə qaytarılmayan məbləğ 683 manat təşkil edir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir.Müqavilənin 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsi haqqında Bankın xəbərdarlığını aldıqdan sonra borcalanın Bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək tələb olunan məbləği Banka ödəyə bilər. Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə kreditorun borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. İş materiallarına əlavə edilmiş 09 avqust 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC tərəfindən ödənilmiş 683 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 19 iyul 2019cu il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 miras əmlakı 2529.65 manat pul məbləğindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1. maddəsində göstərilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını aylar üzrə hissə-hissə banka qaytarmalı olduğu halda, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək istehlak krediti müqaviləsinin şərtlərini pozmuşdur. Nəticədə isə, borclu Cavabdeh1 tərəfindən öhdəlik vaxtında icra edilmədiyinə görə, borclunun 683 manat məbləğində borcu girovqoyan (zamin) kimi iddiaçı tərəfindən tam olaraq ödənilmiş və həmin kredit müqaviləsi üzrə tələb hüququ geridönməz qaydada bank tərəfindən iddiaçıya keçmiş, eyni zamanda iddiaçının qeyd edilmiş kredit müqaviləsi üzrə bankın kreditor kimi bütün hüquqlarına malik olmaqla borcludan öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1. maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2. maddəsindən görünür ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq onun qanun üzrə vərəsəsi, hazırda iş üzrə cavabdeh olan Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 683 manat məbləğində borc və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 683 (altı yüz səksən üç) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar