Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-500/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 7927.90 manat pul və 100 manat məhkəmə rüsumunun alınıb ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abbasov X1 Ülvi Kamil oğlu ilə dostuq münasibətləri olmuşdur. Onlar qonşu olmaqla 10 ildən çox bir-birini tanımışlar. Bu müddətdə aralarında yaranmış etibar və inama əsaslanaraq şərikli bznes qurmaq niyyətində olmuşlar Aralarında olan şifahi razılaşmaya əsasən Xətai rayonu Həzi Aslanov metrosu yaxınlığında dönərxana açmaq qərarına gəlmişlər. Həmin obyekti icarəyə götürərkən 200 manat ödəniş etmiş, daha sonra həmin obyektin xərclərinin qarşılanması üçün cavabdeh 5.000 manat pul vermişdir. Həmin məbləği cavabdehin kartıa hissə-hissə - 2.000 manat, 850 manat və 2.150 manat olaraq göndərmişdir. Bundan başqa cavabdeh obyekt üçün müəyyən avadanlıqların alınmasının zəruri olduğunu bildirmiş, İddiaçı da soyuducu, kondisioner və kompüter almışdır. Soyuducu ücün 900 manat, kompüter üçün 1.176,96 manat, kondisioner üçün 850.94 manat ödəniş etmişdir. Həmin obyektin işlədilməsini dostu və şəriki olaraq Cavabdeh tapşımışdır. Daha sonra ona məlum olmuşdur ki, cavabdeh obyektdə olan əşyaları sataraq oranı bağlamışdır. Bundan məlumat tutduqda İddiaçı polisə müraciat etmiş və Xatai rayonu Polis İdarəsi 34-cü polis bölməsi tərəfindən müraciəti əsasında araşdırma aparılmışdır. 15 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da qeyd edildiyi kimi cavabdehin izahatı alınmış, sonuncu. izahat verərək yuxarıda qeyd edilən halları təsdiq etmişdir. O, izahatda borcu 2024-cü ilin iyun ayına qədar qaytaracağını bildirsə də bugünə qadər borcu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən İddiaçı hüquqlarını müdafiəsi üçün məhkəməyə müraciat etmək məcburiyyətinda qalmışdır. Odur ki, hazırda cavabdehə verdiyi 5.000 manat, soyuducu üçün ödədiyi 900 manat, kompüter üçün ödədiyi 1.176,96 manat, kondisioner üçün ödədiyi 850.94 manat olmaqla, ümumilikdə 7.927,90 manat pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan başqa, hazırkı tələblə məhkəməyə müraciat edərkən 100 manat dövlat rüsumu ödəmişdir. İddiaçı iddia tələbinin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehm ümumilkidə 5000 manat pul və 70 manat məbləğində dövlat rüsumu alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddianı etiraf etməsi barədə ərizə təqdim edərək, İddiaçı 5000 manat borcu olduğunu və iddianın həmin hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Həmin ərizə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iddaçının və cavabdehin izahatını dinləyərək, cavabdehin iddianı etiraf etməsi barədə ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli əlyazma ərizdən görünür ki, “Mən Cavabdeh İddiaçı 5000 manat borcu olduğunu və iddianın həmin hissədə təmin olunmasına etiraz etmirəm” Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pulun iddiaçıya qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, cavabdehin iddiaçıdan pul alması işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı borcu tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000,0 (beş min) manat məbləğində pul vəsaiti və 70,0 (yetmiş) manat məbləğində dövlət rüsumu alınaraq alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-500/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-500/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver