Məhkəmə qərarları › İş №2(003)-5002/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-5002/2025

25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-5002/2025 25.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzər rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, Ərizəçi Bakı şəhəri Xəzər rayon Qeydiyyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Xəzər rayon Qeydiyyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi ilə müraciət edərək, müxtəlif rəsmi sənədlərdə göstərilən "Sara xanım Mövsüm qızı", "Sara", Starə Mövsüm qızı adlarının eləcədə ata adının Mesum, Mövsüm, Movsum formasında yazılışının eyni şəxsə aid olmasının hüquqi fakt kimi müəyyən edilməsi, onun doğum haqqında şəhadətnaməsində anasının Sara xanım Movsum qızı kimi göstərilməsini düzgün hesab edilməsi və bu faktın hüquqi baxımından təsdiqlənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o 1947-ci ildə ünvan 1 ünvanında anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində anasının adı Saraxanın Movsum qızı kimi qeyd edilmişdir. Lakin sonrakı illərdə tərtib olunmuş müxtəlif rəsmi və mülkiyyət sənədlərində anasının adı və ata adı müxtəlif yazılış formalarında göstərilmışdır. Belə ki, anasının adı bəzi sənədlərdə Sara, Sara xanım, bəzi sənədlərdə isə Starə kimi, ata adı isə Məsum, Mövsum və Movsum formasında yazılmışdır. Bu yazılış fərqləri dil transliterasiya və dövrün sənədləşmə xüsusiyyətləri ilə bağlı olmuş faktiki olaraq eyni şəxsə yəni onun anasına məxsus olmuşdur. Anasının mülkiyyətində olmuş və hazırda ailəsilə birlikdə yaşadığı ünvan 2 ünvanında yeləşən yaşayış evinə dair texniki pasportda Sara və daşınmaz əmlaka dair çıxarışda isə Starə Mövsüm qızı kimi qeyd edilmişdir Sənədlərdə ad və ata adının müxtəlif yazılış formalarında göstərilməsi səbəbindən bu uyğunsuzluq inzibati qaydada aradan qaldırılması məqsədi ilə X1 X2 (zaks Xəzər rayonu) müraciət etmişdir. Lakin şəxs vəfat etdiyindən və təqdim olunan sənədlərdə hüquqi əhəmiyyətli ziddiyət mövcud olduğundan ona düzəlişin yalnız məhkəmə qərarı əsasında mümkün olduğu barədə rəsmi imtina cavabı verilmişdir. Sara xanım Movsum qızı "Sara","Sara xanım", "Starə Mösüm qızı" adları eləcədə ata adının Mesum/ Mövsum/Movsum formasında yazılması eyni şəxsə aiddir və bu fərqlə hüquqi mahiyyət daşımır. Ərizədən müəyyən olunur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3 və 152.1.1.-ci maddələrinə uyğun tərtib edilməmişdir. Belə ki, ərizəçi ərizəsində tələbini müxtəlif rəsmi sənədlərdə göstərilən "Sara xanım Mövsüm qızı", "Sara", Starə Mövsüm qızı adlarının eləcədə ata adının Mesum, Mövsüm, Movsum formasında yazılışının eyni şəxsə aid olmasının hüquqi fakt kimi müəyyən edilməsi, onun doğum haqqında şəhadətnaməsində anasının Sara xanım Movsum qızı kimi göstərilməsini düzgün hesab edilməsi və bu faktın hüquqi baxımından təsdiqlənməsi kimi qeyd etməklə, tələbinin ümumi mahiyyətini aydın və dəqiq şəkildə müəyyənləşdirməmişdir. Ərizəçi konkret olaraq hansı rəsmi sənədlərin eyni şəxsə aid olmasını müəyyən edilməsini qeyd etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, ərizəçi ərizənin müəyyən olunmuş formasına və məzmununa riayət etmədiyindən ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Bakı şəhəri Xəzər rayon Qeydiyyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə eyni ərizə tələbi ilə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar