Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-502/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2015 saylı qətnaməsinin qəbul edildiyi 04 fevral 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 7 il 8 ay müddətində hər il üçün 100 (yüz) manat, cəmi 780 (yeddi yüz səksən) manat (2000Azn/100%=20 x 5%= 100 Azn, 100 Azn x 7,8 il = 780 Azn) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2016 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək X2 2000 (iki min) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilib. Lakin Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla onu pulundan fayda əldə etməkdən məhrum edib. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 oktyabr 2023-cü il tarixli 1158/23 sayı, pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 780 (yeddi yüz səksən) manat pulun ona ödənilməsini, əks hal məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdə tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Lakin Cavabdeh qətnaməni yenə də icra etməyib. Cavabdeh Bakı şəhəri Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055) 23/2016 saylı qətnaməsinin qəbul edildiyi 04 fevral 2016-cı il tarixdən hazırki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 7 il 8 ay müddəti üçün 780 (yeddi yüz səksən) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Belə ki, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh 2000 (iki min) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Lakin Cavabdeh 7 il 8 ay müddətində göstərilən məbləği ona ödəməkdən imtina edib. Bununla əlaqədar olaraq Cavabdeh Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-ci il tarixli 2(055)-23/2016 saylı qətnaməsinin qəbul edildiyi 04 fevral 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 2000 (iki min) manat pulun illik 5 faiz olmaqla 7 il 8 ay müddətində 780 (yeddi yüz səksən) manat pulun alınaraq ona ödənilməsi zəruridir (2000Azn/100%=20 x 5%= 100 Azn, 100 Azn x 7,8 il = 780 Azn). Hazırkı işdə əsas borc məbləğinə dair qətnamənin qəbul edilmə vaxtı olan 04 fevral 2016-cı il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş qətnamənin qəbul edildiyi 04 fevral 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə verildiyi 30 oktyabr 2023-cü il tarixədək olan müddət üçün cavabdehdən 780 (yeddi yüz səksən) manat tutulmalıdır. Digər işlər üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə əsasən də, cavabdeh X1 rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2015 saylı qətnaməsini 7 il 8 ay müddətinə icra etmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizlər ödəməsinə dair iddia tələbinin qanuni olması təsdiq edilir. Bununla əlaqədar olaraq Cavabdeh pretenziya məktubları ilə müraciət etsə də, cavabdeh göstərilən məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2015 saylı qətnaməsinin qəbul edildiyi 04 fevral 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023cü il tarixədək olan 7 il 8 ay müddətində hər il üçün 100 (yüz) manat, cəmi 780 (yeddi yüz səksən) manat (2000Azn/100%=20 x 5%= 100 Azn, 100 Azn x 7,8 il = 780 Azn) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyi bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Keçirilmiş məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, o, iddianı etiraf etmir. Belə ki, qeyd olunan borcdan 300 manat atası tərəfindən ödənilmiş, borcun qalan hissəsi onun əmək haqqısına yönəldilmiş və 2019-cu ildə borc tam şəkildə bağlanmışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasına tərəflər gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesabe etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına olan Saatlı Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 2000 (iki min) manat alınaraq X5 verilməsi və Cavabdeh əlavə olaraq 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 1158/2023 saylı xx.xx.2023-cü il tarixli pretenziyanın mətnində qeyd edilmişdir ki, “hazırkı pretenziya məktubu ilə bildirəm ki, Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2016 saylı qətnaməsi ilə nümayəndəsi olduğum İddiaçı Cavabdeh qarşı pul tələbinə dairə iddia ərizəsi təmin edilərək, Cavabdeh 2000 (iki min) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icraya yönəldilib. Qətnamə qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilib. Lakin qətnaməni bu günədək icra etməmisiniz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsininə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı işdə əsas borcun məbləğinin qaytarılmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi 04 fevral 2016-ci il tarixdən pul tələbinə dair yeni iddia ərizəsinin məhkəməyə verildiyi 30 noyabr 2023-cü il tarixədək olan 7 il 8 ay müddət üçün sizdən 780 (yeddi yüz səksən) manat (2000Azn/100%=20 x 5%= 100 Azn, 100 Azn x 7,8 il = 780 Azn) tələb edilir. Hazırkı pretenziya məktubu ünvanınıza daxil olduqdan sonra 5 gün müddətində 780 (yeddi yüz səksən) manat pulun nümayəndəsi olduğum İddiaçı ödənilməsi Sizdən tələb edilir. Əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də, Sizdən tələb ediləcəyini nəzərinizə çatdırıram.” İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin xx.xx.2023-cü il tarixli 3-16-4/2-82/2023 saylı məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Cavabdeh 2000 manat tutularaq İddiaçı ödənilməlidir. İcra sənədi üzrə Xəzər rayon icra şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü təmin edilməmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmişdir. İcra sənədinin icrasının nəzarətdə saxlanılması və teləbin təmin edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlərin görülməsi yerli icra qurumuna tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin xx.xx.2023-cü il tarixli 3-16-4/2-H-49/51-6/2023 saylı məktubundan görünür ki, Xəzər rayon icra şöbəsinin icraatında olan İddiaçı tərəf olduğu icra sənədləri üzrə müəyyən icra hərəkətləri həyata keçirilsə də, tələblər hazıradək təmin edilməmişdir. Əlavə olaraq bildirilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 32-ci maddələrinə uyğun olaraq təmsilçilik səlahiyyətinizi təsdiq edən sənədi təqdim etməklə bütün yerli icra qurumlarında olan icra işləri ilə bilavasitə yerində tanış ola, onlardan çıxarışlar edə, vəsatət verə, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrinizi bildirə və digər hüquqlardan istifadə edə bilərsiniz. Məhkəmə qərarlarının icrasının nəzarətdə saxlanılması və tələblərin təmin edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlərin görülməsi yerli quruma tapşırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Saatlı Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2015 saylı qətnaməsi ilə Cavabdeh 2000 (iki min) manat alınaraq X5 verilməsi qət edilmişdir. Mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq keçən müddət ərzində qətnamə icra edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 449-cu maddəsinin şərhinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni hazırkı halda iddiaçının tələbi illik 5% ödənilməsini əsaslı hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2015 saylı qətnaməsinin qəbul edildiyi 04 fevral 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023cü il tarixədək olan 7 il 8 ay müddətində hər il üçün 100 (yüz) manat, cəmi 780 (yeddi yüz səksən) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Saatlı rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(055)-23/2015 saylı qətnaməsinin qəbul edildiyi 04 fevral 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 30 oktyabr 2023-cü il tarixədək olan 7 il 8 ay müddətində hər il üçün 100 (yüz) manat, cəmi 780 (yeddi yüz səksən) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-502/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-502/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver