Məhkəmə qərarları › İş №2(003)-505/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-505/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-505/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi – hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun *6.04.2009-cu il tarixdə ev şəraitində doğulmuş övladı X* Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, xx.xx.*985-ci il təvəllüdlü Maraqlı şəxs2 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5, *6.04.2009-cu il təvəllüdlü X6 və *8.05.20*7-ci il təvəllüdlü X7 adlı üç övladları doğulmuşdur. X2 və X3 doğum haqqında şəhadətnamələri vardır. Lakin qızları *6.04.2009-cu il təvəllüdlü X6 ev şəraitində doğulduğu üçün onun doğum haqqında şəhadətnaməsi yoxdur. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozu, ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Övladı *6.04.2009-cu il təvəllüdlü X6 maddi imkanlarının aşağı olması ilə əlaqədar olaraq ev şəraitində anadan olmuş, xəstəxana xərclərini ödəyə bilmədiklərinə görə xəstəxanaya gedə bilməmişlər. *6.04.2009-cu il təvəllüdlü X6 “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 29 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatdadır və tam sağlam uşaqdır. Belə ki, həmin uşaq ev şəraitində doğulduğundan doğum haqqında şəhadətnaməsi yoxdur və buna görə də məktəbə gedə bilməmişdir. Sənədinin olmaması digər dövlət orqanlarına müraciət etmək hüquqlarını da məhdudlaşdırır. Məhkəmə iclasında Maraqlı şəxs2 məhkəmədə göstərmişdir ki, *6.04.2009-cu il təvəllüdlü X* atasıdır. Doğum zamanı maddi imkanı olmadığından xəstəxanaya aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşının arvadıdır. Ərizəçi evləndikdə o, evli olmuşdur. Onların maddi imkanları olmadığından doğum ev şəraitində olub. Bu səbəbdən xəstəxanaya gedə bilməmişlər. Ərizəçinin və maraqlı şəxsin 3 uşaqları vardır. Uşaq doğularkən o, da orada olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Qəmər Səmədova ifadəsində bildirdi ki, o, ərizəçinin bacısıdır. Bacısının ailəsinin maddi imkanları olmadığından doğum ev şəraitində olub. Bu səbəbdən xəstəxanaya gedə bilməmişlər. 3 uşaqları vardır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Lerik rayonu Pirasora ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 4*4*24 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin avqust ayının 08-də 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada Səmədova soyadı verilmişdir. - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 2*.09.2023-cü il tarixli 384 saylı arayışdan görünür ki, Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu ünvanında yaşayan *6.04.2009-cu il təvəllüdlü X6 hal-hazırda sağ-salamatdır və 29 saylı BŞX-nin uşaq poliklinika şöbəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs* tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-*6-5/8-*5-S-*434/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydası”-nın 2.5.4-cü bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Həmin qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bu səbəbdən Maraqlı şəxs* bu qaydada nəzərdə tutulan əsaslar olmadığı üçün doğumu qeydə almaqdan imtina etmişdir. Beləliklə, ərizəçi tərəfin izahatı, şahidlərin ifadələri və işin materialları ilə X* *6.04.2009-cu il tarixində Bakı şəhərində anadan olması, milliyyətinin azərbaycanlı olması, atasının Maraqlı şəxs2, anasının Ərizəçi olması tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin oğlunun şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin uşağın doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X* *6.04.2009-cu il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində adı “Zeynəb”, soyadı “İsmayılova”, ata adı “İlkin qızı”, doğum tarixi “*6.04.2009cu il”, doğum yeri “Bakı şəhəri”, anası qrafasında “Ərizəçi”, atası qrafasında “Maraqlı şəxs2” göstərilməklə doğum faktı qeydə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X* *6.04.2009-cu il tarixində Bakı şəhərində doğulması, milliyyətinin azərbaycanlı olması, atasının xx.xx.*985-ci il təvəllüdlü Maraqlı şəxs2, anasının xx.xx.*978-ci il təvəllüdlü Ərizəçi olması qeyd edilməklə doğum faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar