Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-533/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzrə bötöv miras üzrə əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Qasımov küçəsi, 6 saylı fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə Əzizbəyov rayon Zəhmətkeş Deputatları soveti icraiyyə komitəsi tərəfindən 1940-cı ildə daimi istifadə etmək məqsədilə dövlət fondundan Əjdər Əliyevə verilmiş. Sonuncu qeyd olunan ünvava köçüb özünə fərdi yaşayış evi inşa etmiş, rayon inventar şöbəsində uçota alınmışdır. Bir müddət sonra Bakı şəhər Zəhmətkeş Deputatları sovetinin yaylaq təsərrüfatı tresti Əidər Əliyevə qarşı məhkəmədə iddia qaldıraraq, Əidər Əliyevin 6 saylı yaşayış evindən köçürülməsini tələb etmiş, Əzizbəyov rayon Xalq Məhkəməsinin xx xxxxxx 1959-cu il tarixli 2232/1959 saylı qətnaməsi ilə iddia rədd edilmiş və Əliyev Əjdərə təklif edilmişdir ki, 1 ay müddətində yaşadığı 6 saylı evi Əzizbəyov rayon İcraiyyə Komitəsinin Kommunal təsərrüfatı şöbəsində rəsmiləşdirib qanunlaşdırsın. X48 vəfatı ilə əlaqədar 6 saylı fərdi yaşayış evi sonuncunun həyat yoldaşı X3 adına sənədləşdirlmiş, həmin şəxs xx xxxx 1982-ci ildə Bakı şəhəri 10 saylı notariat kontorunda bağlanmış müqavilə əsasında yaşayış evini X7na bağışlamışdır. Bibixanım Tahirova xx.xx.1986-cı ildə, atası Sultan Sultanov isə xx.xx.2010-cu ildə vəfat etmiş, onlarn vəfatından sonra o mərhumların vərəsəsi olaraq miras qalmış 6 saylı evdən və torpaq sahəsindən təyinatı üzrə halhazıradək istifadə edir. 2020-ci ildə miras qalmış 6 saylı ev və torpaq sahəsinin sənədləşdirlməsi üçün müxətəlif dövlət orqanlarına müraciət etmişdir. Belə ki, Xəzər rayon Qeydiyyata şöbəsinin xx.xx.2020-ci il tarixli 022 saylı vəkil sorğusuna verdiyi xx.xx.2020-ci 11 tarixli 911/02 saylı cavab məktubunda göstərdi ki, Əjdər Əliyevin və Bibixanım Tahirovanın ölümləri haqqında akt qeydlərinin və sonuncunun övladlarının olub-olmaması barədə məlumatın verilməsi ailə həyatına dair məlumatlar hesab olunduğuna görə yalnız məhkəmə qaydasında verilən sorğu əsasında cavab verilə bilər. Dövlət Arxivinin Bakı filialına ünvanlanmış sorğuya verilən xx.xx.2020-ci il tarixli 711 saylı cavabdan görünür ki, Əzizbəyov rayon ZDS İK-nın arxiv fondu üzrə 1940-cı ilin arxiv sənədləri içərisində Əjdər Əliyev barəsində heç bir məlumat yoxdur. Ədliyyə Nazirliyinin Dövlət Arxivindən vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixl cavab məktubunda yalnız 1 vərəqdən ibarət 11324 saylı vərəsəlik işinin təsdiq edilmiş surət təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixi cavab məktubunda isə göstərilmişdir ki, Xəzər Rayon Məhkəməsi tərəfindən Mərkəzi Arxiv heç bir sənəd təhvil verilməmişdir. Qeyd olunan sənədləşmə işləri ilə bağlı 7 saylı Notariat Kontoruna müraciət etmişdir. Həmin notariat kontoru xx.xx.2020-ci il tarixli 718 saylı cavabında bildirdi ki, məsələnin həlli üçün məhkəməyə müraciət edə bilər. Hazırda hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, istifadəsində olan və qəbul etdiyi miras əmlakın sənədləşdirlməsi və 5 saylı yaşayış evinin torpaq sahəsi ilə birlikdə adına keçirilməsi üçün zəruridir. Daha sonra Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1986-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzrə bötöv miras üzrə əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, göstərilən faktın müəyyən edilməsi ona istifadəsində olan və qəbul etdiyi miras əmlakın sənədləşdirlməsi və 6 saylı yaşayış evinin torpaq sahəsi ilə birlikdə adına keçirilməsi üçün zəruridir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1982-ci il tarixli 11324 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X8 ona məxsus olan Bakı şəhəri Şüvəlan qəsəbəsi, M.B.Qasımov küçəsi 6 saylı yaşayış evini qohumu X17 vəsiyyət etmişdir. İşdə olan Əzizbəyov (hazırda Xəzər) rayon Qeydiyyat şöbəsinin xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X28 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İşdə olan Əzizbəyov (hazırda Xəzər) rayon Qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X8 xx.xx.1986-cı il tarixdə ölmüşdür. İşdə olan Əzizbəyov Rayon Xalq Məhkəməsinin 2-232 nömrəli, xx.xx.1959-cu il tarixli qətnaməsində qeyd edilmişdir ki, Bakı şəhəri X32 İcraiyyə komitəsi Bağ təsərrüfatı trestinin cavabdeh X26 bağ tələbi əsassız olduğundan rədd edilsin Vətəndaş Əliyevə təklif olunsun, bir ay müddətində yaşadığı 6 nömrəli bağı Əzizbəyov rayon İcraiyyə Komitəsi komunal təsərrüfatı şöbəsində rəsmiləşdirilib qanunlaşdırılsın. İşdə olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, 711 nömrəli məkubunda qeyd edilmişdir ki, Əzizbəyov rayon İK-nin Komunnal Təsərrüfatı şöbəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İşdə olan Xəzər rayon Qeydiyyat şöbəsinin xx/xx-1151 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X38 ilə X3 “X18 X1 Sistemi”ndəki məlumatar yoxlanıldı və birgə nikahdan uşaqları haqqında məlimat aşkar edilməmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.1964cü ildə doğulmuşdur. X54 Əli səfa oğlu, anası X4r. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə doğulmuşdur. X6, anası X4r. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X39 xx.xx.1962ci ildə doğulmuşdur. X6, anası X4r. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.1957ci ildə doğulmuşdur. X6, anası X4r. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.1955ci ildə doğulmuşdur. X7, anası X4r. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X22 xx.xx.1960-cı ildə doğulmuşdur. X7, anası X4r. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.1954-cü ildə doğulmuşdur. X7, anası X4r. İşdə olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X59 səfa oğlu ilə X13 xx.xx.1954-cü ildə nikaha daxil olmuş, nikahdan sonar arvada Sultanova soyadı verilmişdir. İşdə olan X14 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X30 “xx.xx.2010-cu ildə ölmüş X10 irs qalmış bütün daşınar və daşınmaz əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir”. İşdə olan X31 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X30 “xx.xx.2010-cu ildə ölmüş X10 irs qalmış bütün daşınar və daşınmaz əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir”. İşdə olan X11 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X30 “xx.xx.2010-cu ildə ölmüş X10 irs qalmış bütün daşınar və daşınmaz əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir”. İşdə olan X12 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X30 “xx.xx.2010-cu ildə ölmüş X10 irs qalmış bütün daşınar və daşınmaz əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir”. İşdə olan X5 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X30 “xx.xx.2010-cu ildə ölmüş X10 irs qalmış bütün daşınar və daşınmaz əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir”. İşdə olan X9 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, X30 “xx.xx.2010-cu ildə ölmüş X10 irs qalmış bütün daşınar və daşınmaz əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir”. İşdə olan X34, X24, X25 işitakı ilə tərtib edilmiş Xəzər rayon İcra Hakmiyyətinin Şüvəlan qəsəbəsi inzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktda qeyd edilmişdir ki, M.B.Qasımov küçəsi ev 6-da yaşamış mərhum X15 oğlu Ərizəçi hazırda atasının vəfatından sonar həmin mənzildə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Qasımov küçəsi, 6 saylı fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə Əzizbəyov rayon Zəhmətkeş Deputatları soveti icraiyyə komitəsi tərəfindən 1940-cı ildə daimi istifadə etmək məqsədilə dövlət fondundan Əjdər Əliyevə verilmişdir. Sonuncu qeyd olunan ünvava köçüb özünə fərdi yaşayış evi inşa etmiş, rayon inventar şöbəsində uçota alınmışdır. Əzizbəyov Rayon Xalq Məhkəməsinin 2-232 nömrəli, xx.xx.1959-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri X32 İcraiyyə komitəsi Bağ təsərrüfatı trestinin cavabdeh X26 bağ tələbi əsassız olduğundan rədd edimiş və X35 bir ay müddətində yaşadığı 6 nömrəli bağı Əzizbəyov rayon İcraiyyə Komitəsi komunal təsərrüfatı şöbəsində rəsmiləşdirilib qanunlaşdırılması təklif edilmişdir. X48 vəfatı ilə əlaqədar 6 saylı fərdi yaşayış evi sonuncunun həyat yoldaşı X3 adına sənədləşdirlmiş, həmin şəxs xx xxxx 1982-ci ildə Bakı şəhəri 10 saylı notariat kontorunda bağlanmış müqavilə əsasında yaşayış evini X7na bağışlamışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, X28 xx.xx.2010-cu il tarixdə, X8 xx.xx.1986-cı il tarixdə ölmüşdür. X59 səfa oğlu ilə X13 xx.xx.1954-cü ildə nikaha daxil olmuşlar və onların birgə nikahından X23, X22, X21, X20, X39 və X19 doğulmuşdur. X23, X22, X21, X20, X39 və X19 xx.xx.2010-cu ildə ölmüş X10 irs qalmış bütün daşınar və daşınmaz əmlak hüquqlarından ibarət miras paylarından imtina etmişlər. Eyni zamanda məhkəmə müəyyən etdi ki, ünvan 2-da yaşamış mərhum X15 oğlu Ərizəçi atasının vəfatından sonra həmin mənzildə yaşayır. Hazırda miras qalmış əmlaka ərizəçi xx.xx.1986-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzrə hüquqlarının qeydə alınması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1986-cı ildə vəfat etmiş X2 X7na miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik üzrə qəbul etmiş və hazırki vaxtadək onun sahibliyindədir. Ərizəçi bağ sahəsini qəbul etdiyi barədə lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzrə bötöv miras üzrə əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-533/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-533/2021
15.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver