Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-539/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində 0,02 ha torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı 6093 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırk iddia tələbinə Xəzər Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən mübahisə predmeti olan evin yerləşdiyi əraziyə baxış keçirilmiş və Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən 6093 saylı fərdi yaşayış evinin Suraxanı rayonunun inzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. Bununla da müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan ev Suraxanı rayonu ərazisində yerləşir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X4 mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə etirazlarının olmamasını bildirdilər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X3 mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə etirazlarının olmamasını bildirdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Qeyd edilən müəddəaların tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, köçürülməsi tələb edilən ev Suraxanı rayonunun inzibati ərazisinə aid olması müəyyən edildiyindən iddiaya müstəsna aidiyyət qaydalarına görə mübahisəli evin yerləşdiyi yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki mülki iş aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 32, 39, 40, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-539/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-539/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver