Məhkəmə qərarları › İş №2(003)-541/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-541/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-541/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək Yeqanova (Cahangirova) Şərqiyyə Məmməd qızının və X2 bacı-qardaş olması qohumluq faktının müəyyən edilməsi müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi göstərdi ki, Yeqanova (Cahangirova) Şərqiyə Məmməd qızı onun bibisidir.Bibisi xx.xx.2024-cü il tarixində vəfat edilmişdir. Onun birinci növbədən vərəsələri qalmamışdır. O, Yeqanova (Cahangirova) Şərqiyə Məmməd qızının qardaşı oğlu olmaqla onun ikinci növbəli vərəsəsidir. Yeqanova (Cahangirova) Şərqiyə Məmməd qızının övladları olmamışdır. Bibisinin əri X14 xx.xx.2022-ci il tarixdə, anası X5 xx.xx.2012ci il tarixində vəfat etmişdir. Bibisinin atası X1 dövründə Xocavənd rayonunda vəfat etdiyinə görə işğal vaxtı onun ölüm haqqında akt qeydi məhv olmuş, Xocavənd rayon qeydiyyat şöbəsində bu barədə heç bir akt qeydi qalmamışdır.Bu barədə Beyləqan rayon qeydiyyat şöbəsi məktub vermişdir. Bakı şəhəri 29 saylı Dövlət Notariat ofisinə müraciət edərək mərhum bibisi Yeqanova (Cahangirova) Şərqiyə Məmməd qızından miras qalmış əmlaka dair hüquqlarını rəsmiləşdirmək istəyir.Lakin mərhum bibisi və atasının doğum haqqında şəhadətnamələrini təqdim edə bilmədiyinə görə notarius Ədliyyə Nazirliyinin Arxivinə və Milli Arxiv İdarəsinə müvafiq sorğular verərək bibisinin və atasının doğum haqqında akt qeydi barədə məlumat verilməsini xahiş etdi.Lakin hər iki arxiv təşkilatından doğum haqqında akt qeydi barədə heç bir məlumatın olmadığı cavabı gəlmişdir.Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatına uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, Rövşən Xocavənd rayonu Tuğ kəndində onun şagirdi olub. Atasının adı Qiyasdır. Qiyasın Şərqiyyə adlı bacısı olub və Qiyasla bir sinifdə oxumuşdur.Şərqiyyənin əri Yaşar vəfat edib və Şərqiyyənin uşaqları yoxdur. Atasının adı Qiyasdır.Qiyas vəfat edib.Qiyasın bacısı Rəfiqə və Şərqiyyə olub.Şərqiyyə vəfat edib.Onun əri Yaşar da dünyasını dəyişib.Onların uşaqları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, Rövşən onun qohumudur. Atasının adı Qiyasdır.Qiyas vəfat edib.Qiyasın bacısı Rəfiqə, Şərqiyyə və Şəfiqə olmuşdur.Şərqiyyə vəfat edib.Şərqiyyənin əri Yaşar da dünyasını dəyişib. Onların uşaqları olmayıb. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Dövlət Arxiv idarəsindən ünvan 1 ünvanlanmış məktubdan görünür ki, “Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin” 1947-ci ilə dair Xocavənd rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən Yeqanova (Cahangirova) Şərqiyə Məmməd qızının doğum haqqında akt qeydinin axtarışının aparılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, miras qoyanla Ərizəçi qohumluq münasibətləri müəyyən olunmadığına görə vərəsəlik haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün hesab edilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Tuğ kəndi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi məcburi köçkün kimi müvəqqəti olaraq Xəzər rayon Şüvəlan qəsəbəsi “Ay işığı” sanatoriyasında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Tuğ kəndi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 və X4 bacı-qardaş olmuşdur. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən “İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar”. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın”. Məhkəmə iclasında müəyyən olundu ki, Yeqanova (Cahangirova) Şərqiyyə Məmməd qızı və X4 bacı-qardaşdırlar. Ərizəçi oğlu olmaqla Yeqanova (Cahangirova) Şərqiyyə Məmməd qızının vərəsəsi hesab olunur.Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada əldə etməsi mümkün deyil.Belə olan halda məhkəmə hesab edir ki, Yeqanova (Cahangirova) Şərqiyyə Məmməd qızının və X2 bacı-qardaş olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yeqanova (Cahangirova) Şərqiyyə Məmməd qızının və X2 bacı-qardaş olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar