Məhkəmə qərarları › İş №2(003)-545/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-545/2024

14.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-545/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi olmaqla “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi olmaqla “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 ölmüş elan edilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş oğlu X10 2006-cı ildə dini icmaların birinə daxil olmuş, daha sonra X2 ilə ailə həyatı qurmuşlar. Bu nikahdan onların xx.xx.2006-cı il tarixdə Bakı şəhərində X7 dünyaya gəlmişdir. Lakin, xx.xx.2008-ci il tarixdə oğlu ailəsi ilə birlikdə yaşadıqları evdən çıxıb getmiş və bir daha geri qayıtmamışlar. Əvvəlcə onların dəqiq hara getmələri barədə məlumatı olmamışdır. Lakin, sonra Murad onlarla əlaqə saxlayaraq, bildirmişdir ki, onlar Pakistan Respublikasındadılar. Murad daha çox digər övladı X11 ilə əlaqə saxlayırdı. Daha sonra onlara məlum oldu ki, Murad ailəsi ilə birlikdə Pakistan Respublikasından Suriyaya, oradan da İraq İslam Respublikasına getmişlər. Sonralar Murad və Rəhiməxanımın digər övladları da dünyaya gəlmişlər. Təqribən 2017-ci ildə, yəni altı-yeddi il bundan əvvəl gəlini Rəhiməxanım Feyziyə zəng edərək, Muradın vəfat etməsi barədə xəbər verməklə, onun ölmüş şəklini Feyziyə göndərdi. Bu hadisə onları çox sarsıtdı və Muradın qərib olan yerlərdə dünyasını dəyişməsi onlar üçün daha çöx üzücü oldu. X1 beş övladı qalmışdır. Hazırda uşaqların bir babası X8 və bir nənələri olan o qalmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, *3 nömrəli Sərəncamından göründüyü kimi, vətəndaş X8 nəvələri üzərində himayəçi və qəyyum təyin edilmişdir. Baba və nənə olaraq, onların pensiyası uşaqların saxlanılması üçün qətiyyən kifayət etmir. Uşaqların saxlanması üçün sosial müavinat almaq məqsədi ilə ataları X4 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həmin ölüm haqqında şəhadətnaməsinin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş maraqlı şəxs tərəfindən xx.xx.2023 tarixli, 3-16-*/7-1413-10/23 №-li cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14* nömrəli, xx.xx.2003-cü il tarixli Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı haqqında Qaydasının 8.*-ci bəndinə uyğun olaraq, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, X4 ölümünü təsdiq edən sənədin olmamağını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Övladı xarici ölkədə öldürüldüyünə görə tələb olunan sənədlərin əldə olunması mümkün deyildir. Göründüyü kimi, mövcud münasibətlərin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, ərizəçi onun anasıdır. Ölmüş elan edilməsi istənilən şəxs isə onun qardaşıdır. Təxminən 6-7 il əvvəl qardaşının arvadı zəng edərək qardaşının ölüm xəbərini onlara vermişdir. Qardaşı təxminən 2006-cı ildə ailəsi ilə birgə evdən çıxıb getmişdir. Onun Türkiyə Respublikasına getdiyini bilmişlər. Sonradan onlara məlum olub ki, Türkiyədən sonra başqa bir ölkəyə gedib. Evdən çıxıb gedən zaman bir uşağı olmuşdur. Onu getmək fikrindən daşındıra bilməmişlər. Hal-hazırda arvadı başqa ölkədədir. Murad Rəsulov başqa bir dövlətdə müharibə zamanı mina partlayışı nəticəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, ölmüş elan edilməsi istənilən şəxs onun qonşusu olmuşdur. Onunla eyni məktəbdə oxumuşlar. Murad ali təhsilli olmuşdur. Onun nə işlə məşğul olması barədə məlumatı olmamışdır. 2017-ci il tarixdə Muradın qardaşı Feyzi ona Muradın vəfat etdiyini bildirmişdir. Bu səbəbdən ona yas mərasimi təşkil edilmişdir. Onun uşaqları Bakı şəhərində, arvadı isə hələ də ölkə xaricindədir. Maraqlı şəxs 2 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 1*.03.2024-cü il tarixli */1047 saylı məktubundan görünür ki, məhkəmənin qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən xx.xx.1977-ci il təvəllüdlü X10 ekstremist yönümlü şəxs kimi məlumdur. O, 2001-2008-ci illərdə 10 (on) dəfə xarici ölkələrə səfərlər etmiş (2 dəfə Rusiya Fedarasiyasına, * dəfə Ukraynaya, 3 dəfə İran İslam Respublikasına) və sonuncu dəfə Pakistan İslam Respublikasında fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə xx.xx.2008-ci il tarixdə ölkəni tərk etmiş və bu günədək geri qayıtmamışdır. Daxil olmuş məlumatlara əsasən, M.Rəsulov daha sonra İraqdakı münaqişə bölgələrinə getmiş və orada naməlum şəraitdə həlak olmuşdur. Lakin, onun İraqın nəzarətsiz bölgəsində öldürüldüyü səbəbdən ölüm faktına dair təsdiqləyici sənədlər ünvanlarına daxil olmamışdır. -xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edərək, oğlu X4 xx.xx.2008-ci il tarixdə xaricə getmək adı ilə çıxıb getmişdir, bu günə qədər bir xəbər yoxdur. Həmin qərarla cinayət hadisəsinin olmadığı və toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. -Həmin qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, ev 16, mənzil 10-da yaşayan Ərizəçi xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-yə yazılı zrizə ilə müraciət edərək, bildirmişdir ki, onunla bir ünvanda qeydiyyatda olmaqla yaşamış 1977-ci il təvəllüdlü X10 xx.xx.2008-ci il tarixdə yaşadığı evdən çıxıb, getmiş və bir daha geri qayıtmamışdır. Odur ki, oğlunun axtarışı ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Həmin müraciət üzrə araşdırma aparılaraq, material xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmiş “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların” qeydiyyatı kitabında 114* sayı ilə qeydiyyata alınaraq, təhqiqat aparılmışdır. Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, ev 16, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan 1977-ci il təvəllüdlü X10 xx.xx.2008-ci il tarixdə yaşadığı evdən çıxaraq getmiş və bir daha geri qayıtmamışdır. Təhqiqat zamanı izahatı alınmış X11 izahatında göstərmişdir ki, qardaşı X10 2006-cı ildə dini icmaların birinə daxil olmuş, daha sonra X2 ilə ailə həyatı qurmuş, 2008-ci ildə arvadı və azyaşlı qızı ilə birlikdə Azərbaycan Respublikasından çıxıb getmişlər. Lakin onların dəqiq hara getmələri barədə məlumat olmamış, onlarla 2 – 3 il ərzində əlaqə saxlamış, belə ki, hər dəfə qardaşı özü onunla danışıb əlaqə saxlamış, təqribən 4 – * il bundan əvvəl qardaşı arvadı Rəhiməxanım Hüseynova zəng edərək, Muradın vəfat etməsi barədə xəbər verərək, Muradın ölmüş şəklini ona göndərmişdir. Bundan bir müddət sonra Daxili Təhlükəsizlik Xidməti tərəfindən o, dəvət edilərək, qardaşının harada və hansı işlərlə məşğul olması barədə soruşulduqda o, qardaşının Pakistan Respublikasında olması barədə bildirmişdir. Bir müddət sonra qardaşı arvadı özlərinin 6 uşağını Azərbaycan Respublikasına göndərsə də, özü gələ bilməmiş və sonradan qardaşının ölüm faktını təsdiq edən rəsmi sənəd olmadığı üçün onun uşaqlarına sosial müavinat verilməsi mümkün olmamış və buna görə də qardaşının itkin düşməsi ilə bağlı polis orqanlarına müraciət etmişlər. Daha sonra ona məlum olmuşdur ki, qardaşı X13 Respublikasından Suriyaya, oradan da İraq İslam Respublikasına getmiş və orada gedən döyüşlərdə həlak olmuşdur. Təhqiqat zamanı X4 tapılması məqsədi ilə Bakı şəhəri nin bütün RPİ-nin şəxsi heyəti təlimatlandırılmış, bütün mərkəzi xəstəxanalar yoxlanılmış, təhqiqat müddətində X4 itkin düşməsi ilə iləəlaqədar Binəqədi RPİ-nin 7-ci PBnə heç bir cinayət xarakterli məlumat daxil olmamış, toplanmış material üzrə cinayət hadisəsinin olmadığı müəyyən edilmişdir. -2 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14* nömrəli, xx.xx.2003-cü il tarixli Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı haqqında Qaydasının 8.*-ci bəndinə uyğun olaraq, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, X4 ölümünü təsdiq edən sənədin olmamağını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. -İV-ЖГ seriyalı 4*076* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X*, anası Ərizəçidır. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti şöbəsinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasından çıxmış və geri qayıtmamışdır. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış X10 haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 30*.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 31*.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.*-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 2008-ci ildən Azərbaycan Respublikasından getməsi, təxminən 2014-cü il tarixdən Suriya Ərəb Respublikası və İraq Respublikasında vəfat etməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1977-ci il tarixdə anadan olmuş X4 ölüm günü hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X10 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X4 ölüm günü hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar